İş saatlarımız:B.e.-Ş.
10:00-21:00
ÜnvanAtatürk prospekti 4A
ƏlaqəB.e.-Ş.
10:00-19:00
(012) 310 0825

Gold müştəri proqramı

news-image

Gold müştəri proqramı


Gold müştəri proqramını təqdim edirik. Bu proqram ilə çatdırılma ödənişləri məhz sizin üçün endirimli olacaq! 

Gold müştəri proqramını Starex-in daimi müştəriləri üçün formalaşdırmışıq. Əgər siz ötən 6 ay ərzində Starex-lə beynəlxalq çatdırılmalar üçün 150$ və daha çox məbləğdə ödəniş etmisinizsə (bağlama/bəyannamə ödənişi) siz avtomatik olaraq Gold müştəri proqramına qoşulmuş olursunuz. Bununla da, bu şərti ödədiyiniz andan etibarən növbəti 3 ay ərzində bağlamalarınızın çatdırılma məbləğinə 15% endirim qazanırsınız. Endirim, Gold müştəri proqramına qoşulduğunuz andan etibarən “Xarici anbardadır” statusuna düşən bütün bağlamalarınıza tətbiq olunacaq.

Əgər 3 ayın sonunda siz yenidən proqramın şərtini (Son 6 ay ərzində 150$ və daha çox məbləğdə çatdırılma ödənişi etmək) ödəyirsinizsə daha 3 ay endirim əldə edirisniz.

 

Sual və cavablar:

Sual: Son 6 ay ərzində nə qədər çatdırılma ödənişi etdiyimi hardan izləyə bilərəm?
Cavab: Saytımızda (starex.az) şəxsi kabinetinizə daxil olaraq TL balansının sağ tərəfində bu məlumatı görə bilərsiniz. Xatırladaq ki, Gold müştəri proqramının şərtini ödədiyiniz zaman sizə sms/e-mail vasitəsilə bildiriş göndəriləcək və siz bu üstünlüklərdən yararlanmağa başlayacaqsınız.

 

Sual: Endirim hansı bağlamalarıma şamil olunacaq?
Cavab: Endirim Gold müştəri proqramına qoşulduğunuz andan etibarən növbəti 3 ay ərzində “Xarici anbardadır” statusuna düşən bütün bağlamalarınıza tətbiq olunacaq. Yəni daha əvvəl xarici anbarımızda olmuş bağlamanız varsa həmin bağlama üçün endirim tətbiq olunmur. Yalnız növbəti bağlamalarınıza endirim tətbiq olunacaqdır.

 

Sual: Endirim hansı ölkələr üzrə bağlamalarıma şamil olunacaq?
Cavab: Endirim şirkətimizin çatdırılma etdiyi bütün ölkələr üzrə olan bağlamalarınıza şamil olunacaq.

 

Sual: 3 aylıq müddət bitdikdə endirimli bağlamalarımın endirimi ləğv olunurmu?
Cavab: Xeyr, 3 ay bitdikdə əgər bağlamanızda endirim varsa o bağlamanızın endirimi ləğv olunmur. Sadəcə həmin vaxtdan sonrakı bağlamalarınıza endirim şamil olunmur. Yəni bu 3 ay sizin bağlamalarınıza endirimin tətbiq olunması müddətidir. Siz endirimli bağlamanızın ödənişini istədiyiniz zaman ödəyə bilərsiniz. Həmin bağlamanızın ödənişini yenə də endiriimli qiymətlə ödəyə bilərsiniz.

 

Sual: 3 aylıq müddət bitdikdə mən bu proqramın təklif etdiyi endirimlərdən yenə də yararlana bilərəmmi?
Cavab: Bəli, əlbəttə. Əgər siz 3 ay müddəti bitdikdən sonra yenidən Gold müştəri proqramının şərtlərini ödəyirsinizsə yenidən növbəti 3 ay üçün endirim qazanırsınız. Və bu barədə sizə həm sms, həm də e-mail ilə bildiriş göndərəcəyik.

 

Sual: 3 aylıq endirim müddətində mən Gold müştəri proqramının şərtlərini ödəməsəm endirimlərim dayandırılacaqmı?
Cavab: Xeyr. Əgər siz Gold müştəri proqramının şərtlərini ödəmisinizsə bütün hallarda növbəti 3 ay ərzində bağlamalarınıza endirimli qiymət hesablanacaq. Yəni bu müddətdə siz kampaniya şərtini ödəməsəniz belə endiriminiz qüvvədə qalacaq. Yalnız bu 3 ay bitdikdə sizin kampaniya şərtlərini ödəyib ödəmədiyinizi yenidən yoxlayacağıq. Əgər kampaniya şərtlərini hələ də ödəyirsinizsə yenidən 3 ay endirim qazanacaqsınız.

 

Sual: Gold müştəri proqramının endirimi kuryer tariflərinə də şamil olunurmu?
Cavab: Xeyr. Bu endirim yalnız Türkiyə, Amerika və Çindən gələn bağlamalarınızın beynəlxalq çatdırılma ödənişlərinə şamil olunur.