İş saatlarımız:B.e.-Ş.
10:00-19:00
ÜnvanAtatürk prospekti 4A
ƏlaqəB.e.-Ş.
10:00-18:30
(012) 310 0825

Bağlamalar haqqında məlumat!

news-image

Bağlamalar haqqında məlumat!


Dəyərli müştərilərimiz, gömrüklə bağlı yeni qərar 24 sentyabr 2020-ci il tarixindən etibarən qüvvəyə minəcək.

Nəzərinizə çatdırmaq istəyirik ki, müştərilərimizin limitlə bağlı hər hansı bir çətinlik yaşamaması üçün hazırda xarici anbarlarımızda olan və xarici anbarımıza daxil olacaq bağlamaları 01.10.2020 tarixinədək xarici anbarda saxlayacağıq. Xarici anbarımızdakı bağlamaların göndərişi 01.10.2020 tarixindən etibarən ediləcəkdir. Bu qayda hazırda yolda olan bağlamalara şamil olunmayacaq.

Xatırladaq ki, yeni qərara aylıq rüsumsuz limit 300 ABŞ dolları təşkil edir. Qərar qüvvəyə mindikdən sonra Sentyabr ayı da daxil olmaqla, hər ay üzrə 300 ABŞ dollarlıq limiti keçdiyiniz zaman bağlamanız üçün gömrük rüsumu hesablanacaq. Siz 300 ABŞ dollarını keçməmək şərtilə ay ərzində istədiyiniz qədər bağlama gətirə bilərsiniz.

Yeni gömrük qaydaları ilə bağlı ətraflı məlumat: starex.link/yenigomruk