İş saatlarımız:Hər gün
10:00-21:00
ÜnvanFikrət Əmirov küç. 6
ƏlaqəB.e.-Ş.
10:00-19:00
*8000

İstifadəçi şərtləri

1. Starex.az saytında qeyd etdiyiniz ad, soyad, seriya nömrəniz və fin kodunuz doğru olmalıdır. Əks təqdirdə bağlamanızın gömrük yoxlanışından keçməsi mümkün deyildir.
2. Starex.az saytında qeydiyyat zamanı nömrənizi və e-mailinizi doğru qeyd etməlisiniz. Əks təqdirdə hesabınıza girişlə bağlı və vacib məlumatları almaqda çətinlik yaşayacaqsınız.
3. “Həvalə et” xidmətimizdən istifadə zamanı qarşınıza çıxan qaydalara nəzər yetirməyiniz lazımdır.
4. 18 yaşdan kiçik vətəndaşların ölkə xaricindən bağlama gətirməsinə icazə yoxdur. Qeydiyyat zamanı bu məlumatı nəzərə almağınızı xahiş edirik.
5. Xidmətimizlə bağlı hər hansı bir çətinliyiniz yarandıqda bununla bağlı “Onlayn müraciət et” bölməsində, facebook, instagram səhifələrimizdən yazmağınız və ya çağrı mərkəzimizlə əlaqə saxlamağınız lazımdır.
6. Əməkdaşlarımızla əlaqədə olduğunuz zaman etik qaydara riayət etməyiniz xahiş olunur. Əks təqdirdə Starex-in xidmətindən istifadənizdə məhdudiyyətlər tətbiq oluna bilər.