İş saatlarımız:B.e.-Ş.
10:00-21:00
ÜnvanAtatürk prospekti 4A
012 3100825

Trendyol.com saytından necə sifariş vermək olar?

news-image

Trendyol.com saytından necə sifariş vermək olar?


Trendyol Türkiyədən sifariş etmək istəyənlər üçün ən çox istifadə olunan alış-veriş saytlarından biridir. Bu alış-veriş saytı müştərilərə müxtəlif geyim, ayaqqabı, aksesuar və digər əşyaları Türkiyədən sifariş etmək imkanı yaradır.

Çox güman ki sizi də bir çox müştərilərimiz kimi Trendyoldan necə sifaris vermek olar sualının cavabı maraqlandırır. Bu sualın cavabını siz həm aşağıdakı video materialdan, həm də bu xəbərdən tapa biləcəksiniz.

Trendyol.com saytındakı məhsulları əldə etmək üçün 2 variantdan birini seçə bilərsiniz.

 

  1. Məhsulu özünüz alırsınız və Starex.az sizin üçün gətirir.
    Bunun üçün ətraflı və addım-addım məlumatı aşağıdakı videoda qeyd etmişik. Qeyd edək ki, məhsulu aldıqdan sonra bəyannaməsini saytımıza əlavə etdiyiniz üçün 5%, mobil tətbiqimizə əlavə etdiyiniz üçün isə 10% Cashback də qazanacaqsınız.

 

  1. Sifariş et xidməti
    Bu xidmətdən istifadə etmək üçün:
    1. Siz əvvəlcə trendyol.com və ya digər saytlara daxil olub, almaq istədiyiniz məhsulu müəyyənləşdirirsiniz.
    2. Daha sonra starex.az saytına daxil olub, şəxsi kabinetinizdə “Sifariş et” düyməsini klikləyirsiniz.
    3. Açılan menyuda seçdiyiniz məhsulun linkini, miqdarını, ölçüsünü, rəngini, məbləğini və varsa Türkiyə daxili karqo məbləğini daxil edirsiniz. Daha sonra “Göndər” düyməsini klikləyərək, sifarişinizi təsdiqləyirsiniz.
    4. Sifarişinizin alınması üçün isə daha sonra Sifarişlərim menyusuna daxil olub, müvafiq sifarişin qarşısında “Ödə” düyməsini klikləyirsiniz. Beləliklə, qeyd olunan məbləğ hesabınızdan çıxacaq və məhsul sizin üçün trendyol.com saytından alınmış olacaq. Məhsul ölkəmizə çatdırıldığı zaman sizə məlumat veriləcəkdir.

 

Trendyoldan sifariş etmək üçün qeyd etdiyimiz yollardan hər hansı birini seçə bilərsiniz. Starex.az-ın təklif etdiyi bu xidmətlərin hər hansı birindən istifadə etmək üçün qeydiyyatdan keçməyiniz lazımdır.