Daşıma şərtləri

Daşıma şərtləri

“Həvalə et” xidməti ilə sifariş edildiyi halda
1.1 "Həvalə et" xidmətimizlə etdiyiniz, "Sifariş verildi" statusuna düşən bütün sifarişlərinizin doğruluğuna  zəmanət veririk.
Sifarişlərinizi təhvil alan zaman yerindəcə yoxlayırsınız, əgər sifarişiniz əskik, yanlış (rəng, ölçü, model səhvi), istifadəyə yararsızdırsa, xarici anbarımıza təhvil verilib, ancaq sistemə salınmayıbsa, yaxud bağlamanız tapılmırsa məhsul üçün ödədiyiniz məbləği sizə geri qaytarırıq.  

Qeyd edək ki, geyim kateqoriyası olan iç geyim növlərinə, maye, maqnitli və elektronika məhsullarının heç birinə zəmanət verilmir.
1.2 Qırıq olan məhsullar üçün satıcı mağaza ilə əlaqə saxlayaraq tədarük edilməsini tələb edirik. Tədarük edilmədiyi halda məhsul üçün ödədiyiniz məbləğ balansınıza geri qaytarılır.
1.3 Müştəri Türkiyədən həm "Həvalə et" xidmətimizlə, həm də "Xarici ünvanlarımız" bölməsindən istifadə etməklə öz kartı ilə birbaşa mağazadan sifariş edə bilər. 
1.4 “STAREX" MMC qəbul olunmuş sifarişləri növbəlilik əsasında həyata keçirir və həftə içi 24 saat ərzində sifarişlərin yerləşdirilməsinə zəmanət verir. Bununla belə sifariş prosesində hər hansı problem yarandıqda (məhsulun bitməsi, sifariş olunan ölçünün və ya rəngin bitməsi, kampaniyanın başa çatması, ödəmə problemi və s.) istifadəçinin ödədiyi məbləğ istifadəçinin balansına geri qaytarılır. Qeyd edək ki, endirimlərlə əlaqədar olaraq bəzən bu müddət uzana bilər.
1.5 "Həvalə et" xidmətimizdən istifadə zamanı "Ödənildi" statusunda olan sifarişlərdə hər hansı bir dəyişiklik (ölçü, rəng və s. dəyişimi) edilmir. 
1.6 Sifarişlər verilərkən məhsul(lar)un və Türkiyə daxili karqonun ödənişi tam ödənilməlidir. Ödənilmədiyi təqdirdə çatışmayan məbləğ varsa müştərinin mövcud balansından tutulur və yaxud da məhsul(lar) təhvil verilərkən müştəridən tələb olunur. Ödənişlər tam ödənildikdən sonra məhsulun təhvili mümkündür. 
1.7 Maksimum 20 manat olmaqla sifariş məbləğinin 10 faizi həcmində bahalaşma olarsa, müştəriyə məlumat verilmədən məbləğ balansından silinməklə sifariş həyata keçirilir. Qeyd edək ki, Türkiyə daxili karqo ödənişi və 5% komissiya haqqı bu məbləğə aid deyildir.
1.8 “STAREX" MMC qəbul olunmuş sifarişləri eyni anda və birlikdə həyata keçirir. Buna baxmayaraq məhsullar satıcı tərəfindən ayrı-ayrı bağlamalarda göndərilə bilər və buna görə “Starex” MMC məsuliyyət daşımır. Məhsullar satıcı mağaza tərəfindən neçə bağlama olaraq xarici anbara çatdırılırsa, hər bağlama ayrılıqda hesablanır.
1.9 Sifarişlə bağlı məlumat almaq üçün "Həvalə et" xidmətimizlə olan sifariş təsdiqləndiyi tarixdən etibarən 1 ay ərzində sorğu yaradılmalıdır. Daha sonra yaradılan sorğular etibarsız sayılaraq araşdırılmayacaqdır. 
1.10 İstifadəçi balansına yüklənən məbləği digər məhsulların alınmasına istifadə edə bilər və yaxud da hesabına geri tələb edə bilər. Bu halda məbləğ istifadəçinin hesabına 3-5 iş günü ərzində geri qaytarılır. Starex balansının karta qaytarılması üçün şəxsi kabinetdə “Balans” başlığı ilə sorğu yaradılmalıdır.
1.11 Beynəlxalq daşıma şərtlərinə görə maye məhsulları digər məhsullardan ayrı daşınmalıdır. "Həvalə et" xidmətimizlə sifariş zamanı maye məhsullar və adi məhsullar əməkdaşlarımız tərəfindən ayrı-ayrı səbətlərdə təsdiqlənir.
1.12 
"Həvalə et" xidməti ilə təsdiqlənmiş sifarişlərin satıcı mağaza tərəfindən tədarük edilə bilmədiyi hallarda, sifarişin satıcı mağaza tərəfindən əskik göndərilməsi zamanı, türkiyədaxili karqoda qalması nəticəsində təslim edilə bilməyən sifarişlərə görə və istisna hallarda xarici anbardan iadə edilən məhsullar üçün 5% komissiya haqqı müştərinin balansına geri qaytarılmır. 
1.13 Sifarişiniz stokda olmadığı üçün təsdiqlənmədiyi zaman link silinərək məhsulun invoys dəyəri və 5% komissiya haqqı balansınıza geri qaytarılır.




Xarici ünvanlarımız qeyd edilərək sifariş edildiyi halda
2.1 İstifadəçi "Xarici ünvanlarımız" bölməsindən istifadə etməklə öz kartı ilə birbaşa mağazadan sifariş edə bilər.
2.2 Türkiyədən xarici ünvanlarımızı qeyd edərək sifariş etdiyiniz zaman Starex şəxsi kabinetinizdə bəyannamə yaratmayacasınız. Sifarişiniz xarici anbara daxil olduqda əməkdaşlarımız tərəfindən bəyannamə yaradılır və sizə mail, sms vasitəsilə bildiriş göndərilir. Bundan sonra siz yalnız bəyannamənizdəki "Məhsulun tipi" və "Məhsulun qiyməti" bölmələrini doldurmalısınız.
2.3 Amerika və Çindən "Xarici ünvanlarımız" bölməsindən istifadə etməklə öz kartı ilə birbaşa mağazadan sifariş edə bilər. Birbaşa mağazadan sifariş zamanı sifariş daxili kargoya verildiyi gündən xarici anbara çatdırıldığı günədək mütləq şəkildə müştəri tərəfindən həmin bağlamaya əsasən saytımızda bəyannamə yaradılmalıdır. Bəyannamə yaratmadığınız halda sifarişiniz xarici anbara daxil olduğu zaman əməkdaşlarımız tərəfindən bəyannamə yaradılır və sizə mail, sms vasitəsilə bildiriş göndərilir. Bundan sonra siz yalnız bəyannamənizdəki "Məhsulun tipi" və "Məhsulun qiyməti" bölmələrini doldurmalısınız.
2.4 Xarici ünvanlarımızı qeyd edərək sifariş etdikdə şəxsi kabinetdə bəyannamə yaratmağınız vacibdir. Bəyannamə yaratmadığınız halda xarici anbara təhvil verilən bağlamanın sistemə əlavə olunması üçün əməkdaşlarımız şərti bəyannamə yaradır. Bu zaman invoys dəyəri bilmədiyimiz üçün məbləği 0 olaraq qeyd edirik. 
2.5 Sifariş mağaza tərəfindən təsdiqləndikdən sonra sifariş təyin edilmiş çatdırılma müddəti ərzində daxili karqo şirkəti və ya poçt xidməti vasitəsilə xaricdəki ünvanlarım bölməsində qeyd edilən ünvana çatdırılaraq “Star Express” LLC şirkətinin əməkdaşına təhvil verilir.
2.6 Xarici ünvanlarımızı qeyd edərək sifariş etdiyiniz zaman “STAREX MMC" göstərdiyi vasitəçilik xidməti çərçivəsində heç bir halda satıcı firmanın göndərdiyi məhsulun keyfiyyətinə, tamlığına, tərkibinə, ölçü və formasına, satış anbarında tükənməsinə, vaxtında çatdırılmamasına  görə məsuliyyət daşımır. Mağaza tərəfindən yanlış və ya yararsız göndərilən sifarişlərin geri qaytarılmasında müştərilərimizə köməklik göstərə bilməyimiz üçün Türkiyə sifarişləri üzrə "Geri qaytarma" xidmətimiz mövcuddur. 
2.7 Şəxsi  kabinet vasitəsi ilə “ Starex” MMC-yə bəyan edilməyən sifarişlərə və ya sifariş bəyan edildiyi halda xarici ünvanlarımızdakı “Starex Express” LLC-yə təhvil verilməyən bağlamalara görə “STAREX MMC"  heç bir öhdəlik və məsuliyyət daşımır.
2.8 Birbaşa mağazadan sifariş etdiyiniz və sistemdə qeydiyyata alınmadığı təqdirdə sifarişinizin xarici anbara təhvil verilməsi ilə bağlı mağazadan bildiriş aldıqdan sonra 15 gün müddətində sorğu yaradılmalıdır. 
2.9 Araşdırma müddəti əsasən 15 iş gününü əhatə edir.
2.10 Məhsullar daşıyıcı tərəfindən sığortalanmır və daşıyıcı buna görə heç bir məsuliyyət daşımır. 
2.11 Türkiyə saytlarından alış-veriş edərkən tərkibində maye olan məhsulları digər məhsullardan ayrı formada satın almağınızı tövsiyə edirik. Bu məhsulları xarici saytlarda ayrı səbətlərdə aldığınız zaman bu sifarişlər xarici anbara da ayrı bağlamalarda daxil olur. 20 oktyabr tarixindən etibarən Türkiyə anbarına daxil olan və tərkibində ən az bir maye məhsulu olacaq bağlamaların tam çəkisi maye tariflərinə əsasən hesablanacaqdır. Xatırladaq ki, beynəlxalq daşıma şərtlərinə görə maye məhsulları digər məhsullardan ayrı daşınmalıdır. 
2.12 10 fevral 2020-ci il tarixindən etibarən Amerika anbarına daxil olan məhsulların satıcı mağazalara Starex.az şirkəti tərəfindən geri qaytarılması prosesi dayandırılmışdır. Amerika anbarına daxil olan daşınması qadağan olunan məhsullar (parfüm, mist, losyon, tərkibində tezalışan maddə olan digər məhsullar və s.) 2 ay müddətində saxlanıldıqdan sonra məhv ediləcəkdir. Bu səbəbdən Amerikadan bu növ məhsulları sifariş etməməyiniz tövsiyə olunur.
2.13 Tablo sifarişlərinin çatdırılması həyata keçirilmir. 
2.14 Xarici anbarımızın ünvanını qeyd edərək sifariş etdiyiniz zaman qapıda ödəməli sifarişlər tərəfimizdən qəbul edilmir. 


Zəmanət xidmətimizin şərtləri (01.03.2022-ci il tarixindən etibarən keçərlidir.)
3.1 "Həvalə et" xidmətimizlə etdiyiniz, "Sifariş verildi" statusuna düşən bütün sifarişlərinizin doğruluğuna  zəmanət veririk.
3.2 Sifarişlərinizi təhvil alan zaman yerindəcə yoxlayırsınız, əgər sifarişiniz əskik, yanlış (rəng, ölçü, model səhvi), istifadəyə yararsızdırsa, xarici anbarımıza təhvil verilib, ancaq sistemə salınmayıbsa, yaxud bağlamanız tapılmırsa məhsul üçün ödədiyiniz məbləği sizə geri qaytarırıq. 
Qeyd edək ki, geyim kateqoriyası olan iç geyim növlərinə, maye və maqnitli məhsulların heç birinə zəmanət verilmir.
3.3 Qırıq olan məhsullar üçün satıcı mağaza ilə əlaqə saxlayaraq tədarük edilməsini tələb edirik. Tədarük edilmədiyi halda məhsul üçün ödədiyiniz məbləğ balansınıza geri qaytarılır.
3.4 Yerli anbara daxil olmuş bağlamalarınızı 48 saat ərzində (qırıq bağlamalarda vaxt məhdudiyəti yoxdur) filiala yaxınlaşaraq təhvil almalı, kuryer vasitəsi ilə təhvil almaq üçün 24 saat ərzində kuryer sifarişi yaradılmalıdır.
3.5 Bağlama filialda və ya kuryer əməkdaşımızın yanında yerindəcə yoxlanmalı və əməkdaşlarımıza məlumat verilməlidir. Əks halda daha sonra aşkarlanmış yanlışlığa görə Starex MMC məsuliyyət daşımır.
3.6 Bağlamanızı kuryer xidmətimizlə (adresə çatdırılma) əldə etdiyiniz zaman kuryerin yanında yoxlayırsınız, əskik və ya qırıq sifarişiniz varsa kuryer yerindəcə aktlaşdırır və müvafiq şöbəyə bildirir. Zəmanət şərtləri ödəndiyi halda bağlamanı təhvil aldığınız formada stickerli, paketli, fakturalı və qutusu ilə birlikdə kuryer əməkdaşımıza təhvil verməlisiniz. Daha sonra 48 saat ərzində starex.az saytında “Müraciət et” bölməsinə daxil olaraq sorğu yaratmağınız xahiş olunur.

3.7 Kuryer bağlamanı təhvil verdikdən sonra sifarişinizdə hər hansı bir problem (yanlış ölçü, yanlış rəng və s.) olduğu təqdirdə sorğu yaradaraq yaranmış problemi bildirirsiniz. Sizin müraciətinizə 48 saat içində baxılır və təsdiqləndikdən sonra məhsulun ödənişi geri qaytarılır. Sorğu üzərindən bildirdiyiniz müraciətə əsasən bağlama 2 iş günü müddətində təhvil aldığınız filiala təqdim edilməlidir.
3.8 Məhsul satıcı mağaza tərəfindən əskik, yanlış (rəng, ölçü, model səhvi), göndərildiyi zaman yalnız məhsulun məbləği müştəriyə geri qaytarılır.
3.9 Sifariş tərəfimizdən yanlış təsdiqləndiyi aşkarlanarsa məhsul məbləği, 5% komissiya haqqı və çatdırılma ödənişi müştəriyə geri qaytarılır.
3.10 
 Qeyd edək ki, zəmanət xidməti Azərpoçt filiallarından təhvil alınan zaman yerindəcə yoxlanış keçirilməsinə baxmayaraq şamil olunmur. 3.5 bəndində qeyd olunduğu kimi zəmanət xidməti kuryer vasitəsilə çatdırılma və Starex filiallarından təhvil alan zaman yerindəcə yoxlanış keçirildiyi təqdirdə qüvvədə olur.


Geri qaytarma
4.1 Mağaza tərəfindən yanlış və ya yararsız göndərilən Türkiyə bağlamalarının geri qaytarılması mümkündür.
Qeyd edək ki, geyim kateqoriyası olan iç geyim növləri, maye və maqnitli məhsulların heç biri geri qaytarılmır.
4.2 Geri qaytarma xidməti üçün bağlama filialımıza daxil olduğu andan etibarən 48 saat ərzində təhvil alınmalı və ofislərimizə geri qaytarılmalıdır.
4.3 Geri qaytarma xidmətindən istifadə zamanı mütləq bağlamanın paketi və faktura sənədi bağlamanın üzərində olmalıdır. Əks təqdirdə sifariş iadə üçün qəbul edilməyəcəkdir. 
4.4 Bağlama geri qaytarılması üçün şirkətimizə təhvil verildiyi zaman müştəri tərəfindən bağlamanın və fakturanın şəkli çəkilməlidir. Trendyol-un yeni qaydalarına əsasən mağaza tərəfindən iade kodu yalnız bağlamanın və fakturanın şəkli yükləndiyi zaman təqdim edilir. Əks təqdirdə iade kodunun alınması və bağlamanın geri qaytarılması mümkün olmayacaqdır.
4.5 Bağlamasını kuryer vasitəsi ilə təhvil alan müştərilər bağlama yerli anbara daxil olduqdan sonra 24 saat ərzində kuryer sifarişi yaratmalıdır. Bağlama ünvana çatdırıldıqdan sonra Türkiyəyə geri qaytarılması üçün 24 saat ərzində filiala təhvil verilməlidir. 
4.6 “Adresə çatdırılma” tarifi ilə təhvil alınan bağlamalar yerindəcə yoxlanılaraq kuryerə təhvil verilməlidir. 
4.7  Bağlama çəkiyə uyğun tariflərlə geri qaytarılır.
4.8  Starex MMC bağlamanın təyinat ölkəsinə çatdırılması və Türkiyə daxili karqoya təhvil verilməsinə görə cavabdehdir.
4.9 Türkiyə ofisimizə qaytarılan bağlama satıcı mağaza tərəfindən qəbul edilməzsə yenidən çəki tariflərinə əsasən Azərbaycana çatdırıla bilər
4.10 Satıcı mağaza tərəfindən iadəsi qəbul edilməyən bağlamalarından müştəri imtina edə bilər. Qeyd edək ki, imtina edilən sifarişlərin ödənişi geri qaytarılmır. 
4.11  Satıcı mağaza tərəfindən iadəsi qəbul edilməyən bağlamaya görə Starex MMC məsuliyyət daşımır. 
4.12  Xarici anbara daxil olmuş bağlama xarici anbardan birbaşa mağazaya iade edilmir.
4.13
 Poçtla çatdırma edilən bağlamalar üçün "Geri qaytarma" edilmir. 
4.14 Geyim kateqoriyası olan iç geyim növləri, qırıla bilən, maye və maqnitli bağlamalar üçün "Geri qaytarma" xidmətimiz mövcud deyildir. 
4.15 İadə olunacaq məhsul xarici anbara çatdırıldıqdan sonra 48 saat ərzində satıcı mağazadan “İadə kodu” alınıb əməkdaşlarımıza məlumat verilməlidir.
4.16 Daşınma standartlarına uyğun paketlənmədiyi üçün zədələnmiş məhsulların geri qaytarılması zamanı məhsulun iadə müddəti bitmiş olarsa və 7 gün ərzində müştəri tərəfindən şirkətimizin müraciətlərinə, zənglərinə cavab verilməzsə, 7 günün sonunda bağlama müştərinin adından silinərək "sahibsiz bağlama" statusuna keçirilir.
4.17 Qeyd edək ki, "Geri qaytarma" xidməti məntəqələrdən təhvil alınan və poçt vasitəsi ilə göndəriş edilən bağlamalara şamil edilmir. 
4.18 Geri qaytarılacaq məhsulun ölçüsü 60-sm üzəri olduğu təqdirdə qəbul edilmir. 4.3 bəndində qeyd olunan müddəalar həmçinin, bu şərt üçün qüvvədədir.



Adresə çatdırılma və Filiala çatdırılma 
5.1 İstifadəçiyə iki tarif təklif edirik. Adresə çatdırılma və Filiala çatdırılma 
5.2 Adresə çatdırılma tarifini seçən müştərinin  bağlamaları xarici anbardan birbaşa olaraq müştərinin qeyd etdiyi ünvana çatdırılacaqdır.
5.3 Adresə çatdırılma tarifini qeyd edən müştərinin bağlaması filiala çatdırılmır. Mərkəzi anbardan birbaşa ünvana çatdırılır.
5.4 Tənzimləmələr bölməsindən tarifinizi və ya ünvanınızı dəyişməyiniz mümkündür.
5.5 Bağlama xarici anbara daxil olarkən tənzimləmələrdə qeyd olunan ünvana çatdırma ediləcək.
5.5 Ünvandan və ərazidən asılı olmayaraq tarifə əsasən çatdırılma ödənişi hesablanır.  
5.6 Filiala çatdırılma tarifini qeyd edən müştərinin bağlaması qeyd edilən cari anbara çatdırılır.


Bağlamanın MƏNTƏQƏDƏN təhvil alınması
6.1 Çatdırılma ödənişi onlayn şəkildə ödənilməyən bağlamaların məntəqədən təhvil alınması mümkün deyildir. 
6.2 Bağlamanızı məntəqədən şəxsiyyət vəsiqənizin əsli ilə təhvil ala bilərsiniz. 
6.3 Məntəqədən təhvil alınan bağlamalar üçün ZƏMANƏT xidməti və GERİ QAYTARMA xidməti keçərli deyildir. 
6.4 Qeyd edək ki, Azərpoçt məntəqələrində bağlamaların 10 gün ərzində saxlanılması ödənişsizdir. 10 gün keçdikdən sonra Azərpoçt qaydalarına əsasən cərimə hesablanır.
6.5 Starex balansında olan məbləği nağd şəkildə təhvil almaq üçün şəxsi kabinetdə  "Balans başlığı" ilə sorğu yaratmalı, şəxsiyyət vəsiqəsinin şəklini yerləşdirməli və nağdlaşdırmaq istədiyiniz məbləği qeyd etməlisiniz.
6.6 Məbləğ Azərpoçt vasitəsi ilə müştərinin adına göndəriləcəkdir. İstənilən Azərpoçt filialına yaxınlaşaraq məbləği nağdlaşdırmaq mümkündür.  
6.7  Azərpoçt vasitəsi ilə göndərilən məbləğin rüsumu müştəriyə məxsus məbləğdən tutulacaqdır.


Gömrük
7.1  Məlumat üçün nəzərinizə çatdırırıq ki, sifarişlərin dəyəri 1 (bir) təqvim ayı ərzində 300 ABŞ dolları məbləğinədək olduqda gömrük orqanları tərəfindən hər hansı bir rüsuma cəlb olunmur. Bununla belə, gömrük orqanları tərəfindən kommersiya məqsədi daşıdığı barədə məlumat verildiyi halda və ya 300 ABŞ dollarından artıq olduğu təqdirdə qanunvericiliyə uyğun olaraq gömrük nomenkulaturasında nəzərdə tutulan həcmdə rüsuma cəlb olunacaq. Qeyd edək ki, rüsumun maksimum həddi 36% təşkil edir. Qeyd edək ki, sizin cari ay üzrə limitiniz hesablanarkən həm sifarişlərinizin məbləği, həm də çatdırılma məbləği nəzərə alınır. Bağlama üçün digər xərclər: 5 AZN sadələşdirilmiş bəyannamə ödənişi, 15 AZN anbara giriş haqqı, 48 saatdan çox bağlamanın anbarda qaldığı hər gün üçün 1 Avro.
1. Sifarişlərin 1 təqvim ayı ərzində ümumi dəyəri 300 ABŞ dolları məbləğini keçdikdə,
2. Sifariş verdiyiniz məhsulun Gömrük orqanı tərəfindən  kommersiya məqsədli oldugunu təyin edildikdə,
3. Ölkəyə idxalı qadağan olan məhsullar olduqda sifarişiniz gömrükdə saxlanıla bilər.
7.2 Müştəri limiti keçmədiyi təqdirdə istənilən sayda bağlama gətirə bilər. Qeyd edək ki, ay ərzində 2 ədəddən artıq eynicinsli məhsul sifariş etdiyi zaman satış məqsədli olub-olmamasının təyin edilməsi məqsədi ilə  gömrük tərəfindən saxlanıla bilər. Satış məqsədli olduğu təqdirdə rüsuma cəlb ediləcəkdir.
7.3 Gömrük orqanları tərəfindən saxlanılan bağlamanı yalnız bağlamanın sahibi təhvil ala bilər. Müştəri bağlamanı təhvil almaq üçün ilk öncə ofisimizə yaxınlaşıb bağlama(lar) üçün çatdırılma haqqını ödəyib qaimə və barkodu  əldə edir. Daha sonra bu sənədlər əsasında Hava Nəqliyyatında Baş Gömrük İdarəsinə müraciət edərək bağlama(lar) haqqında ətraflı məlumat əldə edib rəsmiləşdirə və Bakı Karqo Terminalında saxlama xərclərini ödəyərək təhvil ala bilər.
7.4 Aylıq limit sifariş tarixinə əsasən deyil, bağlamanın Gömrük sistemində qeydiyyata salındığı tarixə əsasən hesablanır. 
7.5 Xarici ünvanlarımızı qeyd edərək sifariş etdikdə şəxsi kabinetdə bəyannamə yaratmağınız vacibdir. Bəyannamə yaratmadığınız halda xarici anbara təhvil verilən bağlamanın sistemə əlavə olunması üçün əməkdaşlarımız şərti bəyannamə yaradır. Bu zaman invoys dəyəri bilmədiyimiz üçün məbləği 0 olaraq qeyd edirik. 
7.6 18 yaşdan aşağı olan vətəndaşların starex.az saytında və e.customs.gov.az portalında qeydiyyatdan keçməsi mümkün deyildir. 
7.7 Ölkə xaricindən hər hansı məhsul aldığınız zaman məhsulun ixracına həmin ölkə tərəfindən hər hansı qadağaların olub olmadığını öyrənməyiniz lazımdır. Əks halda bağlamanız xarici ölkənin gömrük orqanı tərəfindən müsadirə olunarsa məsuliyyəti müştərinin özü daşıyır.


Ümumi şərtlər
8.1 Sifariş edilmiş bağlama daşıyıcının anbarlarına daxil olduqda bu barədə sifarişçiyə email, sms və tətbiq xəbərdarlığı vasitəsilə məlumat veriləcək. Müştəri bağlamanı ofisimizdən götürə bilər və ya əlavə xidmət haqqı ödəməklə adresinə çatdırıla bilər.
8.2 Bağlamalarınız yerli anbarda 15 gün ərzində saxlanması ödənişsizdir. 16-30 gün ərzində hər günə görə əlavə 0.50 AZN, 31-45 gün ərzində isə hər günə görə əlavə 1 AZN dəbbə pulu hesablanacaq. 45 gündən artıq yerli anbarda qalan məhsul üçün qərar “STAREX MMC"-yə məxsus olacaqdır. 
8.3 Çindən müştəri tərəfindən sifariş edilən brend məhsullar və ya brend məhsulların təqlidi daşınarkən  həmin ölkənin gömrük orqanı tərəfindən saxlanıldığı halda məsuliyyət birbaşa sifariş edən şəxsə aiddir və şirkət tərəfindən kompensasiya edilməyəcəkdir.
8.4 Qəbul olunan bağlama ofisimizdə, kuryer çatdırılması edilibsə, kuryerin yanında yoxlanılmalıdır. Məhsulda hər hansı bir xəsarət olduğu təqdirdə yerindəcə əməkdaşlarımıza və ya kuryerə məlumat təqdim edilməlidir. Əks təqdirdə sonradan aşkarlanmış hər hansı bir çatışmazlığa görə daşıyıcı məsuliyyət daşımır.
8.5  Qırıla bilən məhsullar həm mağaza tərəfindən daşınma standartlarına uyğun paketlənərsə, həm də bağlamanın üzərində “qırıla bilən məhsul” olması ilə bağlı etiket varsa və bağlamalarda hər hansı zədələnmə halı olarsa müştərinin ödədiyi məbləğ şirkətimiz tərəfindən kompensasiya edilir. Həm mağaza tərəfindən daşınma standartlarına uyğun paketlənməli, həm də bağlama üzərində "qırıla bilən məhsul" etiketi olmalıdır. Müştərinin belə məhsulları ofisimizdə təhvil alarkən yerindəcə yoxlayıb, hər hansı bir zədələnmə ilə bağlı əməkdaşlarımıza məlumat verməsi tələb olunur. 
8.6 Xarici anbara daxil olan, paketlənməsi standartlara uyğun olmayan bağlamalar daşınma zamanı çox yer tutduğu təqdirdə yenidən paketlənməsini həyata keçirə bilərik.
8.7 Çatdırılan sifarişləri müştəri filialda və ya kuryer vasitəsi ilə təhvil alarkən yoxlamalı və əskik məhsul olduğu halda yerindəcə əməkdaşa məlumat verməlidir. Əks halda əskik məhsul üçün biz məsuliyət daşımırıq.
8.8 Starex MMC Türkiyə, Amerika və Çindən çatdırılma olunan ikinci əl işlənmiş məhsullara görə məsuliyyət daşımır.
8.9 Maye və tərkibində batareya, maqnit olan məhsulların daşınması həftədə 1 dəfə olmaqla həyata keçirilir. 
8.10 
03.12.2022 tarixindən etibarən Türkiyə anbarımıza daxil olan bağlamalarda həcm çəkisi nəzərə alınmır.
01.02.2022 tarixindən etibarən Amerika və Çin bağlamalarının uzunluğu 60sm-dən yuxarı olduğu təqdirdə çatdırılma ödənişində həcm çəkisi də nəzərə alınır.
Qeyd edək ki, qaydalara əsasən bağlamanın fiziki və həcm çəkisi ölçülür, kq olaraq hansı daha çox olarsa, çatdırılma ödənişi ona əsasən hesablanır. 
Hesablama qaydası: en * uzunluq * hündürlük/ 6000


Biznes hesabı
9.1 Biznes hesabı ilə qeydiyyatdan keçərək, müştəri kommersiya məqsədi daşıyan sifarişlərini həyata keçirə bilər.
9.2 Biznes hesabı ilə "Həvalə et" xidmətimizdən istifadə edilməsi mümkün deyil, bu hesabla müştəri yalnız xarici ünvanlarımızdan istifadə edərək sifarişlərini həyata keçirə bilər. 
9.3 Çatdırma ödənişi standart tariflərə əsasən hesablanır, göndəriş müddəti adi məhsullarla eynidir.
9.4 Biznes hesabı ilə sifariş etdikdə digər endirimlər (Gold, Silver müştəri proqramı, bəyannamə endirimi və digər kampaniya endirimləri) nəzərə alınmır. 
9.5 Sifarişi həyata keçirdikdən sonra müştərinin mütləq şəkildə saytımızda bəyannamə yaratmağı lazımdır. 
9.6 Biznes hesabla sifariş edilən məhsulları gömrüyə bəyan etməyə ehtiyac yoxdur. Biznes hesabı ilə sifariş edilən məhsullar mütləq şəkildə Bakı karqo terminalında saxlanır və müştəri Bakı karqo terminalına yaxınlaşaraq rəsmiləşdirmə işlərini yekunlaşdırdıqdan sonra bağlamanı təhvil ala bilir.
9.7 Biznes hesabla sifariş etmiş müştərinin 300 dollardan yuxarı məbləğdə sifarişi varsa, bağlama yola çıxaraq Azərbaycana çatdırılır. Müştəri rüsum ödənişi, rəsmiləşdirmə işlərini və s. Bakı karqo terminalına yaxınlaşaraq həyata keçirir.



Daşınması qadağan olunan məhsullar:

Azərbaycan Respublikasına  fiziki şəxslər tərəfindən gətirilməsi və beynəlxalq poçt göndərişləri vasitəsi ilə alınması qadağan olunmuş mallar, yivli odlu silah növləri, döyüş sursatı (ov silahları üçün sursatlar istisna edilməklə), hərbi təyinatlı bütün əşyalar, partlayıcı maddələr və hərbi texnika.
- Çindən maye, dərman və toz halında olan məhsulların çatdırılması mümkün deyil.
- Amerikadan məhsulun tərkibində spirt, tezalışan maddə olmadığı təqdirdə gətirilməsi mümkündür. (parfumeriya, sprey, lasyon, mist, quru şampun, boyalar və s. gətirilmir) Türkiyədən maye məhsullarının gətirilməsi mümkündür.
- Planşet
- Powerbank-lar (Çindən olmaz, Amerika və Türkiyədən sifariş edilməsi mümkündür)
- Kamerası və səsyazması olan saatlar
- Spirtli içkilərin bütün növləri, pivə və tütün məhsulları
- Amerikadan partlayıcı, tezalışan və digər təhlükəli maddələr, eləcə də radioaktiv   maddələr (parfumeriya, sprey, lasyon, mist, quru şampun, boyalar və s.)
- Tibbi məhsullar
- Gizli kamera
- Akkumlyatorlar
- Amortizatorlar
- Hover Board skuteri
- Hava nəqliyyatı ilə daşınılması qadağan olunan əşyalar
- Tablo sifarişləri
- Radioaktiv maddələr.
- Narkotik və psixotrop maddələr, onlardan istifadə üçün ləvazimatlar.
- Əxlaq pozğunluğunun, zorakılığın, terrorizmin təbliğini və reklamını edən materiallar.
- Narkotik, psixotrop, zəhərləyici, partlayıcı maddələrin hazırlanması texnologiyasına aid materiallar.
- Canlı heyvanlar - Bitki və toxumlar
- Hər cür silah növləri, döyüş sursatı, hərbi təyinatlı hər cür əşyalar, partlayıcı maddələr, hərbi texnika.
- Xüsusi məxfi rabitə vasitələri, onların şifrələri və istismarı haqqında ədəbiyyat.
- Müdafiə, Milli Təhlükəsizlik və Daxili İşlər nazirliklərinin operativ istintaq fəaliyyəti üzrə informasiya sistemləri, sənədləri və arxivləri.
- Dövlət əhəmiyyətli sənədlər, ixtiralar, layihələr.
- Xammal şəklində olan qiymətli metallar və qiymətli qaşlar.
- Qanunvericiliyin tələbini ödəməyən digər məhsullar.