
Türkiyədən sifariş etmək üçün əsl vaxtdır
Türkiyədən sifariş etmək üçün indi əsl vaxtdır. Bugünlərdə edəcəyiniz sifarişlər 4 məqamda sizin üçün həm sərfəli, həm də rahat olacaq. Bu imkanlar bəlkə heç vaxt ələ düşmədi :).
- TL çox ucuzlaşıb.
Ötən ayın əvvəlindən hazırki tarixədək Türk lirəsi dollar qarşısında 10% ucuzlaşıb. Bu o deməkdir ki, hazırda Türkiyədən alacağınız bütün məhsullar ötən aya nisbətən 10% daha ucuzdur. 4TL artıq 1 AZN-dir.
- Türk saytları böyük endirimlər edir.
İnsanların əksəriyyətinin evdə olduğu bugünlərdə məşhur Türk saytları çoxlu sayda səbəttə endirim, 2-ci məhsula endirim və 70%-dək endirim kampaniyaları edir. Bəlkə də bu qiymətləri bir də başqa vaxt görə bilməyəcəksiniz. Endirim siyahısı burada.
- Starex-ə özəl, Trendyol-da ödənişsiz kargo.
Əgər sifarişinizi Starex vasitəsilə edirsinizsə, Trendyol-un Elit müştərilərinin üstünlüklərindən yararlana biləcəksiniz. 30 TL və yuxarı məbləğdə sifarişlərdə Türkiyə daxili kargo ödənişi yoxdur. "Həvalə et" xidməti ilə sifariş edin, kargo ödəməyin.
4. Bakıdaxili kuryer 1.5 AZN-dən başlayan qiymətlərlə
Bağlamaları Bakının əksər nöqtələrinə 1.5 AZN, şəhər ətrafı bölgələrə 3 AZN və 5 AZN-ə çatdırırıq. Adresinizə neçə bağlama gətirməyimizdən asılı olmayaraq eyni ödənişi edirsiniz.
Bu fürsətləri əldən verməmək üçün elə indi alış-verişə başlayın.
Əgər Starex hesabınız yoxdursa, elə indi qeydiyyatdan keçin.