
Türkiyədən sifariş etmək üçün gözləmə
Türkiyədən sifariş etmək üçün indi əsl vaxtdır. Bugünlərdə edəcəyiniz sifarişlər 4 məqamda sizin üçün həm sərfəli, həm də rahat olacaq. Bu imkanlar bəlkə heç vaxt ələ düşmədi :).
- TL çox ucuzlaşıb.
Ötən ayın əvvəlindən hazırki tarixədək Türk lirəsi dollar qarşısında 10% ucuzlaşıb. Bu o deməkdir ki, hazırda Türkiyədən alacağınız bütün məhsullar ötən aya nisbətən 10% daha ucuzdur. 4.81 TL artıq 1 AZN-dir.
- Türk saytları böyük endirimlər edir.
İnsanların əksəriyyətinin evdə olduğu bugünlərdə məşhur Türk saytları çoxlu sayda səbəttə endirim, 2-ci məhsula endirim və 70%-dək endirim kampaniyaları edir. Bəlkə də bu qiymətləri bir də başqa vaxt görə bilməyəcəksiniz. Endirim siyahısı burada.
3. Bakıdaxili kuryer 1.5 AZN-dən başlayan qiymətlərlə
Bağlamaları Bakının əksər nöqtələrinə 1.5 AZN, şəhər ətrafı bölgələrə 3 AZN və 5 AZN-ə çatdırırıq. Adresinizə neçə bağlama gətirməyimizdən asılı olmayaraq eyni ödənişi edirsiniz.
4. Bəyannamə yaratdıqda 10% endirim.
Türkiyə saytlarından sifariş etdiyiniz məhsulun bəyannaməsini saytımızdan ələvə etdiyiniz təqdirdə çatdırılma ödənişinə 5%, mobil tətbiqimizdən əlavə etdiyiniz təqdirdə isə 10% endirim əldə edirsiniz.
Bu fürsətləri əldən verməmək üçün elə indi alış-verişə başlayın.
Əgər Starex hesabınız yoxdursa, elə indi qeydiyyatdan keçin.