İş saatlarımız:B.e.- Ş.
10:00-21:00
ÜnvanFikrət Əmirov küç. 6
ƏlaqəB.e.-Ş.
10:00-19:00
*8000

Türkiyədən Dərman Sifarişi indi daha asan

news-image

Türkiyədən Dərman Sifarişi indi daha asan


Türkiyədən Dərman sifarişi

Son dövrlərin gündəmində olan ən əsas mövzularından biri də elekton ticarət və ya onlayn alış-veriş məsələsidir. İnsanlar geyimdən məişət əşyalarına qədər bütün ehtiyaclarını artıq online alış-verişlə vaxt və əlavə vəsait sərf etmədən ödəyirlər. İnsanların geyim, yemək qədər sağlamlığını qorumağa da ehtiyacı olduğu üçün dərmanlar həyatımızda əvəzedilməz rola malikdir. E-ticarət istifadəçiləri həm ciblərinə həm də vaxtlarına qənaət etmək məqsədilə son illərdə onlayn dərman sifarişlərini də həyata keçirirlər. Belə olan halda həm maddi vəsait həm də sürətli çatdırılma mümkün olduğu üçün Türkiyədən sifarişə müraciət edilir. Qiymətlərin münasib olmağından əlavə çeşidlərin bolluğu da Türkiyədən dərman sifarişinə zəmin yaradan əsas səbəblərdəndir. Belə ki, Azərbaycanda tapılmayan dərman Türkiyə saytlarından asanlıqla tapılıb sifariş verilə bilir. Həmçinin Azərbaycanda yüksək məbləğlə satılan dərmanı yaxşı araşdırma etməklə az qala 2 dəfə ucuz qiymətə Türkiyədən tapmaq mümkündür.

Türkiyədən sifarişinə icazə verilən dərmanlar

Azərbaycan Respublikasının Mülki Məcəlləsinə uyğun olaraq mülki dövriyyədə olmasına yol verilməyən (mülki dövriyyədən çıxarılmış) əşyaların siyahısına daxil edilmiş narkotik təsirli, psixotrop və precursor dərman tiplərindən başqa istənilən dərmanı Türkiyədən asanlıqla sifariş etmək mümkündür.

Türkiyədən dərman sifariş etməyin yolları:

Starex.az karqo şirkətinin Türkiyə, Almaniya, Çin və Amerikadan çoxsaylı geyim və məişət avadanlıqları sifarişi xidmələri ilə yanaşı  Türkiyədən dərman sifarişi xidmətini də gözardı etmək olmaz. Karqo xidməti dedikdə ilk ağla gələn şirkət kimi özünü təstiqləmiş olan Starex.az dərman sifarişi və çatdırılması prosesində də müştərilərini düşünərək onlara uyğun təkliflərlə öz fəalliyyətini davam etdirməkdədir. Şirkət sizin  və ailənizin  sağlamlığının daha yüksək səviyyədə qayğısına qalmaq üçün onlayn fəaliyyətini təqdim edir.

Starex.az vasitəsilə daha rahat, asan, sürətli şəkildə ehtiyac olan dərman, vitamin, kosmetik və digər sağlamlığa vacib vasitələri 5-7 gün  ərzində və  Türkiyədən ekspress çatdırılma vasitəsilə əldə edə bilərsiniz. Həftənin 6 günü geniş saat aralığı ilə fəaliyyət göstərən Starex.az çoxsaylı çeşidləri, yüksək keyfiyyəti və sürətli xidməti ilə fərqlənir. Məqsəd əhaliyə təhlükəsiz, orijinal və keyfiyyətli məhsulları zamanında çatdırmaqdır.

Starex.az vasitəsilə Türkiyədən dərman sifarişi etmək çox asan və uyğun qiymətə başa gəlir.  Öz aktiv və etibarlı faəliyyəti nəticəsində müştərilərə operativ xidmət göstərən bu şirkət qısa zamanda ona göstərilən etimadı layiqincə doğrultmuşdur. Şirkətin bölgələrə çatdırılma xidməti də mövcuddur.

Əlavə olaraq qeyd etmək lazımdır ki, Starex.az şirkəti yalnız və yalnız öz istifadəçilərinə məxsus dərman sifarişi prosesini algonder.net saytı ilə birlikdə həyata keçirir. Belə ki, sayt Azərbaycanda fəaliyyət göstərən bütün karqo şirkətləri arasında yalnız Starex.az-a etibar etməklə onunla əməkdaşlıq edir. Starex.az ayrıcalığı ilə Türkiyədən dərman sifarişini aşağıda adı və fəaliyyəti qeyd edilən algonder.net saytından istifadə etməklə həyata keçirmək lazımdır.

Algonder.net – sayt öz işgüzarlığı və etibarlılığı ilə Türkiyədən Azərbaycana onlayn dərman sifarişi etmək istəyən müştərilərə hərtərəfli xidmət göstərir. Belə ki, şirkət müştəri məxfiliyini qorumaqla “təcili sifariş” xidmətini də müştərilərə təklif etməkdən çəkinmir. Bu xidmətlərdən yararlanmaq üçün aşağıdakı ardıcıllığı izləmək kifayətdir.

  1. algonder.net saytına daxil olmaq
  2. Axtarış bölməsinə sifarişj lazım olan dərman və ya gigiyenik məhsulun adını (ehtiyac yaranarsa kimyəvi tərkibini) daxil etmək
  3. Təqdim olunan siyahıdan sifariş etmək istənilən dərmanın adını və tərkibini dəqiqləşdirmək
  4. Sifariş et düyməsinə klikləməklə saytda qeyd edilən əczəxana ilə birbaşa əlaqə yaratmaqla dərman sifarişinin çatdırılacağı ünvanı və çatdırılma müddətini qeyd edərək sifarişi təstiq etmək
  5. Əlavə qeyd: Türkiyədən dərman sifarişi edərkən müştəri kodu yerinə Starex.az müştəri kodunuzu daxil etmək.

Algonder.net saytında sifarişi tamamladıqdan bir neçə gün sonra sifarişiniz Starex şəxsi kabinetinizdə əks olunur və siz gömrüyə bəyan etdikdən 5 gün ərzində sizə çatdırılır.

“Müştəri məmnuniyyəti inkişafımızın təməl daşıdır” şüarı ilə hərəkət edən Starex.az istifadəçilərinə öz xidmətləri ilə sayəsində sağlam və təbəssüm dolu bir həyat arzu edir.

Alış-verişə başlamaq üçün, Starex-də qeydiyyatınızın olması lazımdır. Bu link ilə Starex-də qeydiyyatdan keçə bilərsiniz.