İş saatlarımız:B.e.-Ş.
10:00-19:00
ÜnvanFikrət Əmirov küç. 6
ƏlaqəB.e.-Ş.
10:00-19:00
*8000

Onlayn alış-veriş zamanı nələri bilməliyəm?

news-image

Onlayn alış-veriş zamanı nələri bilməliyəm?


Online alış-veriş zamanı müştərilərimizin bilməli olduğu məqamlar var. İstəyirik ki, bu məqamları nəzərinizə çatdıraq. 
1. Satıcı mağazalar tərəfindən məhsulların xarici anbara çatdırılma müddəti əsasən 3-7 gün təşkil edir. Bəzən mağazadan, məhsulun təmin edilməsindən asılı olaraq bu müddət uzana bilir. Həvalə et xidmətimizlə sifariş etmisiniz və 7 gün ərzində sizə sifarişiniz haqqında məlumat göndərilməyibsə, saytımızda "Onlayn müraciət et" bölməsinə yazaraq sifarişiniz haqqında məlumat əldə edə bilərsiniz. Nəzərinizə çatdıraq ki, sifarişinizin Bakıya gətirilməsi üçün ilk olaraq mağaza tərəfindən bizim xarici anbarımıza çatdırılmalıdır. 

2.Əgər siz xarici saytlardan birbaşa özünüz sifariş edirsinizsə, sizdən sifarişinizin çatdırılması üçün tələb olunan ünvan bölməsində məlumatları tam şəkildə qeyd etməlisiniz. Qeyd etdiyiniz məlumatlarda müştəri kodunuz  olmadığı təqdirdə xarici anbarımıza daxil olan bağlamanın sizə məxsus olduğunu müəyyən etmək mümkün olmur. Bu səbəbdən sifarişinizdə müştəri kodunun qeyd edildiyindən əmin olun.

3.Əgər mağaza tərəfindən sifarişinizin bizim xarici anbarımıza çatdırıldığı bildirişi göndərilib və 24 saat ərzində bağlamanız sistemə əlavə edilməyibsə, saytımızda "Onlayn müraciət et" bölməsində sifarişiniz haqqında məlumatları, mağaza tərəfindən sizə göndərilmiş kargo məlumatlarını qeyd edin. Bəzən mağaza tərəfindən sifariş yanlış adresə göndərilə, bəzən isə bağlamanızın üzərdində müştəri kodunuzu mağaza qeyd etməyə bilir. Bu halda müraciətiniz araşdırılır və sizə nəticə ilə bağlı məlumat təqdim edilir. 

4.Özünüz birbaşa mağazadan sifariş etdiyiniz zaman saytımızda bəyannamə əlavə etməlisiniz. Anbara daxil olmuş bağlamaların kimə məxsus olduğunu (mağazanı, məhsulun tipini, miqdarını, məhsulun qiymətini) görüb, bizim və gömrük sisteminə doğru şəkildə əlavə olunması üçün bəyannamənin doldurulması vacibdir.

5. Sifariş etməzdən öncə saytımızda "Daşıma şərtləri" bölməsində qeyd olunmuş məlumatlara nəzər yetirin.

 

Türkiyədən sifarişlə bağlı daha detallı məlumat əldə etmək istəyirsinizsə, Türkiyədən sifariş etmək üçün bunları bilməlisiniz məqaləsini oxuyun.