İş saatlarımız:B.e.-Ş.
10:00-19:00
ÜnvanFikrət Əmirov küç. 6
ƏlaqəB.e.-Ş.
10:00-19:00
*8000

Ən çox verilən sual və cavablar

news-image

Ən çox verilən sual və cavablar


Dəyərli müştərilər, e.customs.gov.az saytında bəyan etməklə bağlı ən çox verilən sual və cavabları sizin üçün bir yerə topladıq.

1. Sual: Sifarişimi nə zaman bəyan etməliyəm?
Cavab: Bağlamanız xarici anbarda olması ilə bağlı sizə bildiriş gəldikdən sonra  e.customs.gov.az saytında bəyan etməlisiniz.
2. Sual: Bəyan etmədikdə nə olur?
Cavab: e.customs.gov.az saytında bəyan edilməyən bağlamaların xarici anbardan göndərişi edilməyəcək.
3. Sual: Bir bağlamada olan bir neçə məhsulu necə bəyan edək?
Cavab: Misal olaraq bir bağlamada bir köynək və bir şalvar mövcuddursa bir bəyannamə daxilində hər ikisini qeyd etməlisiniz.
Bir məhsul üçün bəyan etdikdən sora “Yeni mal əlavə et” bölməsinə keçərək digər məhsulunuzu əlavə edə bilərsiniz. Daşıma ödənişi ilk məhsulda qeyd edildiyi üçün ikinci məhsulu əlavə etdikdə ödəniş avtomatik sıfır olaraq qeyd edilir.
4. Sual: Keçən ay təhvil aldığım bağlamalar üçün bəyan etməyimi istəyir, nə etməliyəm?
Cavab: Daha öncə təhvil aldığınız bağlamalar üçün bəyan etməyinizə ehtiyac yoxdur.

5. Sual: Limiti keçən bağlamanı bəyan etdikdə bağlama saxlanır?
Cavab: Limiti keçib keçmədiyindən asılı olmayaraq bütün bağlamalar e.customs.az saytında bəyan edilməlidir. Cari ay üzrə limiti keçdiyiniz təqdirdə e.customs.gov.az saytında ödəməli olduğunuz rüsumu görəcəksiniz. Rüsumu bağlamanız gömrük yoxlanışına daxil olanadək onlayn şəkildə ödədikdə gömrük tərəfindən saxlanmayacaq.

6. Sual: e.customs.gov.az saytında bəyan etməli olduğum bağlamanın məlumatlar niyə qarşıma çıxmır?
Cavab: Starex profilinizdə yazdığınız FIN kodun, e.customs.gov.az saytındakı  FİN kodla üst-üstə düşməsi vacibdir. Əks halda bəyannamələr e.customs.gov.az  tətbiqində görünməyəcəkdir.
Starex hesabınızdakı FIN kodu
“Tənzimləmələr” bölməsinə keçərək düzəliş edə bilərsiniz.

7. Sual: Bəyan zamanı bağlamanın çatdırılma ödənişini və məhsulun qiymətini necə yazmalıyıq?
Cavab: e.customs.gov.az saytında bəyan etdikdə malın invoys qiyməti olaraq məhsulunuzun ödənişini qeyd etməlisiniz. Çatdırılma ödənişiniz avtomatik qeyd edilir yenidən hər hansı çatdırılma ödənişi qeyd etməyinizə ehtiyac yoxdur.

8. Sual: Ödənişi hansı valyuta ilə qeyd etməliyəm?
Cavab: Ödənişinizi sifariş etdiyiniz ölkənin pul vahidinə uyğun qeyd edə bilərsiniz.

9. Sual: Tracking ID nədir?
Cavab: Tracking ID “Starex” hesabınızdakı hər bir bağlamanızın izləmə kodudur.

10 Sual: Adıma nömrə yoxdur necə olacaq?
Cavab: e.customs.gov.az saytında bəyan etməyiniz üçün “ASAN login” sistemində qeydiyyatdan keçməlisiniz. Telefon nömrəniz öz adınıza olmalıdır, əks halda «ASAN login» sistemində qeydiyyatdan keçə bilməyəcəksiniz.
11. Sual: FİN kodum yanlışdır necə bəyan edim?
Cavab: Starex profilinizdə yazdığınız FİN kodun, e.customs.gov.az saytındakı  FİN kodla üst-üstə düşməsi vacibdir. Starex hesabınızdakı FİN kodu “Tənzimləmələr” bölməsinə keçərək düzəliş edə bilərsiniz.