İş saatlarımız:B.e.- Ş.
10:00-21:00
ÜnvanFikrət Əmirov küç. 6
ƏlaqəB.e.-Ş.
10:00-19:00
*8000

Türkiyədən 5 günə çatdırırıq!

news-image

Türkiyədən 5 günə çatdırırıq!


Starex olaraq hər zaman sifarişləri müştərilərimizə daha sürətli və etibarlı çatdırmaq üçün çalışırıq. Bu səbəbdən qısa zaman öncə Türkiyə anbarımızın ünvanını dəyişib, daha geniş ünvana köçdük. 27 mart tarixindən etibarən isə gömrüyə bəyan etdiyiniz (“Gömrük sisteminə bəyan etmisiniz” statusuna keçən) bağlamalarınızı 5 iş günü ərzində yerli anbarımıza çatdırırıq! Çatdırmadığımız təqdirdə bağlamanızı təhvil aldıqdan sonra çatdırılma ödənişinin 50%-ni starex hesabınıza geri qaytarırıq.

Qeyd edək ki, Gəncə filialımıza çatdırılma müddəti 6 gün təşkil edir. 

Şərtlər:
▪️ Bu gündən (27 mart) etibarən gömrükdə bəyan etmisiniz statusuna keçən bağlamalar üçün keçərlidir.
▪️ Yalnız Türkiyədən çatdırılmalar üçün nəzərdə tutulmuşdur.
▪️ Bağlaması gömrükdə qalan müştərilərə şamil edilmir (gömrük sənədinin hazırlanması üçün keçən vaxt və s.)
▪️ Gəncə filialına çatdırılma 6 iş gündür. 
▪️ Əgər müştəri bağlamanı bəyan etdikdən sonra silibsə, son bəyan etmə tarixinə əsasən hesablanır. 
▪️ Məbləğin 50%-i yalnız müştəri bağlamanı təhvil aldığı zaman balansına qayıdır.
▪️ Məbləğ müştərinin usd hesabına qaytarılacaq. 
▪️ 5 iş günü ərzində çatdırılır. (Bazar günləri və qeyri iş günləri daxil deyil)
▪️ Müştərinin bağlama üçün yekun ödədiyi məbləğin 50%-i geri qaytarılacaq. 
▪️ Filiallara çatdırılmalara şamil edilir, kuryerlə rayonlara göndərişlərə aid edilmir.
▪️ Kampaniya maye və maqnit tərkibli məhsullara aid edilmir.