İş saatlarımız:B.e.- Ş.
10:00-21:00
ÜnvanFikrət Əmirov küç. 6
ƏlaqəB.e.-Ş.
10:00-19:00
*8000

Onlayn paltar sifarişinin 8 üstün cəhəti

news-image

Onlayn paltar sifarişinin 8 üstün cəhəti


Danılmaz faktdır ki, internet, onlayn platformalar həyatımızın ayrılmaz bir parçasıdır. Həyatımızı internetsiz təsəvvür edə bilmədiyimiz dövrdə artıq bir çox işlərimizi buradan həyata keçiririk. Yaşadığımız dövrdə vaxta qənaət bizim üçün çox əhəmiyyətlidir. Bütün bu proseslər arasında ən çox vaxta qənaət etməmizə kömək olan onlayn alış-verişdir. Çünki ənənəvi alış-veriş doğurdan da vaxt alan bir prosesdir. Onlayn paltar sifarişinin bir sıra üstünlüklərini sizə təqdim edirik:
 

  1. Vaxta qənaət etmənizə yardımçı olur.

    İnsanların hər zaman saysız hesabsız işləri olur. Bəzən bütün bunların arasında bir çox şeyə vaxt tapa bilmirik. Şəxsi işlərimiz, ailəmizə və sevdiklərimizlə zaman keçirmək bəzi hallarda demək olar mümkünsüzdür. Bunun üçün internet və onlayn platformaların mövcudluğu bizə yardımçıdır. Siz alış-verişlərinizi onlayn həyata keçirərək, yorulmadan sevdiklərinizə zaman ayıra bilərsiniz.
     
  2. Daha ucuz qiymətlər təklif edir.

    Qeyd edək ki, onlayn paltar sifarişi etdiyiniz zaman alışını həyata keçirdiyiniz məhsulların daşınma xərci ilə birlikdə son qiyməti ölkədə aldığınız məhsulun alış qiymətindən daha ucuz başa gəlir. Bu da alıcının büdcəsinə daha uyğun gəlir.
     
  3. Tez tez endirimlərdən yaralanmaq imkanı yaradır.

    Onlayn paltar sifarişi etmək istəyən daimi alıcılar tez-tez keçirilən endirim günlərinin gəlməsini yaxından izləyir. Yeni mövsümə keçid edərkən mağazalar əldə qalan məhsulları satmaq üçün xüsusi böyük endirim günləri təşkil edir. Starex daim bu endirim günlərini əvvəlcədən alıcılarına bildirir.
     
  4. Mağaza məhdudiyyəti yoxdur.

    Alış-veriş həvəskarlarının məhsul əldə etdiyi mağazalar var ki, mağazaları ölkəmizdə mövcud deyil, yaxud təklif olunan qiymətlər alıcılar üçün münasib deyil. Odur ki, digər ölkələrdən onlayn paltar sifariş edərkən, hər hansı mağaza limiti yoxdur, istədiyiniz brendin məhsulunu ala bilərsiniz.
     
  5. Məhsul haqqda məlumatı rahatlıqla əldə etmək mümkündür.

    Daha əvvəl onlayn paltar sifarişi etməyən insanların ən başlıca qorxularından biri məhsulun şəkildə gördüyü kimi olmamasıdır. Lakin bildirək ki, onlayn paltar sifariş edərkən istədiyiniz məhsula kliklədiyiniz zaman açılan pəncərədə onun rəngi, ölçüsü, hansı parça olması və s. kimi bütün məlumatlara sahib ola bilərsiniz.
     
  6. Saytda müştəri dəyərləndirmələrini oxuma imkanınız var.

    Öncəliklə, onlayn paltar sifarişini edəcəyiniz platformanın etibarlı sayt olmasından əmin olmalısınız. Onlayn paltar sifariş edərkən hamının bildiyi və üstünlük verdiyi alıcıların çox olduğu saytlarda alıcı rəyləri və dəyərləndirmələri məhsulların aşağı hissələrində müntəzəm olaraq yenilənir. Bu dəyərləndirmələr alışını həyata keçirmək istədiyiniz paltarı seçməkdə sizə çox yardımçı olacaq.
     
  7. Alış veriş platformaları dəbi daim izləmədədir.

    Ənənəvi alış-veriş edərkən hansı məhsulların, hansı rənglərin mövsümün dəbi olduğunu bilməməklə seçim edə bilməmək vaxt itkisinə səbəb olan əsas amillərdəndir. Bu tip platformalarda yerləşən mağaza və butiklər daim dəbdən xəbərdardır. Buna görə də sayta daxil olarkən qarşınıza çıxan məhsullar hər zaman son dəbə uyğunlaşır və beləliklə siz də seçim edərkən saatlarınızı itirmiş olmursunuz.
     
  8. Ən əsası isə, onlayn alış-veriş insanların əhval ruhiyyəsini yüksəldir.

    Sevdiyimiz nəyisə yemək, yaxşı vaxt keçirmək, alış-veriş etmək serotonin hormonunun yüksəlməsinə səbəb olur. Onlayn paltar alarkən yeni məhsullara sahib olmaq bizləri hər zaman xoşbəxt edir. Hələ ki, bunu yorulmadan və elə yerindəcə ediriksə.

Lakin bütün bu qədər üstün cəhətin olmasına baxmayaraq hələ də alış-veriş etməyən insanları narahat edən mövzular var. Hansı ki, bunlar əsasən gecikmə, məhsulun anbarda itməsi ilə bağlıdır. Starex olaraq, bizim əsas prioritetimiz müştəri məmnuniyyətidir. Belə problemlərin yaşanmaması üçün əlimizdən gələni edirik. Həmçinin bildirək ki, Starex-də “Həvalə et” xidməti ilə sifariş verdiyiniz bütün məhsullar zəmanətlidir. Yəni, bağlamanız Trendyol tərəfindən səhv, əskik, qırıq, yararsız göndərilərsə ödədiyiniz məbləği və çatdırılma ödənişini sizə geri qaytarılır. Bu halda məhsula, həmçinin çatdırılmaya ödədiyiniz məbləğ sizə geri qaytarılır. Əgər hələ də bu qorxularınız varsa, məhsullarınızın çatdırılmasını rahatlıqla Starex-ə həvalə edə bilərsiniz. Tariflərlə yaxından buradan tanış ola bilərsiniz. Elə indi qeydiyyatdan keçin, alış-verişə başlayın.