İş saatlarımız:B.e.- Ş.
10:00-21:00
ÜnvanFikrət Əmirov küç. 6
ƏlaqəB.e.-Ş.
10:00-19:00
*8000

Trendyoldan Sifariş və Üstünlükləri

news-image

Trendyoldan Sifariş və Üstünlükləri


Trendyoldan Sifariş və Üstünlükləri:

Müasir dünyada artıq insanlar alış-veriş üçün xüsusi zaman və vəsait sərf etməməyə üstünlük verirlər. Belə ki, onlar geyimdən məişət əşyalarına qədər bütün ehtiyacları onlayn qaydada sifariş etməklə həm vaxta qənaət edir həm də geniş seçim aralığına sahib olurlar. Bundan əlavə, müştərilər əvvəlcədən məhsulu satın almış insanların yazdığı şərhləri təhlil etməklə sifariş etdiyi məhsulun keyfiyyətinə nəzarəti həyata keçirmə şansı əldə edir. Trendyoldan sifariş üstünlükəri aşağıda sizinlə bölüşəcəyik.


2010-cu ildə Demet Mutlu tərəfindən qurulan Trendyol.com son dövrlərdə ölkəmizdə yaşayan insanların ən çox müraciət etdiyi saytlardan ən başlıcasıdır. Dünyaca məşhur markaların onlayn şəkildə satışını həyata keçirən və daim möhtəşəm kampaniyaları ilə seçilən Trendyol Grupun "Modagram" və "Milla by Trendyol" alt markaları mövcuddur.

Trendyoldan sifarişin üstünlükəri saymaqla bitməsə də bəzilərini qeyd etmək vacibdir.

Zamana qənaət:

Zaman insan həyatının ən önəmli məfhumlarından biridir. Belə ki, insanlar ailəsi ilə keçirəcəyi və yaxud istirahət edəcəyi zamanı alış-veriş prosesinə sərf etmək istəmədiyi halda onlayn qaydada sifariş etmək daha əlverişli metoddur.

Daha münasib qiymətlər:


Trendyoldan sifariş zamanı müştərilər hər büdcəyə uyğun qiymətdə məhsul tapa bildikləri üçün maddi durumu aşağı səviyyədə olan insanlar da  öz ehtiyaclarını qarşılamış olurlar.

Ardıcıl edilən mövsüm və bayram endirimləri:

Trendyoldan sifarişin növbəti üstünlüyü də mütəmadi təşkil olunan endirim kampaniyalarıdır. Belə ki, mövsümi və bayram endirimləri zamanı insanlar əvvəl qiyməti daha baha olan məhsulları ciddi faizlərlə endirimli şəkildə alaraq büdcələrinə qənaət etmiş olurlar.

Limitsiz mağaza seçimləri - Trendyol şirkəti bütün mağazaları bir şəbəkədə toplayaraq daha əlçatan etməklə müştərilərə geniş imkanlar yaradır. Azərbaycanda mövcud olmayan mağzalardan brendleri sayt vasitəsilə asanlıqla almaq mümkündür.

Sifariş edilən məhsulun keyfiyyətləri haqqında məlumatın əlçatan olması:


İnsanlar online sifariş zamanı məhsula toxuna bilmədikləri üçün bəzən şübhə içinə düşə bilirlər. Lakin məhslunun xüsusiyyətləri bölməsinə klikləməklə rəng, ölçü, material və qiymət haqqında ətraflı məlumat ala bilərlər.

İstifadəçi rəyləri ilə tanış olma imkanı:

Trendyoldan sifariş online sifariş ilə bağlı tərəddüddə olan müştərilərin şübhələrini azaltmaq məqsədilə istifadəçi rəyi bölməsini aktiv etmişdir. Müştərilər bu rəyləri oxuyub məhsulun alınıb-alınmamasına qərar verə bilərlər.

Dəbli geyinmə imkanı:

Onlayn alış-veriş saytları ənənəvi mağazalardan fərqli olaraq trendi daim izləməkdədir. Ən son dəbə uyğun məhsulları müştərilərə təqdim etməklə onların daha şarmlı görünməsinə zəmin yaradırlar.

Trendyoldan Azərbaycana birbaşa sifariş mümkün olmadığı üçün bu prosesin tənzimlənməsinə nəzarət edən karqo şirkətləri insanların ən effektiv köməkçisinə çevrilir. Azərbaycanda fəaliyyət göstərən və birbaşa müştəri məmnuniyyətinə istiqamətlənmiş karqo şirkəti olan Starex.az-ın üstünlükləri ilə sizi tanış etməkdən qürur duyuruq.

Starex.az-ı digər şirkətlərdən fərqləndirən əsas xüsusiyyətlər:

Sürətli çatdırılma - Trendyoldan edilən gömrük qeydiyyatı aparılmış bütün sifarişlərin 5 gün ərzində çatdırılmasına zəmanət verilir. Belə ki, müştərilərdə güvən formalaşdırmaq məqsədilə nadir hallarda  mümkün ola biləcək  gecikmələr zamanı çatdırılma üçün alınan məbləğin 50%- şirkət tərəfindən geri qaytarılır.

Əmanətə zəmanət-Starex.az karqo şirkəti ilə edilən bütün sifarişlərin vaxtında və səliqəli şəkildə çatdırlmasının təmin olunması şirkətin müştərilərə birbaşa verdiyi zəmanətdir.

Mütəmadi həyata keçirilən endirim kampaniyaları-Müxtəlif ölkələrdən, habelə Türkiyə, Almaniya, Çin və Amerikadan edilən sifarişlər zamanı mütəmadi olaraq sərfəli faizlərlə endirim kampaniyası həyata keçirilir. Bununla yanaşı şirkət qeyd olunan ölkələrdə endirim başladan saytların siyahısı müştərilərlə bölüşərək onların işini daha da asanlaşdırır.

Geniş məkan və zaman aralığı-Trendyol və başqa saytlardan sifarişin təşkilini yüksək səviyyətə aparmaq məqsədilə starex.az-ın Bakıda 5, Abşeron və bölgələr üzrə 4 filialı xidmət göstərir. Şirkət həftədə 6 gün (Bazar günü istisna olmaqla) saat 10.00-21.00 arası xidmət göstərməklə müştərilərə daha əlçatan seçimlər təqdim edir.

Həvalə et xidmətiStarex.az öz dəyərli müştərilərini düşünərək özü sifariş etməyə zamanı olmayan istifadəçilər üçün Trendyoldan sifariş zamanı “həvalə et” xidməti göstərməklə onların işini xeyli asanlaşdırır. Belə ki, karqo işçiləri bəyəndiyiniz məhsulu cüzi komissiya haqqı qarşılığında  sizin əvəzinizə sifariş edir və siz hazır alış-verişdən zövq alırsınız.Bu xidmət zamanı bəyəndiyiniz məhsulun sadəcə linkini atmağınız kifayətdir.

Alış-verişə başlamaq üçün, Starex-də qeydiyyatınızın olması lazımdır. Bu link ilə Starex-də qeydiyyatdan keçə bilərsiniz.