İş saatlarımız:B.e.- Ş.
10:00-21:00
ÜnvanFikrət Əmirov küç. 6
ƏlaqəB.e.-Ş.
10:00-19:00
*8000

Karqo şirkətini necə seçim? Nələrə diqqət etməli

news-image

Karqo şirkətini necə seçim? Nələrə diqqət etməli


Karqo şirkətini necə seçim?
 

Düzgün karqo şirkəti seçimində sizə dost-tanışlarınız yardım ola bilər. Amma unutmayın ki, hər zaman onların seçimi düzgün deyil. Ola bilsin ki, onlar sadəcə ilk seçdikləri karqo yaxşı olmasa da, digərlərini sınamağa ərinir və heç də yaxşı xidmət göstərməyən bir karqo şirkəti ilə illərdir ki, narazı olsa da işləməyə davam edir. Həmçinin, ola bilər ki, karqo şirkəti yaxşıdır, amma məhz sizin tanışınızla kiçik bir narahatlıq yaşandığı üçün onun narazılığına səbəb olub və bu fərdi hal ola bilər. Buna görə də karqo şirkəti seçərkən daha ətraflı araşdırma edərək aşağıdakılara fikir verməyi unutmayın.

  1. Karqo şirkəti seçərkən onun tarifləri ilə mütləq maraqlanın. Çünki sərfəli tariflər əlbəttə ki, mütləqdir və adekvat tariflər yoxdursa, sifarişiniz sizin üçün burdan ala biləcəyinizdən də baha başa gələ bilər ki,  bu halda sifariş etməyin və üstəlik gözləməyin bir adı qalmır.

  2. Karqo şirkəti haqda müştərilərin yazdıqları rəyləri oxuyun və müsbət rəylərin çox olduğundan əmin olmağa çalışın. Bu halda şirkətin güvənli olub olmadığına əmin olmuş olacaqsınız.

  3. Karqo şirkətinin çatdırılma etdiyi ölkələri və yaxınlığınızda filialının olub olmadığını da yoxlayın ki, istədiyiniz məhsulu sifariş edəcəyiniz ölkədən sürətli çatdırılma etsin və çatdırandan sonra onu uzağa getmədən götürə biləsiniz.

  4. Çatdırılma zamanı güvənli və sürətli çatdırılma edib etmədiyiniz dəqiqləşdirin. Karqo şirkəti üçün bu ən vacib və əsəblərinizi qoruyacaq şərtlərdəndir.

Bütün bu şərtlərin birşləşdiyi  bir şirkət axtarırsınızsa, çox uzağa getmədən Starex karqo şirkətini nəzərdən keçirə bilərsiniz. İllərdir Türkiyə, Çin, Almaniya və Amerika kimi böyük ölkələrdən çatdırılma təcrübəsi olan bu karqo şirkəti hər zaman müştərilərin güvənini doğrultmağa çalışmışdır.

Alış-verişə başlamaq üçün, Starex-də qeydiyyatınızın olması lazımdır. Bu link ilə Starex-də qeydiyyatdan keçə bilərsiniz.