İş saatlarımız:Hər gün
10:00-21:00
ÜnvanFikrət Əmirov küç. 6
ƏlaqəB.e.-Ş.
10:00-19:00
*8000

Niyə bəyannamə yaratmalıyam?

news-image

Niyə bəyannamə yaratmalıyam?


Dəyərli müştərilər, bağlamalarınızın xarici anbardan göndərişinin edilməsi üçün saytımızda və gömrük sisteminə bəyan etməyiniz vacibdir.

Anbara daxil olmuş bağlamaların kimə məxsus olduğunu (mağaza, məhsulun tipi, miqdarı və məhsulun qiymətini) görüb, həm bizim, həm də gömrük sisteminə doğru şəkildə əlavə olunması üçün bəyannamənin doldurulması vacibdir.

Bağlamalarınız xarici anbarda sistemə daxil edildikdə e.customs.az saytına və ya Smart Customs tətbiqinə daxil olub bəyannamənizi təsdiqləməlisiniz. Sifarişlərinizi “Həvalə et” yolu ilə link göndərərək və ya özünüz xarici ünvanlarımızı seçərək etməyinizdən asılı olmayaraq gömrüyə bəyan etməlisiniz.

Qeyd edək ki, “Həvalə et” xidmətimizlə olan sifarişlər üçün saytımızda olan bəyannaməni biz yaradırıq, siz sadəcə gömrüyə bəyan edirsiniz.