İş saatlarımız:B.e.-Ş.
10:00-21:00
ÜnvanAtatürk prospekti 4A
ƏlaqəB.e.-Ş.
10:00-19:00
(012) 310 0825

Amerikadan sifariş etmək üçün alış-veriş saytları.

news-image

Amerikadan sifariş etmək üçün alış-veriş saytları.


Amerikadan sifariş indi daha sərfəlidir. 
Hər ay yüzlərlə şəxs geyim, kosmetika və elektronika əşyalarını Amerikadan sifariş edir. Əksər zaman məhsulu Amerikadan sifariş etməklə büdcənizə 2 dəfə qənaət etmiş olursunuz. Starex.az vasitəsilə siz də Amerika saytlarında bəyəndiyiniz geyim, kosmetika və elektronikanı rahatlıqla əldə edə bilərsiniz. Bunun üçün almaq istədiyiniz məhsulu müəyyənləşdirməniz və çatdırılmasını starex.az-a etibar etməyiniz kifayətdir.

Xidmətdən necə istifadə edim?
Amerikadan sifariş üçün ilk olaraq starex.az saytında qeydiyyatdan keçməyiniz lazımdır. Qeydiyyat ödənişsizdir.


Necə sifariş verim?
Hər hansı bir Amerika saytından almaq istəyiniz məhsulu müəyyənləşdirirsiniz. Məhsulu alarkən məhsulu çatdırmaq üçün xarici saytlarda sizdən ünvan tələb olunacaq. Ünvan bölməsinə şəxsi kabinetinizdə "Xaricdəki ünvanlarım" bölməsində qeyd edilmiş Amerika ünvanımızın (bu ünvan sizə özəldir) məlumatlarını daxil edirsiniz. Mağaza sizin sifarişinizi bizim Amerika ünvanımıza çatdırır, biz də sifarişinizi ölkəmizə gətiririk.

Amerikadan Azərbaycana kargo neçəyədir?
Amerikadan sifarişlər üzrə ölkəmizə çatdırılma qiymətləri 2.50$-dan başlayır. Çəkisi daha yuxarı olan bağlamaların hər kg-a görə çatdırılma ödənişi də daha azdır. Bir geyimin ortalama çəkisi 300 qramdır. Bu o deməkdir ki, siz gətirdiyiniz məhsula görə orta hesabla 6.83 manat (4.00$) xərcləyəcəksiniz. 

Sifarişlərim neçə günə gəlir?
Amerikadan Çatdırılma müddəti sifariş verdiyiniz saytdan asılı olaraq dəyişir. Satıcı firmalarda çatdırılma müddəti 3-7 gün aralığında olur. Həftə sonları və rəsmi bayram günləri çatdırılma müddəti uzana bilər. Satıcı firma sizin sifarişinizi bizim xaricdəki anbarımıza çatdırdıqdan 7-10 gün sonra sifarişiniz Bakıya göndərilir. Amerikadan  Azərbaycana çatdırılma həftədə 1 dəfə həyata keçirilir.

Amerikadan sifariş verə biləcəyiniz saytlar

  1. Amazon
    Amerikadan sifarişlərin böyük bir hissəsi Amazonun payına düşür.  Amazon 1994-cü ildə Jeff Bezos tərəfindən “Cadabra” adı ilə əsası qoyulmuş, 1995-ci ildə “Amazon.com” olaraq fəaliyyətinə davam etmişdir. Onlayn kitab evi olaraq fəaliyyətə başlayan Amazon, hazırda dünyanın ən böyük onlayn ticarət saytına çevrilmişdir. Dünyanın ən dəyərli üçüncü şirkəti olan Amazonda siz zövqünüzə uyğun hər çeşiddə- kitab, geyim, aksesuar, elektronika və s. məhsul tapa bilərsiniz. Bu saytdan ən çox elekteronika sifarişləri üçün istifadə edilir.
  2. Ebay 
    Ebay Amerika ofisimizə ən çox sifariş edilən onlayn ticarət saytlarından biridir. Ebay 1995-ci ildə Pierre Omidyar tərəfindən qurulmuşdur və fərqli satış modellərini təqdim edərək ən populyar satış platformasına çevrilmişdir. Bu saytda elektronikadan aksesuar, kitab çeşidlərinə qədər hər növ məhsul tapmaq mümkündür.
  3. Ali Express
    Aliexpress, Çin məhsullarının ən ucuz qiymətə satıldığı, milyonlarla məhsul çeşidinə sahib olan və bir çox satıcını özündə birləşdirən bir platformadır. Çin firmalarının digər ölkələrə satış etməsi üçün qurulan Aliexpress.com, hazırda dünyanın ən böyük internet şirkətlərindən biridir.  
  4. Walmart
    Dünyanın ən nəhəng ticarət platformalarından biridir. "Always Low Price" "Həmişə aşağı qiymət" strategiyası ilə işləyir.  WalMart-dan alınan bir məhsulun orta qiyməti 3 dollar civarındadır. 
  5. Sephora
    Sephora, fərdi qulluq və gözəllik məhsullarının satıldığı mağazalar şəbəkəsidir. Təxminən 3000 marka olan Sephora, özəl etiketli kosmetika, dəriyə qulluq, bədən, ətir, dırnaq rəngi, gözəllik vasitələri və saç baxımı kimi gözəllik məhsullarını təklif edir. 
  6. Shop Disney
    Yalnız Disney məhsullarını satan beynəlxalq mağazalar zənciridir. Azyaşlıların sevimli qəhramanlarına məxsus bir çox çeşiddə məhsulları özündə birləşdirir.
  7. Carter's
    Carter's keyfiyyət və yenilik üzərinə qurulmuş, dünyanın ən öndə gedən uşaq geyim, aksesuar və hədiyyə markaları arasındadır. Anaların övladları üçün keyfiyyətli məhsullar əldə etdiyi ən yaxşı dostlarındandır.
  8. Michael Kors
    Kişi və qadın hazır geyim, aksesuar, saat, ayaqqabı, çanta, ətir çeşidləri ilə seçilən, dünyanın ən məşhur və sevilən mağazalarından biridir. Qadınların geyim, aksesuar seçimlərində üstünlük bu mağazanın payına düşür. 
  9. Asos
    Ən yaxşı markaları və ən dəbli məhsulları özündə birləşdirən Asos saytı  qadınların ən çox müraciət etdiyi onlayn mağazalarından biridir.  
  10. H&M
    H&M Hennes & Mauritz AB İsveç beynəlxalq pərakəndə geyim şirkətidir. Hazır geyim sənayesində fəaliyyət göstərən şirkət kişi, qadın, gənclər və uşaqlar üçün geyim istehsal edir. 1947-ci ildə Erling Persson tərəfindən əsası qoyulmuşdur və bu gün qadınlar üçün ən populyar markalar arasında öz mövqeyini qoruyur.


Alış-verişə başlamaq üçün Starex saytında qeydiyyatdan keçməyiniz lazımdır. Qeydiyyat ödənişsizdir.