İş saatlarımız:B.e.- Ş.
10:00-21:00
ÜnvanFikrət Əmirov küç. 6
ƏlaqəB.e.-Ş.
10:00-19:00
*8000

Etibarnamə nə üçündür?

news-image

Etibarnamə nə üçündür?


Dəyərli müştərilər, hər gün xidmətimizi daha çox inkişaf etdirir və yeniliklərlə sizi sevindiririk!

Xidmətimizdən daha rahat istifadə etməyiniz üçün “Etibarnamə” xidmətimizi yaratdıq. 
Bu xidmətdən öncə balansda mövcud olan məbləği yalnız müştəri özü şəxsiyyət vəsiqəsi ilə filiala yaxınlaşaraq təhvil ala bilirdi. Xidmətimizdən daha rahat istifadə etməyiniz üçün isə artıq başqa biri də bağlamanı və balansınızdakı məbləği təhvil götürə biləcək. 

Bu xidmətdən necə yararlana bilərsiniz?
1. Şəxsi kabinetinizdə "Etibarnamə" bölməsinə daxil olaraq, “Etibarnamə yarat” düyməsini klikləməlisiniz.
2. Daha sonra bağlamanızı və ya vəsaiti təhvil alacaq şəxsin ad, soyad və şəxsiyyət vəsiqəsinin seriya nömrəsini qeyd edirsiniz.

Həmin şəxs filiallarımıza yaxınlaşdıqda bizim əməkdaşlarımız "Etibarnamə" bölməsində məlumatları yoxlayıb, qeyd etdiyiniz şəxsə bağlamanı və ya məbləği təhvil verəcəkdir.

Qeyd edək ki, istədiyiniz zaman etibarnaməni silib yenisini əlavə etməyiniz mümkündür. 
* Təhvil alacaq şəxs şəxsiyyət vəsiqəsi ilə filiala yaxınlaşmalıdır
* Bağlamanızı etibarnamə olmadan da sizin şəxsiyyət vəsiqənizlə və ya şəxsiyyət vəsiqənizin şəkli ilə başqa biri təhvil ala bilər. 

Alış-verişə başlamaq üçün, Starex-də qeydiyyatınızın olması lazımdır. Bu link ilə Starex-də qeydiyyatdan keçə bilərsiniz.