İş saatlarımız:B.e.- Ş.
10:00-21:00
ÜnvanFikrət Əmirov küç. 6
ƏlaqəB.e.-Ş.
10:00-19:00
*8000

Türkiyədən sifariş et, gətirək

news-image

Türkiyədən sifariş et, gətirək


Bəyəndiyiniz geyimləri Türkiyədən 2 dəfə ucuz qiymətə ala bilərsiniz. Hazırda hər ay minlərlə şəxs geyim və digər məhsulları Türkiyədən sifariş verir, 7-10 günə Bakı ofisindən təhvil alır. Siz də büdcənizə və xərclərinizə 50% qənaət edə bilərsiniz.

 

Haradan başlayım?
İlk öncə starex.az saytında qeydiyyatdan keçməyiniz lazımdır. Qeydiyyat ödənişsizdir və təxminən 3 dəqiqənizi alacaq.

 

Necə sifariş verilir?

Qeydiyyatdan keçdikdən sonra, aşağıdakı Türk alış-veriş saytlarına daxil olursunuz. Bu saytlarda almaq istədiyiniz məhsulu seçirsiniz və məhsulun linkini kopyalayırsınız. Daha sonra saytımızda “Sifariş et” bölməsinə daxil olaraq həmin məhsulun linkini bizə göndərirsiniz. Biz həmin məhsulu alırıq və sizin üçün ölkəmizə gətiririk. Əksər halda məhsulları Türkiyədən almaq ölkəmizdən almağa görə 2 dəfə daha ucuz başa gəlir.

 

Xidmət haqqı nə qədərdir?

Türkiyədən sifarişlər üzrə ölkəmizə çatdırılma qiymətləri çəkiyə görə hesablanır. Orta hesabla bir geyimin çəkisi 300 qramdır, bu o deməkdir ki, ödəyəcəyiniz məbləğ 6 AZN (3.5$) ətrafındadır. Sifarişlər 7-10 gün ərzində sizə təhvil verilir. Detallı qiymət cədvəli saytımızın tariflər bölməsindən yer alıb. Ödənişi bank kartı olmadan, Emanat terminalları vasitəsilə də edə bilərsiniz.

 

Hansı saytlardakı məhsulları sifariş edə bilərəm?

Trendyol (trendyol.com), Zara (zara.com), Bershka (bershka.com/tr), US Polo (tr.uspoloassn.com), Mango (shop.mango.com/tr), Koton (koton.com), Hepsiburada (hepsiburada.com) kimi saytlarda bəyəndiyiniz məhsulları seçib, linklərini bizə göndərə bilərsiniz. Bütün mağazaların siyahısını saytımızın mağazalar bölməsində görə bilərsiniz.

 

Xidmətdən necə istifadə edim?
Türkiyədən sifariş üçün ilk öncə starex.az saytında qeydiyyatdan keçməyiniz lazımdır. Qeydiyyat ödənişsizdir.