İş saatlarımız:B.e.-Ş.
10:00-21:00
ÜnvanAtatürk prospekti 4A
ƏlaqəB.e.-Ş.
10:00-19:00
(012) 310 0825

Türkiyədən sifariş etmək üçün bunları bilməlisiniz.

news-image

Türkiyədən sifariş etmək üçün bunları bilməlisiniz.


Türkiyədən sifariş vermək üçün bütün məlumatları bu səhifədən əldə edə bilərsiniz.

Hər ay minlərlə şəxs geyim və digər əşyalarını Türkiyədən sifariş verirlər. Türkiyədən sifariş olunan geyim və aksesuarların qiymətləri ölkəmizdəki qiymətlərdən 2 dəfə ucuzdur.

 

 

Türkiyədən sifariş nə üçün sərfəlidir?

 

Dost tanışımız Türkiyəyə getdikdə həmişə oradan alış-veriş edib geri dönürlər. Bunun əsas səbəbi Türkiyədə geyim və aksesuarların çox ucuz olmasıdır. Geyim və aksesuar satan bir çox şirkət Türkiyədə öz zavod və fabriklərini açdığı üçün alış-verişi Türkiyədən etmək çox sərfəli olur. Məsələn, məşhur geyim markalarından olan Zara, Bershka, LC Waikiki, Koton, Levi`s, Flo, H&M, Mango, US Polo, Pierre Cardin kimi markalar Türkiyədə öz geyim fabriklərini açdıqları üçün Türkiyədə bu məhsulların qiymətləri çox sərfəlidir.

 

Ancaq, əsas çətinlik bundan ibarətdir ki, bu markaların heç biri ölkəmizə çatdırılma etmirlər. Ölkəmizdə isə bu markaların mağazalarında qiymətlər az qala 2 dəfə bahadır. Yəni eyni məhsul Türkiyədə 30 manatdırsa, ölkəmizdəki mağazalarda 60 manata satılır. Bəs, Türkiyədən məhsulları ölkəmizə sifariş etmək mümkündürmü?

 

 

Türk saytlarından məhsulları sifariş etmək mümkündürmü?

 

Türkiyənin geyim markaları və məşhur alış-veriş saytları ölkəmizə çatdırılma etməsə də, Starex vasitəsilə siz bu məhsulları Türkiyədən sifariş edib, ölkəmizə gətirə bilərsiniz. Starex həm Türkiyədə, həm də Azərbaycanda peşəkar komandası ilə sizə bu məhsulları sifariş edib, təhvil almaqda kömək edəcək. Siz sadəcə olaraq, bəyəndiyiniz məhsulları seçib, onların linkini Starex-ə göndərəcəksiniz, Starex həmin məhsulları sərfəli qiymətlərlə ölkəmizə gətirəcək. Hər ay minlərlə şəxs Türkiyədən sifariş verərək, bəyəndiyi markaların məhsullarını sərfəli qiymətlərlə əldə edir.

 

 

Hansı Türkiyə saytlarından və markalarından sifariş vermək olar?

 

Türkiyədən sifariş olunan məhsullar ən çox aşağıdakı markalara məxsusdur. Siz bu saytlardan bəyəndiyiniz məhsulları alırsınız, Starex sizin üçün ölkəmizə və ya yaşadığınız, işlədiyiniz ünvana gətirir.

 

  1. Trendyol.com –Türkiyədən sifariş olunan məhsulların təxminən 40%-i Trendyol.com saytının satdığı məhsullardır. Burada siz Türkiyədə satılan az qala bütün məhsulları görə bilərsiniz. Bu saytda qadın geyimləri kateqoriyasında yarım milyondan çox məhsul görmək mümkündür.
  2. LC Waikiki – Bu marka Türkiyədən sifariş edilən məhsullar içərisində populyardır. Müştərilər geyim, aksesuar, ayaqqabı, gödəkçə, corab və digər məhsulları məhz bu markanın saytından sifariş verirlər. Türkiyədən sifariş etmək üçün LC Waikiki-nin web saytı: https://www.lcwaikiki.com/tr-TR/TR
  3. Zara – Bu saytda keyfiyyətli qadın, kişi, uşaq geyimlərini və aksesuarlarını tapa bilərsiniz. Dünyanın ən böyük geyim şirkətlərindən olan Zaranın 88 ölkədə 2000-dən çox mağazası var. Türkiyədən sifariş vermək üçün Zaranın web saytı: https://www.zara.com/tr
  4. US Polo – 1890-cı ilə yaradılan bu markanın saytından qadın, kişi, uşaqlar üçün müxtəlif geyimlər sifariş verə bilərsiniz. Bu marka da Türkiyədən sifariş verilən ən populyar markalardan biridir. Müştərilərimiz bu saytdan ən çox köynək və şalvar sifariş verirlər.
  5. Morhipo – Bu sayt Türkiyədən sifariş üçün məşhur alış-veriş saytlarından biridir. Burada siz on minlərlə qadın, kişi, uşaq geyimlərini bu saytda tapa bilərsiniz.

Tam siyahi ilə tanış olmaq üçün saytımızda “Mağazalar” bölməsinə daxil ola bilərsiniz.

 

 

Türkiyədən Azərbaycana çatdırılma qiymətləri nə qədərdir?

 

Çatdırılma məbləği sifariş olunan bağlamanın çəkisinə əsasən hesablanır. Türkiyədən sifariş olunan geyimlərin çəkisi orta hesabla 300 qramdır. Yəni ki, bu halda Türkiyədən sifariş etdiyiniz geyimin ölkəmizə çatdırılma qiyməti təxminən 6 AZN-dir (3.5$). Çəkisi 1 kg olan bağlamaların çatdırılma qiyməti təxminən 9 AZN-dir (5.5$). Bağlamaların çəkisi artdıqca hər kilograma görə düşən məbləğ də azalır.

 

 

Türkiyədən sifariş etdiyim məhsul ölkəmizə neçə gün ərzində gəlir?

 

Türkiyə saytlarından məhsul sifariş etdikdən sonra, marka sizin sifarişinizi ilk olaraq Türkiyə anbarımıza göndərir. Biz sizin məhsulunuzu Türkiyə anbarımızda təhvil aldıqdan sonra 3-5 gün ərzində Bakı ofisimizə gətiririk. Sizin məhsulu sifariş etməyinizlə məhsulu ofisimizdən təhvil almanız orta hesabla 7-10 gün çəkir. İstəsəniz kuryer sifariş edərək məhsulunuzu evinizdə, iş yerinizdə təhvil ala bilərsiniz.

 

 

Türkiyədən necə sifariş etmək lazımdır?

 

Türkiyədən sifariş etmək üçün ilk öncə Starex saytında qeydiyyatdan keçməyiniz lazımdır.

 

  1. Bunun üçün saytımızda “Qeydiyyat" bölməsinə daxil olmalısınız. Qeydiyyatınızı tamamladıqdan sonra sifariş etməyə başlaya bilərsiniz.
  2. Sifariş vermək üçün, məsələn Trendyol.com saytına daxil olursunuz. Bu saytda çoxlu sayda geyim və aksesuar içərisindən bəyəndiyiniz məhsulu müəyyənləşdirirsiniz. Və məhsulun linkini kopyalayırsınız.
  3. Starex saytında Şəxsi kabinetinizdən “Sifariş et” bölməsinə daxil olursunuz və “Türkiyə” seçimini edirsiniz. Qarşınızda açılan pəncərədə məlumatları daxil edirsiniz. “Link” bölməsinə Trendyol saytında bəyəndiyiniz məhsulun linkini, “Məbləğ tl” bölməsinə Trendyol saytında bəyəndiyiniz məhsulun qiymətini, “Türkiyə daxili kargo” bölməsində isə məhsulun Trendyol.com saytında göstərilən kargo qiymətini daxil edirsiniz (Kargo qiymətini öyrənmək üçün məhsulu “sepete ekle” edib, səbətə daxil olmağınız lazımdır). Məlumatları doldurduqdan sonra göndər düyməsini basırsınız.
  4. Daha sonra şəxsi kabinetdə balans menyusuna klikləyirsiniz. "Sifarişlərim" menyusunda əlavə etdiyiniz sifarişin məbləği nə qədərdirsə balansınızı həmin məbləğdə artırırsınız. Məsələn "Sifarişlərim" menyusunda toplam məbləğ 50 TL-dirsə, balansınızı da 50 TL artırırsınız. Balansınızı daha çox artırmağınız da mümkündür. Qalan məbləği növbəti alış-verişlər üçün istifadə edə bilərsiniz. Balansınızı artırdıqdan sonra ödənişi edərək sifarişi tamamlayırsınız.
  5. Sifariş verdikdən sonra Trendyol bağlamanızı Türkiyə anbarımıza göndərir. Biz də bağlamanızı alaraq ya istədiyiniz ünvana çatdırırıq, ya da Bakı, Sumqayıt və Gəncədəki ofislərimizdən təhvil alırsınız.

Sifariş etməklə bağlı video məlumat burada: https://www.youtube.com/watch?v=Xb7HDb1JlzQ

 

 

Türkiyədən sifariş etmək istədiyim məhsulun ödənişini necə edim?

Almaq istədiyiniz məhsulun ödənişini etmək üçün ilk öncə Starex balansınızı artırmalısınız. Bunun üçün Şəxsi kabinetdə balans menyusuna daxil olursunuz. Burada balansınızı artırmaq üçün sizə 2 variant təklif olunur. Balansınızı həm bank kartı ilə, həm də Emanat terminalları vasitəsilə artıra bilərsiniz. Balansınızı artırdıqdan sonra Türkiyədən sifariş etmək istədiyiniz məhsulun ödənişini edə bilərsiniz. Bunun üçün şəxsi kabinetinizdə “Sifarişlərim” menyusuna daxil olursunuz və istədiyiniz məhsulun ödənişini edirsiniz.

 

 

Türkiyədən sifariş vermək üçün bank kartı tələb olunurmu?

Xeyr. Bank kartına sahib olmağınız şərt deyil. Balansınızı metro, restoran və marketlərdə olan Emanat terminalları vasitəsilə də artıra bilərsiniz. Bunun üçün Emanat terminallarına yaxınlaşırsınız. Digər bölməsinə daxil olaraq Starex-i seçirsiniz. Şəxsi kabinetinizdə görünən müştəri kodunuzu daxil edirsiniz və məbləği daxil edirsiniz. Əməliyyat bitdikdən sonra məbləğ dərhal Starex balansınızda görünəcəkdir.

 

 

Türkiyədən sifariş vermək üçün aylıq limit nə qədərdir?

Türkiyədən sifariş vermək üçün limit hər bir şəxs üçün aylıq 1000 ABŞ dollarıdır. Ölkə xaricindən alış-veriş etmək üçün bu limiti keçmədiyiniz müddətdə hər hansı gömrük rüsumu ödəmirsiniz. Saytımızda şəxsi kabinetə daxil olaraq son 30 gün ərzində nə qədər sifariş etdiyinizi görə bilərsiniz.

 

 

Sifarişlərimin statusu haqqında necə məlumatlı olacam?

Sifariş verdiyiniz məhsullar Türkiyə anbarımıza daxil olduqda, Bakıya yola düşdükdə, Bakı ofisimizdə olduqda, eləcə də sizə təhvil verildikdə bu barədə sizə həm sms, həm də email vasitəsilə məlumat verəcəyik. Bununla bərabər, Çağrı mərkəzimizə, Facebook səhifəmizə və şəxsi kabinetdə “Onlayn müraciət et” bölməsinə daxil olaraq suallarınıza cavab tapa bilərsiniz.

 

 

Əlavə suallarınız var?

Saytımızda tez-tez verilən suallar bölməsinə daxil olaraq digər suallarınıza da cavab tapa bilərsiniz. Bununla bərabər suallarınıza cavab tapmaq üçün Facebook və Instagram səhifələrimizə də müraciət edə bilərsiniz.