
Bağlamanızı e.customs.gov.az və ya Smart Customs ilə bəyan edin!
Dəyərli müştərilərimiz,
Bağlamanız xarici anbarımızda sistemə əlavə edildikdə e.customs.gov.az və ya Smart Customs tətbiqindən daxil olub bəyannamənizi təsdiqləməlisiniz. Starex profilinizdə yazdığınız FİN kodun, Smart Customs-dakı FİN kodla üst-üstə düşməsi vacibdir. Əks halda bəyannamələr Smart Customs tətbiqində görünməyəcəkdir.
Əlavə olaraq qeyd edək ki, hazırda Smart Customs tətbiqində və e.customs.gov.az saytından bəyannamə təsdiqində müəyyən texniki nasazlıqlar mövcuddur. Bu səbəbdən bəyan edilmələrdə müəyyən çətinliklər yaşaya bilərsiniz.
Qeyd: “Smart Customs” proqram təminatına daxil olmaq üçün “ASAN login” sistemində qeydiyyatdan keçməlisiniz. Telefon nömrəniz öz adınıza olmalıdır, əks halda «ASAN login» sistemində qeydiyyatdan keçə bilməyəcəksiniz.