MƏSULİYYƏT DAŞIYIRIQ
İş saatlarıB.e - Ş.
10:00-22:00
ÜnvanAtatürk prospekti 4A
012 3100825

Bank kartı olmadan Türkiyə və Amerikadan sifariş

Bank kartı olmadan Türkiyə və Amerikadan sifariş


Türkiyə və Amerikadan bəyəndiyiniz məhsulları sifariş vermək üçün artıq bank kartına ehtiyac yoxdur.

 

Ötən aylarda artıq bir çox insan bəyəndiyi geyim, aksesuar, elektronika və digər məhsulları Türkiyə və Amerika kimi ölkələrdən sifariş verirlər. Bunun müxtəlif səbəbləri var. Ancaq, ən başlıca səbəb sözsüz ki, bu ölkələrdə eyni məhsulların qiymətinin ölkəmizdəki qiymətlərdən 2 dəfə, bəzən də daha çox ucuz olmasıdır.

 

Bununla belə, əksər şəxslərin bank kartı olmadığı üçün ölkə xaricindən sifariş etmək imkanından istifadə edə bilmirlər. Əgər sizin də bank kartınız yoxdursa və ya müəyyən səbəblərdən özünüz sifariş vermək istəmirsinizsə, Starex.az-a müraciət edə bilərsiniz.

 

Bank kartı olmadan necə sifariş vermək olar?

İlk öncə Türkiyə və ya Amerikadan almaq istədiyiniz məhsulu müəyyənləşdirin. Daha sonra saytımıza login və şifrənizlə daxil olub "Sifariş et" bölməsinə keçin və burada bəyəndiyiniz məhsulun linkini daxil edib, təsdiq edin. Starex.az həmin məhsulu sizin üçün həm alacaq, həm də ölkəmizə gətirəcək. İstəsəniz kuryer xidməti vasitəsilə məhsulu ünvanınızda əldə edə bilərsiniz.

 

Starex.az-ın həm sifariş, həm də çatdırılma xidmətindən istifadə etmək üçün qeydiyyatdan keçin.