İş saatlarımız:B.e.- Ş.
10:00-21:00
ÜnvanFikrət Əmirov küç. 6
ƏlaqəB.e.-Ş.
10:00-19:00
*8000

Starex-dən yenilik! Sifarişlərinizi ÖDƏNİŞSİZ sığortalayırıq!

news-image

Starex-dən yenilik! Sifarişlərinizi ÖDƏNİŞSİZ sığortalayırıq!


Dəyərli müştərilərimiz, yeni kampaniyalarımızla sizi sevindirməyə davam edirik!
Mağaza tərəfindən yanlış, yararsız, əskik göndərilən sifarişlərinizə görə məyus olmayın! "Həvalə et" xidmətimizlə etdiyiniz bütün sifarişlərinizi ÖDƏNİŞSİZ ş
əkildə sığortalayırıq. 

Sifarişlərinizdə hər hansı bir yanlışlıq varsa, qırıq, istifadəyə yararsızdırsa, əskik göndərilibsə, xarici anbarımıza təhvil verilib, ancaq sistemə salınmayıbsa, yaxud bağlamanız tapılmırsa, ödədiyiniz məbləği və çatdırılma ödənişini sizə geri qaytarırıq.

Bunun üçün siz bu tarixlərdə sifariş etdiyiniz məhsulları ofislərimizdən təhvil aldığınız zaman sifarişlərinizi yoxlayırsınız, sifarişinizdə hər hansı bir problem olduqda  (əskik, qırıq, yanlış, yararsız məhsul) əməkdaşlarımıza yerindəcə məlumat verirsiniz. Əməkdaşımız sifarişinizlə bağlı çətinliyi təyin edərək sizə məhsulun ödənişini və çatdırılma ödənişini geri qaytarır. 

Bağlamanızı kuryer xidmətimizlə əldə etdiyiniz zaman isə kuryer əməkdaşımızın yanında yoxlayırsınız, sifarişinizdə hər hansı bir yanlışlıq və s. olduğu təqdirdə kuryer əməkdaşımıza məlumat verirsiniz. Biz yenə də bu yanlışlığı təyin edərək, sizə məhsulun ödənişini və çatdırılma ödənişini geri qaytarırıq. 

Kampaniyamızın şərtləri:
• Kampaniyamız "Həvalə et" xidmətimizlə sifariş verildi  statusuna keçən sifarişlər üçün keçərlidir.
• Bağlamalarınızı ofislərimizdən təhvil aldığınız zaman ofisimizdə yoxlayıb, problem ilə bağlı (əskik, qırıq, yanlış, yararsız məhsul) əməkdaşlarımıza yerindəcə məlumat verməlisiniz.
• Bağlamanızı kuryer vasitəsilə təhvil aldığınız zaman kuryerin yanında yoxlayıb, yerindəcə kuryer əməkdaşımıza məlumat verməlisiniz.

İndi sifariş üçün əsl vaxtdır! Sifariş etməyə tələsin!