İş saatlarımız:B.e.-Ş.
10:00-19:00
ÜnvanAtatürk prospekti 4A
ƏlaqəB.e.-Ş.
10:00-18:30
(012) 310 0825

Bağlamaların göndərişi ilə bağlı məlumat

news-image

Bağlamaların göndərişi ilə bağlı məlumat


Hörmətli müştərilərimiz, əziz Azərbaycan xalqı. Əvvəla sizləri şanlı ordumuzun son bir neçə gündə əldə etdiyi uğurlar münasibətilə təbrik edirik. İnanırıq ki, ən qısa zamanda bayrağımız Cənab Ali Baş Komandanın rəhbərliyi altında Xankəndində, Şuşada dalğalanacaq.🇦🇿

Heç yeri olmasa da vacib bir məqamı təkrar diqqətinizə çatdırmaq istəyirik. Bildiyiniz kimi yeni bəyanetmə metodu çərçivəsində bütün vətəndaşlar ayrı-ayrılıqda gömrüyün yeni tətbiqi vasitəsilə bəyan verməlidir. Artıq uzun müddətdir xarici anbarlarda göndərişə hazır olan bağlamalar var. Bu həftənin dördüncü günü (1 oktyabr) bütün bağlamaların göndərişini həyata keçirdəcəyik. Düşünürük ki, həm sizlər qısa zamanda bəyannamələri dolduracaqsınız, həm də gömrük orqanları Ordumuzun bu uğurları fonunda güzəştə gedəcək. Bağlamalarınızı 30 sentyabr tarixinədək bəyan etməyinizi xahiş edirik.

Onu da qeyd edək ki, 305 nömrəli qərara əsasən bağlamalar həm ölkə hüdudlarına gəlmədən elektron, həm də gəldikdən sonra yazılı formada bəyan edilə bilər. Qərarda konkret olaraq vətəndaşların bəyanetməsi nəzərdə tutulmayıb, lakin gömrük orqanının tələbi bu şəkildədir və bunu sizlərə çatdırmaq borcumuzdur.

Bir daha Ordumuza şanlı qələbələr, xalqımıza ruh yüksəkliyi arzulayırıq. Biz hər mənada birlikdə güclüyük. Allah birliyimizi daim etsin! 🇦🇿