Türkiyədən necə sifariş edə bilərəm?
Türkiyədən özünüz birbaşa xarici ünvanlarımızı qeyd edərək mağazadan və ya bizim Həvalə et xidmətimizdən (Saytımızda istədiyiniz məhsulun linkini yerləşdirərək) istifadə edərək sifariş edə bilərsiniz.
Sifariş üçün ilk olaraq starex.az saytımızda QEYDİYYAT-dan keçməlisiniz.
“Həvalə et” xidməti nədir və necə istifadə edə bilərəm?
Həvalə et xidmətimizlə biz sizin üçün Türkiyədən sifarişi həyata keçiririk.
1. Almaq istədiyiniz məhsulun linkini "Sifarişlərim" bölməsində "Sifariş et" düyməsini sıxaraq yerləşdirirsiniz.
2. Starex balansınızı artırdıqdan sonra "Sifarişlərim" bölməsində "ÖDƏ" düyməsini sıxaraq sifarişlərinizi ödəyirsiniz.
3. Ödənişi starex TRY balansınızı artıraraq və ya birbaşa kart məlumatlarınızı qeyd edərək ödəniş edə bilərsiniz.
Qeyd edək ki, Həvalə et xidmətimizlə Türkiyədən sifariş zamanı 5% komissiya mövcuddur.
Türkiyə saytlarından özüm necə sifariş edə bilərəm?
Özünüz birbaşa Türkiyə saytlarından sifariş etdiyiniz zaman sizdən tələb olunan teslimat ünvanı bölməsində saytımızda şəxsi kabinetinizdə "Xaricdəki ünvanlarım" bölməsindəki Türkiyə ofisimizin ünvanını qeyd edirsiniz. Sonra isə xarici saytlarda keçərli olan bank kartı vasitəsilə ödənişi edərək, sifarişi tamamlayırsınız.
Sifarişiniz xarici anbara daxil olduqda əməkdaşlarımız tərəfindən bəyannamə yaradılır və sizə mail, sms vasitəsilə bildiriş göndərilir. Bundan sonra siz sifarişlərinizi gömrüyə bəyan etməlisiniz.
Amerika və Çindən necə sifariş edə bilərəm?
Amerika və Çindən sifariş üzrə “Həvalə et” xidmətimiz mövcud deyildir. Siz öz kartınızla, bizim xarici ünvanlarımızı qeyd edərək sifariş edə bilərsiniz.
Sifariş üçün:
1. Starex.az saytımızda qeydiyyatdan keçirsiniz.
2. Mağazanın sifarişin çatdırılması üçün sizdən tələb etdiyi ünvan yerinə bizim müvafiq ölkə üzrə ofis ünvanımızı qeyd edirsiniz. Starex şəxsi kabinetinizdə “Xaricdəki ünvanlarım” bölməsinə daxil olaraq məlumatları əldə edə bilərsiniz.
3. Xarici saytlarda keçərli olan bank kartı vasitəsilə ödənişi edərək, sifarişi tamamlayırsınız.
4. Sifariş tamamlandıqdan sonra saytımızda “Bəyannamə” əlavə etməlisiniz.
Nə sifariş edə bilərəm?
Turkiyə, Amerika ve Çin ölkələrindən müvafiq onlayn saytlarından geyim, şəxsi qulluq, maşın aksesuarları, elektronika kateqoriyalı məhsullar sifariş edə bilərsiniz.
Qeyd edək ki, Amerikadan tərkibində spirt, tezalışan maddə olan məhsulların, Çindən isə batareya və maye məhsullarının daşınması mümkün deyildir.
Sifarişimi necə izləyə bilərəm?
Sifarişlərinizi şəxsi kabinetdən asanlıqla izləyə bilərsiniz. Şəxsi kabinetdə “Bağlamalar” bölməsinə keçid edərək, sifarişinizin statusunu izləyə bilərsiniz. Eyni zamanda həmin bağlamanızın statusu dəyişdikdə bununla bağlı sizə həm sms, həm də e-mail vasitəsilə məlumat göndəriləcək.
Hansı məhsulların daşınması qadağandır?
Daşınması qadağan olunan məhsullar:
Azərbaycan Respublikasına fiziki şəxslər tərəfindən gətirilməsi və beynəlxalq poçt göndərişləri vasitəsi ilə alınması qadağan olunmuş mallar, yivli odlu silah növləri, döyüş sursatı (ov silahları üçün sursatlar istisna edilməklə), hərbi təyinatlı bütün əşyalar, partlayıcı maddələr və hərbi texnika.
- Çindən maye, toz, batareya, pasta, yapışqan, qida, kosmetika, vitamin və dərman halında olan məhsulların çatdırılması mümkün deyil.
- Amerikadan məhsulun tərkibində spirt, tezalışan maddə olmadığı təqdirdə gətirilməsi mümkündür. Türkiyədən maye məhsullarının gətirilməsi mümkündür.
- Planşet
- Powerbank-lar (Çindən olmaz, Amerika və Türkiyədən sifariş edilməsi mümkündür)
- Spirtli içkilərin bütün növləri, pivə və tütün məhsulları
- Amerikadan partlayıcı, tezalışan və digər təhlükəli maddələr, eləcə də radioaktiv maddələr
- Gizli kamera
- Akkumlyatorlar
- Amortizatorlar
- Hover Board skuteri (Çindən olmaz, ABŞ və Türkiyədən sifariş edilməsi mümkündür)
- Hava nəqliyyatı ilə daşınılması qadağan olunan əşyalar
- Tablo sifarişləri
- Radioaktiv maddələr.
- Narkotik və psixotrop maddələr, onlardan istifadə üçün ləvazimatlar.
- Əxlaq pozğunluğunun, zorakılığın, terrorizmin təbliğini və reklamını edən materiallar.
- Narkotik, psixotrop, zəhərləyici, partlayıcı maddələrin hazırlanması texnologiyasına aid materiallar.
- Canlı heyvanlar
- Hər cür silah növləri, döyüş sursatı, hərbi təyinatlı hər cür əşyalar, partlayıcı maddələr, hərbi texnika.
- Xüsusi məxfi rabitə vasitələri, onların şifrələri və istismarı haqqında ədəbiyyat.
- Müdafiə, Milli Təhlükəsizlik və Daxili İşlər nazirliklərinin operativ istintaq fəaliyyəti üzrə informasiya sistemləri, sənədləri və arxivləri.
- Dövlət əhəmiyyətli sənədlər, ixtiralar, layihələr.
- Xammal şəklində olan qiymətli metallar və qiymətli qaşlar.
- Qanunvericiliyin tələbini ödəməyən digər məhsullar.
*Qeyd edək ki, Starex MMC olaraq yuxarıda adı çəkilən məhsulların heç birinin daşınmasını həyata keçirmirik. Lakin, bu siyahıda olmayan hər hansı məhsul sifarişiniz zamanı gömrük tərəfindən saxlanılması halları baş verərsə bu zaman Starex MMC olaraq məsuliyyət daşımırıq.
"Həvalə et" xidməti ilə sifariş etmişəm. Məhsulum yanlışdır. Nə etməliyəm?
"Həvalə et" xidmətimizlə etdiyiniz, "Sifariş verildi" statusuna düşən bütün sifarişlərinizin doğruluğuna zəmanət veririk.
Sifarişlərinizi təhvil alan zaman yerindəcə yoxlayırsınız, əgər sifarişiniz əskik, yanlış (rəng, ölçü, model səhvi), qırıq, istifadəyə yararsızdırsa, xarici anbarımıza təhvil verilib, ancaq sistemə salınmayıbsa, yaxud bağlamanız tapılmırsa, məhsul üçün ödədiyiniz məbləği sizə geri qaytarırıq.
Bağlamalarınızı filiallarda və ya kuryer vasitəsi ilə təhvil alarkən yerindəcə yoxlayıb əməkdaşlarımıza məlumat verilməlidir. Qeyd edək ki, "Zəmanət xidməti" məntəqədən təhvil alınan və poçt vasitəsi ilə göndəriş edilən bağlamalara şamil edilmir.
Xarici ünvanları qeyd edərək sifariş etmişəm. Məhsulum yanlışdır. Nə etməliyəm?
Birbaşa xarici ünvanlarımızı qeyd edərək sifariş etdiyiniz zaman daşıma şirkəti olaraq xarici anbarımıza daxil olan bağlamaların Azərbaycana çatdırılmasında vasitəçilik edirik. Şirkətimiz göstərdiyi vasitəçilik xidməti çərçivəsində heç bir halda satıcı firmanın göndərdiyi məhsulun keyfiyyətinə, tamlığına, tərkibinə, ölçü və formasına, satış anbarında tükənməsinə, vaxtında çatdırılmasına görə məsuliyyət daşımır. Mağazaya məxsus yanlışlıqlarda müştərilərimizin daha az zərərlə çıxmasını təmin edə bilmək üçün “Geri qaytarma” xidmətimiz mövcuddur.
Geri qaytarma xidmətimizin şərtlərimiz belədir:
1. Yalnız mağaza tərəfindən yanlış və ya yararsız halda göndərilmiş məhsulların geri qaytarılması mümkündür.
2. Bağlama Bakı ofisimizə daxil olduqdan sonra 48 saat ərzində təhvil alınmalıdır və yerindəcə yoxlanılıb, geri qaytarma xidməti üçün müraciət edilməlidir.
3. Sifarişlər çəkiyə uyğun tariflərlə geri qaytarılır.
4. Geri qaytarılacaq məhsulun ölçüsü 60-sm üzəri olduğu təqdirdə qəbul edilmir.
Saytınızda sorğu yaratmışam. Nə qədər müddətə cavab alacam?
“Onlayn müraciət et” bölməsindən qəbul edilən bütün sorğuları 2 iş günü ərzində cavablayırıq. Sorğunuzu cavabladıqda sizə mail vasitəsilə bildiriş göndərilir. Cavabı “Müraciətlər” bölməsindən izləyə bilirsiniz.
"Araşdırılır" statusunda olan sorğunun cavablandırılma müddəti nə qədərdir?
Araşdırma müddəti əsasən 15 iş gününü əhatə edir. Satıcı firmalara göndərdiyimiz müraciətlər bəzən çox gec cavablandığı üçün bu müddət bir qədər uzana bilir.
Araşdırma zamanı mağaza ilə danışıqlar nə qədər müddət ərzində nəticələnir?
Müştərilərimiz bizə müraciət etdiyi andan etibarən satıcı mağaza ilə əlaqə saxlayıb işləm başladırıq. Satıcı mağaza tərəfindən ilkin mərhələdə 7 iş günü ərzində məlumat veriləcəyi bildirilir. Sorğuya əsasən bu müddət bir qədər uzana bilir.
İptal və iadə hallarında ödəniş necə geri qaytarılır?
"Həvalə et" xidməti ilə təsdiqlənmiş sifarişlərin satıcı mağaza tərəfindən tədarük edilə bilmədiyi hallarda, sifarişin satıcı mağaza tərəfindən əskik göndərilməsi zamanı, türkiyədaxili karqoda qalması nəticəsində təslim edilə bilməyən sifarişlərə görə və istisna hallarda xarici anbardan iadə edilən məhsullar üçün 5% komissiya haqqı müştərinin balansına geri qaytarılmır.
Sifarişiniz stokda olmadığı üçün təsdiqlənmədiyi zaman yəni, mağaza tərəfindən iptal edildiyi təqdirdə ödənişin mağaza tərəfindən Starex-ə qaytarılmasından dərhal sonra link silinərək məhsulun invoys dəyəri və 5% komissiya haqqı balansınıza geri qaytarılır.
Həvalə et xidmətilə təsdiqlənmiş sifarişlərinizin iptal prosesi müraciətinizdən sonra araşdırma nəticəsində 5 iş günün sonunda nəticələnəcəkdir.
5% komissiya haqqı nə üçün geri qaytarılmır?
"Həvalə et” xidmətimizlə sifariş zamanı virtual post xidməti, konvertasiya və bank köçürmə ödənişləri etməli oluruq. Türkiyədə virtual post xidməti ilə bağlı komissiyalara görə 5% xidmət haqqı çıxılır. Məhsul satıcı mağazaya geri qaytarıldığı zaman 5% komissiya xərci bizə geri qaytarılmır. Bu səbəbdən yalnız invoys məbləği müştərinin balansına geri qaytarırıq!