İş saatlarımız:B.e.- Ş.
10:00-21:00
ÜnvanFikrət Əmirov küç. 6
ƏlaqəB.e.-Ş.
10:00-19:00
*8000

Amerikadan sifarişi necə edim? Amerikadan Sifariş saytları

news-image

Amerikadan sifarişi necə edim? Amerikadan Sifariş saytları


Amerikadan sifarişi necə edim? Hansı saytlardan istifadə edim deyirsinizsə, diqqətiniz bizdə olsun.  
Hər kəs geyim, kosmetika və elektronika əşyalarına olan tələbatını ödəmək üçün Amerikadan sifariş edir. Əgər siz məhsulu Amerikadan sifariş edirsinizsə, təbii ki, büdcənizə 2 dəfə qənaət etmiş olursunuz. Starex.az vasitəsilə Amerika saytlarında bəyəndiyiniz geyim, kosmetika və elektronikanı rahatlıqla əldə edə bilərsiniz. Bunun üçün almaq istədiyiniz məhsulu müəyyənləşdirməyiniz və çatdırılmasını starex.az-a etibar etməyiniz kifayətdir.

Amerikadan sifariş üçün ilk olaraq starex.az saytında qeydiyyatdan keçməlisiniz. Qeydiyyat ödənişsizdir və sizin rahat sifarişiniz üçün bütün şərait yaradılıb.

Amerikadan sifariş etmək istədiyiniz məhsulu müəyyənləşdirirsiniz. Məhsulu alarkən sizdən ünvan tələb olunacaq. Ünvan bölməsinə şəxsi kabinetinizdə "Xaricdəki ünvanlarım" bölməsində qeyd edilmiş Amerika ünvanımızın (bu ünvan sizə özəldir, ona görə yalnız öz şəxsi kabinetinizdə olan ünvanı qeyd edin) məlumatlarını daxil edirsiniz. Mağaza sizin sifarişinizi Amerika anbarımıza çatdırır, biz də sizin Amerikadan sifarişinizi ölkəmizə gətiririk.


Amerikadan sifarişinizin gəlmə müddəti sifariş verdiyiniz saytdan asılı olaraq dəyişir. Satıcı firmalarda çatdırılma müddəti 3-7 gün aralığında olur. Həftə sonları və rəsmi bayram günləri çatdırılma müddəti uzana bilər. Satıcı firma sizin sifarişinizi bizim xaricdəki anbarımıza çatdırdıqdan 7-10 gün sonra sifarişiniz Bakıya göndərilir. Amerikadan Azərbaycana çatdırılma həftədə 1 dəfə həyata keçirilir.

Amerikadan sifariş verməyiniz üçün ən məşhur saytlar:

  1. Amazon
    Amerikadan sifarişlərin böyük bir hissəsi Amazonun payına düşür. Dünyanın ən dəyərli üçüncü şirkəti olan Amazonda siz zövqünüzə uyğun hər çeşiddə kitab, geyim, aksesuar, elektronika və s. məhsullarını tapa bilərsiniz. Bu saytdan Amerikadan sifariş etmək üçün istifadə edilir.
  2. Ebay 
    Ebay Amerikadan sifariş ən çox edilən onlayn ticarət saytlarından biridir. Bu saytda elektronikadan aksesuar, kitab çeşidlərinə qədər hər növ məhsul tapmaq mümkündür.
  3. Walmart
    Dünyanın ən nəhəng ticarət platformalarından biridir. Amerikadan sifariş edənlər bu markanı mütləq nəzərdə saxlamalıdırlar.  "Always Low Price" "Həmişə aşağı qiymət" strategiyası ilə işləyir.  WalMart-dan alınan bir məhsulun orta qiyməti 3 dollar civarındadır. 
  4. Sephora
    Sephora, fərdi qulluq və gözəllik məhsullarının satıldığı mağazalar şəbəkəsidir. Təxminən 3000-dən çox məhsulu olan Sephora, özəl etiketli kosmetika, dəriyə qulluq, bədən, ətir, dırnaq rəngi, gözəllik vasitələri və saç baxımı kimi gözəllik məhsullarını təklif edir. 
  5. Shop Disney
    Yalnız Disney məhsullarını satan beynəlxalq mağazalar zənciridir. Amerikadan sifariş edənlər mütləq övladlarının zövqünü nəzərə alaraq buradan safaris edə bilərlər. Azyaşlıların sevimli qəhramanlarına məxsus bir çox çeşiddə məhsulları özündə birləşdirir.
  6. Michael Kors
    Kişi və qadın hazır geyim, aksesuar, saat, ayaqqabı, çanta, ətir çeşidləri ilə seçilən, dünyanın ən məşhur və sevilən mağazalarından biridir. Qadınların Amerikadan sifariş etdiyi geyim, aksesuar seçimlərində üstünlük bu mağazanın payına düşür. 
  7. H&M
    H&M İsveç beynəlxalq pərakəndə geyim şirkətidir. Hazır geyim sənayesində fəaliyyət göstərən şirkət kişi, qadın, gənclər və uşaqlar üçün geyim istehsal edir. Amerikadan sifarişi seçən alıcılar bu brendi mütləq izləməlidir.


Starex.az saytında qeydiyyatdan keçərək Amerikadan sifarişlərinizi edə bilərsiniz. Qeydiyyat ödənişsizdir.
 Bu link ilə Starex-də qeydiyyatdan keçə bilərsiniz.