İş saatlarımız:Hər gün
10:00-21:00
ÜnvanFikrət Əmirov küç. 6
ƏlaqəB.e.-Ş.
10:00-19:00
*8000

Sifariş zamanı ölçüləri necə müəyən etmək olar?

news-image

Sifariş zamanı ölçüləri necə müəyən etmək olar?


Sifariş zamanı ölçüləri necə müəyən etmək olar?

Alıcıları sifariş zamanı tərəddüddə qoyan əsas məsələ ölçülər barəsindədir.Yaşadığımız ərazidən geyim, ayaqqabı sifariş verdikdə Türkiyədən sifariş zamanı eyni ölçüləri seçsəniz aldığınız məhsul əyninizə uyğun gəlməyə bilər. Çünki əraziyə əsasən ölçü standartları fərqlidir. Türkiyədən sifariş edərkən belə anlaşılmazlıq yaşamamağınız üçün bu yazımızda sizə daha ətraflı məlumat verəcəyik. 
Bunun üçün gəlin əvvəlcə ölçü sistemlərinə diqqət yetirək. Ölçü sistemləri necə olur? Nəyi təsvir edir? Onlayn sifariş zamanı saytlarda gördüyümüz fərqli, sizə yad olan ölçülər nə deməkdir? Yazımızı oxuduqdan sonra onlayn geyim sifarişi, məhsul sifarişi zamanı hansı ölçüdə geyimlərin sizə uyğun olduğu, müxtəlif ölçü sistemlərinin nə demək olduğu artıq sizə müəyyən olacaq və sifariş zamanı baş verən ölçü problemlərindən birdəfəlik qurtulacaqsınız. 
Əvvəla, əsas ölçü sistemləri ilə tanış olaq. Onlayn sifariş zamanı siz məhsul haqqında məlumatlarda adətən ya L, X, XL kimi hərflər və yaxud 42-60 aralığında rəqəmlər görürsünüz .Bildirək ki, bu iki ölçü sistemi əsasən beldən yuxarı geyimlərdə tətbiq olunur. Əsasən, sviter, köynək, gödəkcə, tshirt və s. sifariş verəndə bu ölçülərlə rastlaşırsınız. S(small), M(medium), L(large) hərfləri ardıcıl olaraq, kiçik, orta, böyük ölçüləri ifadə edir. Qarşılarında gördüyümüz X hərfi isə, extra deməkdir. Məsələn, XL - extra large, yəni “daha böyük” deməkdir. 

Ayaqqabı sifarişi isə bir qədər rahatdır. Standart ölçülər mövcuddur və  məhsul üzərinizdə ciddi dəyişikliyə məruz qalmır. Bu səbəbdən onlayn ayaqqabı sifarişi digər geyim sifarişlərinə nisbətən daha populyardır. Lakin, bəzən ayaqqabıların da ölçüləri çaşdırıcı ola bilir və həmişə görməyə alışdığımız 36-37 ölçülərin əvəzinə 5.5-6 görürük. Bu qərb ölçü sistemidir və əsasən Amazon, E-Bay kimi qərb onlayn alış-veriş saytlarında və AliExpress kimi daha çox qərb alıcılarına xitab edən saytlarda istifadə edilir. Daha çox Türkiyədən onlayn alış veriş etməyi sevirsinizsə, bu ölçülərlə nadir hallarda rastlaşacaqsınız. Amma hər ehtimala qarşı da hər iki ayaqqabı ölçü sistemini ətraflı nəzərdən keçirəcəyik.
Bəzi brendlərdə eyni ölçülər alış zamanı fərqlənir. Amma standart qəbul edilmiş ölçülər var ki, onlara əsasən siz, onlayn paltar sifarişi zamanı sifariş verdiyiniz gödəkcənin, köynəyin əyninizə necə olacağını demək olar ki, dəqiqliklə təyin edə bilərsiniz. Daha çox beldən yuxarı olan paltarlar üçün istifadə edilən ölçü sistemlərini aşağıdakı cədvəldə görə bilərik:


 

Avropa 
Ölçüsü
XS S M L XL
Ölçü 42 44 44-48 50 54-54
Boy 164 164 170 170 174
Sinə 84 88 94 100 108
Bel
öçüsü
64 68 74 82 90
Omba
ölçüsü
90 96 102 111 118
Qol
uzunluğu
56 56 68 58 59
Ayağın
ölçüsü
78 78 80 80 81

 

Cədvələ baxsaq, iki ölçü sisteminin arasındakı fərqi və əlaqəni görərik. Məsələn, sifariş verdiyiniz M ölçülü kişi köynəyinin  təxminən 176 sm boyunda, sinəsinin ətraf uzunluğu 100 sm, belinin ətraf uzunluğu 90 sm, qollarının uzunluğu isə 61 sm olan birinin əyninə uyğun gəlir.

Onlayn geyim sifarişi zamanı bizim işimizi xeyli rahatladacaq növbəti cədvəl isə şalvarların ölçü cədvəlidir. 

Qadın şalvarı


 

 

Ölçü Bel ölçüsü Omba ölçüsü
24 58 - 60 89 - 91
25 60.5 - 63 91.5 - 94
26 63.5 - 65 94.5 - 96
27 65.5 - 68 96.5 - 99
28 68.5 - 70 99.5 - 101
29 70.5 - 73 101.5 - 104
30 73.5 - 75 104.5 - 106
31 75.5 - 79 106.5 - 110
32 79.5 - 82 110.5 - 113
33 82.5 - 87 113.5 - 118
34 87.5 - 92 118.5 - 123
35 92.5 - 97 123.5 - 128
36 97.5 - 102 128.5 - 133
38 102.5 - 107 133.5 - 138



Kişi şalvarı

 

Ölçü Bel ölçüsü Omba ölçüsü
28 70 - 72 89 - 91
29 72.5 - 75 91.5 - 94
30 75.5 - 77 94.5 - 96
31 77.5 - 80 96.5 - 99
32 80.5 - 82 99.5 - 101
33 82.5 - 85 101.5 - 104
34 82.5 - 87 104.5 - 106
35 82.5 - 87 104.5 - 106
36 92.5 - 95 106.5 - 110
38 95.5 - 99.5 110.5 - 114
40 100 - 103 114.5 - 118
42 104 - 108 118.5 - 122
44 109 - 113 122.5 - 125

 

Məsələn, 28 ölçülü cins şalvar beli 68.5 – 70 sm, bud nahiyəsinin dairəvi ölçüsü isə 99.5 – 100 sm təşkil edəcək. Ümumiyyətlə, cins şalvarların bir çox fərqli növləri mövcuddur və hər növün özünəməxsus xüsusiyyətləri var.

 

Ən çox tələb olunan sifarişlər sırasında ayaqqabılar da var. Ayaqqabı sifarişləri zamanı seçim daha sadədir, amma  bəzən onlayn mağazadan asılı olaraq ölçülərin qərb ölçüsü ilə göstərilməsi ağlımızı biraz çaşdıra bilər. Belə bir situasiyada qarışdırmamaq üçün gəlin, aşağıdakı cədvələ diqqət yetirək. Burada asanlıqla qərb ölçü sistemi ilə standart ölçünü uyğunlaşdıra bilərik.

Ayaq ölçüləri


 

Pəncə uzunluğu Ölçü ABŞ ölçüsü
22 34 4
22.5 34.5 4.5
23 35 5
23.5 36 5.5
24 36.5 6
24.5 37 6.5
25 37.5 7
25.5 38 7.5
25.75 39 8
26 40 8.5
26.5 40.5 9
27 41 9.5
27.5 41.5 10
28 42 10.5
28.5 43 11
29 44 11.5
29.5 45 12