MƏSULİYYƏT DAŞIYIRIQ
İş saatlarıB.e - Ş.
10:00-20:00
ÜnvanAtatürk prospekti 4A
012 3100825

Amerikadan "Həvalə et" xidmətinin üstünlükləri

Amerikadan "Həvalə et" xidmətinin üstünlükləri


Hörmətli müştərilərimiz, fəaliyyətə başladığımız gündən etibarən sizlərə daha yaxşı xidmət göstərmək üçün  xidmətlərimizin sayını artırır, daim yenilənirik. Mütəmadi olaraq siz müştərilərdən  gələn  təklif  ve şikayətləri dəyərləndirir, adekvat addımlar atmağa çalışırıq. Məqsədimiz sifariş verən hər bir müştərinin rahatlığını tam təmin etməkdir. Elə buna görə də sizlər üçün Amerikadan “Həvalə  et” xidmətimizi  aktivləşdirdik. Siz bu xidmətdən  yararlanmaqla bir çox riskdən sığortalanmış olursunuz. 
 1.    Müştərilərimiz  bəzi hallarda sifariş etdikləri  məhsulların təhvili haqqında  məlumat  əldə  etməklərinə baxmayaraq  bağlamalar qeyd edilən ünvana təhvil verilmir. Anbarların yerləşdiyi Delaware ştatında bu xidməti göstərən yüzlərlə şirkət olduğu üçün daxili çatdırma şirkətləri məhsulu yanlışlıqla başqa ünvana təhvil verə bilirlər. Bu halda özü sifariş edən müştərilər satıcı firma ilə əlaqə saxlamalı, sifarişinin doğru ünvana çatdırılmasını tələb etməlidir. Siz “Həvalə et” xidmətindən istifadə etməklə bu məsuliyyətdən  tamamilə azad olacaqsınız.

2.    Şəxsi kabinetinizdə sizə məxsus olan adres və kabinet kodu olmasına baxmayaraq  bəzi saytlar bu adresi qəbul etməyə bilir. Bunun da əsas səbəbi həmin saytların məhsulu  şirkətlərə yox, birbaşa axırıncı istehlakçıya satmasıdır. Bu saytlardan sifariş edə bilmək üçün Amerikada ev adresi tələb olunur. Bu problemin həlli “Həvalə et” xidməti ilə sifariş etməkdir.

3.    Həmçinin bəzi saytlar digər ölkələrin plastik kartları ilə ödəniş qəbul etmirlər. Bizim şirkət olaraq Amerikada bank hesabımız və özümüzə məxsus plastik kartlarımız mövcuddur.  “Həvalə et” xidməti  sizə həmin saytlardan sifarişi təmin edir.

4.    Bilidyiniz kimi Amerikadan xidmət göstərən heç bir şirkət məhsulların geri qaytarılmasını təşkil etmir. Biz müştəilərimiz üçün məhsulların qəbulunda ilkin kontrol mexanizmini həyata keçirdirik. Belə ki, məhsulunuz anbarımızda olduqda açılır, düzgünlüyü, tamlığı yoxlanılır və şəkli çəkilir. Satıcı tərəfindən problemli göndərilmiş məhsul yerindəcə geri qaytarılır.

5.    Bütün bu qeyd olunanlarla yanaşı  şirkətimiz hazırda həftədə 2 dəfə və ən ucuz qiymətlərlə gətirən yeganə şirkətdir. 1,50 USD-dən başlayan qiymətlərlə, hər kq üçün cəmi 6,00 USD ödəməklə məhsullarınızı əldə edə bilərsiniz.