İş saatlarımız:Hər gün
10:00-21:00
ÜnvanFikrət Əmirov küç. 6
ƏlaqəB.e.-Ş.
10:00-19:00
*8000

Gəlirlərimizi bölüşürük

news-image

Gəlirlərimizi bölüşürük


30 aprelədək Türkiyə və Amerikadan gətirdiyimiz bağlamalara görə əldə etdiyimiz gəlirlərlə “ASAN Məktub” sosial proqramına dəstək olacağıq.

 

Hər bir müştərimiz şirkətimizə ödədiyi məbləğdən nə qədərinin ianə edildiyini şəxsi kabinetdə görə bilər. Heç bir müştərimizdən ianə üçün əlavə məbləğ tutulmur. Şirkətimiz müştərilərimizin şirkətimizə ödədiyi məbləğin bir hissəsini ianə edir.

İanə məqsədilə toplanan məbləğ və ətraflı məlumatı buradan izləyə bilərsiniz.

 

İanə edilən məbləğ “ASAN Könüllüləri” Təşkilatının www.asanmektub.az saytına məktubları yerləşdirilmiş ahıl şəxslərin ehtiyacları üçün xərclənəcək.

 

Qeyd edək ki, karantin müddətində 65 yaşdan yuxarı tənha yaşayan insanların zəruri ehtiyacları ASAN könüllüləri tərəfindən toplanaraq www.asanmektub.az saytına yerləşdirilir. Yardım etmək istəyənlər sayta daxil olmaqla seçdikləri məktublar üzrə qeyd olunanları alaraq könüllülərə təhvil verirlər. Alınmış ehtiyaclar isə ASAN könüllüləri tərəfindən müraciət sahiblərinə çatdırılır.