İş saatlarımız:B.e.- Ş.
10:00-21:00
ÜnvanFikrət Əmirov küç. 6
ƏlaqəB.e.-Ş.
10:00-19:00
*8000

94% bağlamanı tam vaxtında çatdırdıq!

news-image

94% bağlamanı tam vaxtında çatdırdıq!


 

Dəyərli müştərilərimiz,

Sizə daha yaxşı xidmət göstərmək üçün hər gün xidmətimizi inkişaf etdiririk. İndiyədək bir çox yeniliklər etmiş və verdiyimiz vədlərə əməl etmişik.

1. Bildiyiniz kimi Türkiyədən bağlamaları 1-5 gün ərzində çatdırırıq. 5 günə çatdırmadığımız təqdirdə isə çatdırılma ödənişinizin 50%-ni sizə geri qaytarırıq.
 İyul ayı ərzində bağlamaların 94%-ni tam vaxtında yerli anbarımıza çatdırmışıq.

Çatdırılmasını 5 gündən daha uzun vaxta həyata keçirdiyimiz bağlamalar üçün isə 50% ödənişi müştərilərə geri qaytarmışıq.

2. “Həvalə et” xidmətimiz vasitəsilə Türkiyədən sifariş etdiyiniz bütün məhsullarınıza zəmanət veririk.

Sifarişlərinizdə hər hansı bir yanlışlıq varsa, qırıq, istifadəyə yararsızdırsa, əskik göndərilibsə ödədiyiniz məbləği və çatdırılma ödənişini sizə geri qaytarırıq. Üstəlik, biz bu xidmət üçün əlavə ödəniş də tələb etmirik.

 İyul ayı ərzində 387 bağlamada mağaza tərəfindən yanlış və ya istifadəyə yararsız məhsul göndərişi edilmişdir. Bu bağlamalar zəmanətli olduğu üçün ödənişlər müştərilərə tərəfimizdən tam şəkildə qaytarılmışdır.

Bildirmək istəyirik ki, hazırda Türkiyədəki mövcud vəziyyətlə əlaqədar olaraq reyslərdə təxirəsalınmalar, sərnişin və karqo təyyarələrində sıxlıq mövcuddur. Bu səbəbdən avqust ayında "5 günə çatdırmasaq ödənişin 50%-ni qaytarırırıq" kampaniyamızı müvəqqəti olaraq dayandırırıq. Buna baxmayaraq bağlamaları 1-5 gün ərzində çatdırmağa davam edəcəyik.

Bağlamaları müştərilərimizə ən qısa müddətdə çatdırmaq üçün hər gün daha çox çalışırıq. Müştərilərimiz bizim üçün dəyərlidir və xidmət səviyyəmizin təkmilləşdirilməsi, müştəri məmnuniyyətinin təmin edilməsi məqsədilə yeniliklərimiz hər zaman olacaqdır. 

Alış-verişə başlamaq üçün, Starex-də qeydiyyatınızın olması lazımdır. Bu link ilə Starex-də qeydiyyatdan keçə bilərsiniz.