İş saatlarımız:B.e.-Ş.
10:00-19:00
ÜnvanFikrət Əmirov küç. 6
ƏlaqəB.e.-Ş.
10:00-19:00
*8000

Silver müştəri programı

news-image

Silver müştəri programı


Gold müştəri proqramından sonra sizə Silver müştəri proqramını da təqdim edirik. Bu proqram ilə çatdırılma ödənişləri məhz sizin üçün endirimli olacaq! 

Silver və Gold müştəri proqramını Starex-in daimi müştəriləri üçün formalaşdırmışıq. Etdiyiniz çatdırılma ödənişlərinin məbləği 100$ və ya 150$-dan çox olduqda siz növbəti 3 ay ərzində bütün bağlamalarınıza endirim qazanacaqsınız.

 

  1. Silver müştəri proqramı:
    Əgər siz ötən 6 ay ərzində Starex-lə beynəlxalq çatdırılmalar üçün 100$-dan 150$-dək məbləğdə ödəniş etmisinizsə (bağlama/bəyannamə ödənişi) siz avtomatik olaraq Silver müştəri proqramına qoşulmuş olursunuz. Bununla da, bu şərti ödədiyiniz andan etibarən növbəti 3 ay ərzində bağlamalarınızın çatdırılma məbləğinə 10% endirim qazanırsınız. Endirim, Silver müştəri proqramına qoşulduğunuz andan etibarən “Xarici anbardadır” statusuna düşən bütün bağlamalarınıza tətbiq olunacaq.

     
  2. Gold müştəri proqramı:
    Əgər siz ötən 6 ay ərzində Starex-lə beynəlxalq çatdırılmalar üçün 150$ və daha çox məbləğdə ödəniş etmisinizsə (bağlama/bəyannamə ödənişi) siz avtomatik olaraq Gold müştəri proqramına qoşulmuş olursunuz. Bununla da, bu şərti ödədiyiniz andan etibarən növbəti 3 ay ərzində bağlamalarınızın çatdırılma məbləğinə 15% endirim qazanırsınız. Endirim, Gold müştəri proqramına qoşulduğunuz andan etibarən “Xarici anbardadır” statusuna düşən bütün bağlamalarınıza tətbiq olunacaq.

 

3 aylıq endirim müddəti bitdiyi zaman siz Gold və ya Silver müştəri proqramından hər hansı birinin şərtini ödəyirsinizsə daha 3 ay endirim əldə edəcəksiniz.

 

Sual və cavablar:

 

Sual: Son 6 ay ərzində nə qədər çatdırılma ödənişi etdiyimi hardan izləyə bilərəm?
Cavab: Saytımızda (starex.az) şəxsi kabinetinizə daxil olaraq TL balansının sağ tərəfində bu məlumatı görə bilərsiniz. Xatırladaq ki, Silver və ya Gold müştəri proqramının şərtini ödədiyiniz zaman sizə sms/e-mail vasitəsilə bildiriş göndəriləcək və siz bu üstünlüklərdən yararlanmağa başlayacaqsınız.

 

Sual: Endirim hansı bağlamalarıma şamil olunacaq?
Cavab: Endirim Silver və ya Gold müştəri proqramına qoşulduğunuz andan etibarən növbəti 3 ay ərzində “Xarici anbardadır” statusuna düşən bütün bağlamalarınıza tətbiq olunacaq. Yəni daha əvvəl xarici anbarımızda olmuş bağlamanız varsa həmin bağlama üçün endirim tətbiq olunmur. Yalnız növbəti bağlamalarınıza endirim tətbiq olunacaqdır.

 

Sual: Endirim hansı ölkələr üzrə bağlamalarıma şamil olunacaq?
Cavab: Endirim şirkətimizin çatdırılma etdiyi bütün ölkələr üzrə olan bağlamalarınıza şamil olunacaq.

 

Sual: 3 aylıq müddət bitdikdə endirimli bağlamalarımın endirimi ləğv olunurmu?
Cavab: Xeyr, 3 ay bitdikdə əgər bağlamanızda endirim varsa o bağlamanızın endirimi ləğv olunmur. Sadəcə həmin vaxtdan sonrakı bağlamalarınıza endirim şamil olunmur. Yəni bu 3 ay sizin bağlamalarınıza endirimin tətbiq olunması müddətidir. Siz endirimli bağlamanızın ödənişini istədiyiniz zaman ödəyə bilərsiniz. Həmin bağlamanızın ödənişini yenə də endiriimli qiymətlə ödəyə bilərsiniz.

 

Sual: 3 aylıq müddət bitdikdə mən bu proqramın təklif etdiyi endirimlərdən yenə də yararlana bilərəmmi
Cavab: Bəli, əlbəttə. Əgər siz 3 ay müddəti bitdikdən sonra yenidən Silver və ya Gold müştəri proqramının şərtlərini ödəyirsinizsə yenidən növbəti 3 ay üçün endirim qazanırsınız. Və bu barədə sizə həm sms, həm də e-mail ilə bildiriş göndərəcəyik.

 

Sual: 3 aylıq endirim müddətində mən Silver və ya Gold müştəri proqramının şərtlərini ödəməsəm endirimlərim dayandırılacaqmı?
Cavab: Xeyr. Əgər siz Silver və ya Gold müştəri proqramının şərtlərini ödəmisinizsə bütün hallarda növbəti 3 ay ərzində bağlamalarınıza endirimli qiymət hesablanacaq. Yəni bu müddətdə siz kampaniya şərtini ödəməsəniz belə endiriminiz qüvvədə qalacaq. Yalnız bu 3 ay bitdikdə sizin kampaniya şərtlərini ödəyib ödəmədiyinizi yenidən yoxlayacağıq. Əgər kampaniya şərtlərini hələ də ödəyirsinizsə yenidən 3 ay endirim qazanacaqsınız.

 

Sual: Eyni vaxtda həm Silver, həm də Gold müştəri proqramının üzvü ola bilərəmmi?
Cavab: Xeyr, eyni vaxtda yalnız 1 proqramın üzvü olmağınız mümkündür. Əgər siz eyni vaxtda həm Silver, həm də Gold müştəri proqramının şərtlərini ödəyirsinizsə avtomatik olaraq Gold müştəri proqramının üzvü olacaqsınız.

 

Sual: Silver müştəri proqramının üzvüyəm. Əlavə çatdırılma ödənişləri edib, son 6 ayda 150$+ çatdırılma ödənişi şərtini ödəsəm Gold müştəri olacağammı?
Cavab: Bəli, siz son 6 ayda 150$ və daha çox çatdırılma ödənişi etdiyiniz anda Gold müştəri proqramına qoşulacaqsınız və qoşulduğunuz andan əlavə 3 ay müddətində 15% endirim qazanacaqsınız. Xatırladaq ki, Gold müştəri proqramına qoşulduğunuz zaman Silver müştəri proqramından çıxmış olursunuz.

 

Sual: Silver və ya Gold müştəri proqramının endirimi kuryer tariflərinə də şamil olunurmu?
Cavab: Xeyr. Bu endirim yalnız Türkiyə, Amerika və Çindən gələn bağlamalarınızın beynəlxalq çatdırılma ödənişlərinə şamil olunur.