İş saatlarımız:B.e.- Ş.
10:00-21:00
ÜnvanFikrət Əmirov küç. 6
ƏlaqəB.e.-Ş.
10:00-19:00
*8000

Adidas ve Pumanın hekayəsi

news-image

Adidas ve Pumanın hekayəsi


Alman Dassler qardaşları arasında baş vermiş münaqişə nəticəsində  iki dünya markası yaranmışdır.
Qardaşlar 
1924-cü ildə analarına məxsus çamaşırxanada "Gebrüder Dassler Schuhfabrik"i (Dassler Qardaşlarının Ayaqqabı Fabriki) açıblar. 

Adolf və Rudolf qardaşlarının ayaqqabı şirkəti idmançılar üçün keyfiyyətli idman ayaqqabı modelləri istehsal edirdi. Adolf ayaqqabıları dizayn edir, Rudolf isə məhsulların satışını həyata keçirdirdi. Şirkətin böyüməsi üçün iki qardaş 1936-cı ildə Berlində keçirilən yay olimpiadasında ABŞ-dan olan qaradərili atlet Jesse Owens-ı şirkətin ayaqqabılarını geyinməsinə razı salırlar. Jesse Owens olimpiadada yüksək nəticə əldə edir və Dassler qardaşlarının ayaqqabıları ilə 4 qızıl medal qazanır. Bu uğur nəticəsində qardaşlar məşhurlaşmağa başlayırlar. Daha sonra şirkət sürətlə böyüyür lakin,qardaşların arasında  da münaqişələr başlayır.
II Dünya müharibəsindən sonra Amerikalılar tərəfindən əsir götürülən Rudolf qardaşı  bunda Adolfun rolu olduğunu düşünür və münasibətləri tamamilə pozulur.
1948-ci ildə Adolf işə ayrı davam etmək barədə qərar qəbul edir. Rudolf kiçik bir şəhər üçün iki fabrikin çox olduğunu desə də, qardaşı fikrindən daşınmır.  Anlaşmalarına görə, onlar Dassler soyadını şirkətin və məhsulun adında istifadə etməyəcəklərdi. Adolf Daslerr soyadının qarışığı olan "Adidas" adını seçir, Rudolf isə ad seçimini əvvəlcə "Ruda" sonra isə "Puma" olaraq qərar verir. Bu fabrikalar yaşadıqları Herzogenaurach şəhərinin müharibədən sonra bərpasında böyük rol oynayırdı. 
Daha sonra iki qardaşın mübahisəsi şəhər əhalisinə də yayılır. Əhali Adidasistlər və Pumaçılara bölünür. İnsanların küçədə görüşmədən ayaqqabılarına baxması “Əyri boyunların şəhəri” olaraq tanınmasına gətirib çıxarmışdı. Bir zavodda işləyənlər, digərinin olduğu tərəfə keçməməyə, digərlərinin getdikləri market və restoranlara getməməyə başlayırlar. Gülünc ölçülərə çatan rəqabətdə, iki şirkət əməkdaşları arasında evlilik də, dostluq da qadağan olunur.

Bu düşmənçilik uzun illər davam etmişdir. Rudolf 1974-cü ildə, Adolf isə 1978-ci ildə vəfat etdi. Onların vəfatından sonra da iki dünya markasının düşmənçiliyi bitməmişdi.

Nəyahət 2009-cu ildə Puma və Adidas’ ın CEO’ları “21 sentyabr – Dünya Sülh Günü”ndə iki şirkət arasında oynanan futbol dostluq oyunu ilə birlikdə 61 illik düşmənçiliyi bitirmişdir.