İş saatlarımız:B.e.-Ş.
10:00-19:00
ÜnvanFikrət Əmirov küç. 6
ƏlaqəB.e.-Ş.
10:00-19:00
*8000

Ən çox verilən suallar və cavabları.

news-image

Ən çox verilən suallar və cavabları.


Türkiyədən sifarişlə bağlı sizi maraqlandıran sualları və cavablarını bir yerə topladıq.

1. Sifariş etmək mümkündürmü?

- Türkiyədən sifarişlər tam sürətlə davam edir. Həm özünüz birbaşa türk saytlarından, həm də Həvalə et xidmətimizlə sifariş verə bilərsiniz. Qeyd edək ki, Amerikadan hazırda “Həvalə et” xidmətimizlə sifariş mümkün deyil. Siz xarici ünvanımızdan istifadə edərək sifarişi həyata keçirə bilərsiniz.
 

2. Bağlamaların gəlməsində hər hansı bir gecikmə olurmu?

- Kargo daşımalarında hər hansı çətinlik yoxdur. Sərnişin daşınmalarının bağlanmasının kargoya heç bir aidiyyatı yoxdur. Lakin reys dəyişikliklərinə əsasən bəzi göndərişlərdə 1-2 gün gecikmə baş verə bilər.

 

3. Xidmət nöqtələri bağlandı. Bəs bağlamaları necə təhvil alacağıq?

- Bağlamaları Online kuryer sifariş edərək əldə edə bilərsiniz. Mövcud vəziyyətlə əlaqədar demək olar Bakının hər yerinə 1 AZN-ə çatdırılma edirik. Kuryer tariflərimizi saytımızda tariflərimiz bölməsindən izləyə bilərsiniz. Sumqayıt daxili çatdırılma da bugündən etibarən aktivdir. Eynilə Sumqayıt daxili çatdırılmalar üçün də kuryer tarifimiz 1 azn təşkil edir.

 

4. Minlərlə bağlamanı necə çatdırırsınız?

- Yeni qurmuş olduğumuz modelə əsasən istədiyiniz qədər bağlamanı maksimum 2 gün ərzində Bakı və Sumqayıtdakı ünvanınıza çatdıra bilirik. Gecikmələr yalnız fərdi xətalar sayəsində ola bilər. Bu da ümumi kuryer sifarişlərinin 1-2%-ni təşkil edir.

 

5. Sizinlə necə əlaqə quraq?

- Saytımızda şəxsi kabinetinizdən “Online müraciət et” bölməsindən müraciət edərək maksimum 30-40 dəqiqə ərzində suallarınıza cavab ala bilərsiniz. Əmin olun ki, bu xidmət əvvəlkindən ən azı 2 dəfə daha sürətlənib.

Əlavə olaraq, 012 310 08 25 çağrı mərkəzimizlə, facebook və instagram səhifələrimizə yazaraq bizimlə əlaqə yarada bilərsiniz.

 

Xaricdən verdiyiniz sifarişləri ən qısa zamanda qapınıza çatdırmaq üçün əlimizdən gələni edirik. Eyni zamanda maksimum dərəcədə bu çətin günlərdə müştərilərimizə əlimizdən gələn güzəştləri edirik. Hər biriniz bizim üçün dəyərlisiniz.