İş saatlarımız:B.e.-Ş.
10:00-19:00
ÜnvanAtatürk prospekti 4A
ƏlaqəB.e.-Ş.
10:00-18:30
(012) 310 0825

"Smart Customs" tətbiqi ilə bağlı yenilik

news-image

"Smart Customs" tətbiqi ilə bağlı yenilik


Hörmətli müştərilərimiz.
Nəzərinizə çatdırmaq istəyirik ki, Dövlət Gömrük Komitəsi həm sizin, həm də bizim haqlı etirazımızı nəzərə alıb yeni tətbiq metodunu müvəqqəti olaraq dayandırdı. Fürsətdən istifadə edib onlara aldıqları qərarla bağlı təşəkkürümüzü bildiririk. Ümid edirik ki, bu metodun işlək olmamasını nəzərə alaraq tamamilə dayandıracaqlar. Daha əvvəl də qeyd etdiyimiz kimi artıq xarici anbarlardakı bağlamaların çıxışını təşkil etmişik. Bu həftədən etibarən təhvil ala bilərsiniz.

Şanlı ordumuzun dastan yazdığı bu günlərdə sizləri bu kimi məsələlərlə narahat etdiyimiz üçün üzrlü sayın. Yaşasın Azərbaycan, Yaşasın Azərbaycanın Şanlı Ordusu. İrəli Azərbaycan əsgəri, yalnız irəli! 🇦🇿