İş saatlarımız:Hər gün
10:00-21:00
ÜnvanFikrət Əmirov küç. 6
ƏlaqəB.e.-Ş.
10:00-19:00
*8000

Türkiyədən 5 günə çatdırırıq!

news-image

Türkiyədən 5 günə çatdırırıq!


Yenidən və yenə biz kampaniyalarımızla qarşınızdayıq!
Türkiyədən sifarişlərinizi 5 günə çatdırırıq! Çatdırmasaq, ödənişin yarısını sizə geri qaytarırıq! 


Türkiyədən etdiyiniz sifarişləri gömrüyə bəyan etdikdən sonra 5 gün ərzində yerli anbarımıza çatdırırıq. Çatdırmadığımız təqdirdə bağlamalarınızı təhvil aldıqdan sonra çatdırılma ödənişinin 50%-ni starex hesabınıza geri qaytarırıq. Kampaniya 2 İyun tarixindən etibarən gömrükdə bəyan etmisiniz statusuna keçən bağlamalar üçün keçərlidir.

Aprel ayı ərzində bağlamasını gecikdirdiyimiz 14000 müştərinin çatdırılma ödənişinin yarsını geri qaytarmışıq. 

Türkiyədəki qapanmalar səbəbilə kampaniyamızı müvəqqəti olaraq dayandırmalı olmuşduq. 
İndi isə sözümüzə sadiq qalaraq kampaniyamıza yenidən start veririk! 


Siz sifarişlərinizi edin, biz 5 gün ərzində çatdırarıq!

Şərtlər:
▪️ 2 İyundan etibarən gömrükdə bəyan etmisiniz statusuna keçən bağlamalar üçün keçərlidir.
▪️ Yalnız Türkiyədən çatdırılmalar üçün nəzərdə tutulmuşdur.
▪️ Bağlaması gömrükdə qalan müştərilərə şamil edilmir (gömrük sənədinin hazırlanması üçün keçən vaxt və s.)
▪️ Bakı filiallarında çatdırılma 5 gün, Sumqayıt və Xırdalan filialında çatdırılma 6 gündür. 
▪️ Gəncə və Mingəçevir filialına çatdırılma 7 gündür. 
▪️ Əgər müştəri bağlamanı bəyan etdikdən sonra silibsə, son bəyan etmə tarixinə əsasən hesablanır. 
▪️ Məbləğin 50%-i yalnız müştəri bağlamanı təhvil aldığı zaman balansına qayıdır.
▪️ Məbləğ müştərinin usd hesabına qaytarılacaq. 
▪️ 5 iş günü ərzində çatdırılır. (Bazar günləri və qeyri iş günləri daxil deyil)
▪️ Müştərinin bağlama üçün yekun ödədiyi məbləğin 50%-i geri qaytarılacaq. 
▪️ Filiallara çatdırılmalara şamil edilir, kuryerlə rayonlara göndərişlərə aid edilmir.
▪️ Kampaniya maye və maqnit tərkibli məhsullara aid edilmir. 
▪️ 22:00-dan sonra gömrüyə bəyan edilən bağlamalar üçün bəyan olma müddəti növbəti gün 9:00-dan etibarən hesablanır.

• Kompensasiya olunan məbləği nəğdləşdirmək və ya karta qaytarılması mümkün deyil. Bu məbləğdən çatdırma ödənişi       və ya kuryer ödənişində istifadə edə bilərsiniz.