İş saatlarımız:B.e.- Ş.
10:00-21:00
ÜnvanFikrət Əmirov küç. 6
ƏlaqəB.e.-Ş.
10:00-19:00
*8000

Türkiyədən sifariş Türkiyə saytlarından endirimli qiymətə sifariş | Starex.az

news-image

Türkiyədən sifariş Türkiyə saytlarından endirimli qiymətə sifariş | Starex.az


Türkiyədən sifariş
 

İnkişaf edən texnologiya artıq həyatımızın bütün sahələrinə sirayət etmişdir. Alış-veriş insanların həyatında əhəmiyyətli rol oynadığından artıq bu sahə üzrə də illərdir xidmət verilməkdədir. İnsanlar əvvəllər ənənəvi alış-verişə üstünlük versələr də artıq sərfəli qiymət, rahatlıq, geniş seçim aralığı kimi bir çox səbəbdən E-ticarətə üstünlük verirlər. Sözsüz ki, hər büdcəyə uyğun tarifləri ilə Türkiyədən sifariş Azərbaycan vətəndaşları üçün daha çox müraciət edilən onlayn alış-veriş seçimidir. Starex.az saytı olaraq siz dəyərli müştərilərimizi məlumatlandırmaq məqsədi ilə Türkiyədən sifariş üçün ən vacib məqamları diqqətinizə çatdırmaqdan məmnunluq duyuruq.
 

Niyə Türkiyədən sifariş?
 

Gündəlik işlər vaxtımızı çox apardığına görə bəzən alış-veriş üçün enerji və zaman qalmır. Buna görə də əlimizin daha rahat çata biləcəyi xidmətlərə ehtiyac duyuruq. Təbii ki, bu ehtiyacımızın ödənilməsi üçün E-ticarət köməyimizə çatır. Onlayn alış-veriş deyilən anda Türkiyədən sifariş ilk ağla gələn variantdır. Türkiyədən sifariş bir çox üstünlükləri ilə insanların ilk tərcihinə çevrilməkdədir. Sizi bu üstünlüklərin bəziləri ilə tanış edək.

1)    Türkiyədən sifariş artıq Starex.az vasitəsilə çox asan prosedurdur. Belə ki, almaq istədiyiniz məhsulun linkini kopyalayıb Starex.az karqo xidmətinin səhifəsinə yapışdırmaqla sifariş verə və ya  Starex-in xarici anbar ünvanlarından istifadə etməklə könül rahatlığı ilə sifarişinizi edə bilərsiniz.

2)    Türkiyədə fəaliyyət göstərən alış-veriş saytları digər Avropa və Amerika saytlarından daha sərfəli qiymətlərlə məhsulları müştərilərə təqdim edir.

3)    Türkiyədən sifarişi Starex.az-ın “Həvalə et” xidməti vasitəsi ilə edilən məhsullara zəmanət verilir. Sifarişlərinizdə hər hansı bir yanlışlıq varsa, qırıq, istifadəyə yararsızdırsa, əskik göndərilibsə ödədiyiniz məbləği və çatdırılma ödənişini sizə geri qaytarılır.

4)    Türkiyə saytlarında seçilmiş məhsulların daha sərfəli qiymətə təklif olunan alternativləri maddi vəziyyəti aşağı olan insanların köməyinə çatır.
 

Türkiyədən sifariş nə üçün sərfəlidir?
 

Eyni brendə aid məhsulların qiymətlərini ölkəmizdə və Türkiyədəki məbləğlərlə müqayisə etdikdə hər zaman ciddi bir fərq müşahidə edirik. Həmin məhsulların Türkiyədə ucuz olmasının başlıca səbəblərindən biri həmin brendlərin Türkiyə ərazisində fabrik və zavodlarının mövcudluğudur. Zara, Bershka, LC Waikiki, Koton, Levi`s, Flo, H&M, Mango, US Polo, Pierre Cardin kimi populyar brendlərdən geyinmək arzusunda olan hər insan həmin mağazalar Azərbaycana birbaşa göndəriş etmədiyi üçün məhsulları daha ucuz qiymətə Türkiyədən Starex.az karqo şirkəti vasitəsi ilə istədiyi məhsulu Azərbaycana gətirdə bilər. 



türkiyədən sifariş


Türkiyədən sifariş etmək üçün istifadə ediləcək vacib saytlar.
 

Türkiyədən sifariş olunan məhsullar ən çox aşağıdakı markalara məxsusdur. Siz bu saytlardan bəyəndiyiniz məhsulları alırsınız, Starex sizin üçün ölkəmizə və ya yaşadığınız, işlədiyiniz ünvana gətirir.

  1. Trendyol.com –Türkiyədən sifariş olunan məhsulların təxminən 40%-i Trendyol.com saytının satdığı məhsullardır. Burada siz Türkiyədə satılan az qala bütün məhsulları görə bilərsiniz. Bu saytda qadın geyimləri kateqoriyasında yarım milyondan çox məhsul görmək mümkündür. Saytın müştərilərə təqdim etdiyi mobil tətbiq istifadəçilərinin sayını günü-gündən artırmağa davam edir.

  2. LC Waikiki – Bu marka Türkiyədən sifariş edilən məhsullar içərisində populyardır. Müştərilər geyim, aksesuar, ayaqqabı, gödəkçə, corab və digər məhsulları məhz bu markanın saytından sifariş verirlər. Türkiyədən sifariş etmək üçün LC Waikiki-nin web saytı

  3. Zara – Bu saytda keyfiyyətli qadın, kişi, uşaq geyimlərini və aksesuarlarını tapa bilərsiniz. Dünyanın ən böyük geyim şirkətlərindən olan Zaranın 88 ölkədə 2000-dən çox mağazası var. Türkiyədən sifariş vermək üçün Zaranın web saytı

  4. US Polo – 1890-cı ilə yaradılan bu markanın saytından qadın, kişi, uşaqlar üçün müxtəlif geyimlər sifariş verə bilərsiniz. Bu marka da Türkiyədən sifariş verilən ən populyar markalardan biridir. Müştərilərimiz bu saytdan ən çox köynək və şalvar sifariş verirlər.

  5. Morhipo – Bu sayt Türkiyədən sifariş üçün məşhur alış-veriş saytlarından biridir. Burada siz on minlərlə qadın, kişi, uşaq geyimlərini bu saytda tapa bilərsiniz. Boyner Holdinq tərəfindən 2011-ci ildə qurulmuş olan Morhipo.com onlayn alış-veriş saytı geyim məhsulları ilə yanaşı ev əşyaları, kozmetik məhsullar kimi digər ehtiyacları da müştərilərin xidmətinə sunmaqdadır.Sayt mövsüm sonu endirimləri ilə məşhurlaşaraq bir çox istifadəçinin sevimlisinə çevrilmişdir. Sayt həm də 2015-ci ildə öz markası olaraq “People by Fabrica”, “Agenda”, “D by Divarese” markalarını onlayn alış-veriş saytında təqdim etmiş və məhsullarının satışını həyata keçirmişdir.

  6. Boyner.com - Sayt fərqli xidmətlər göstərən bir çox alış-veriş mağazalarını özündə ehtiva edərək müştərilərinə müxtəlif qiymət və keyfiyyələrə malik geniş seçim aralığı təklif edir. Geyimdən ev əşyalarına qədər bütün məhsulların satışını həyata keçirən sayt həm də 200TL üzəri alış-verişdə müştərilərin pulsuz karqo xidməti təklif edir. 

  7. Watsons.com - Xanımlar sizə  xoş xəbərimiz var! Kosmetika, dəri və saç qulluğu, xüsusi gigiyena məhsullarına qədər hər şeyi bu saytda tapmaq mümkündür. Kişilərin elektronik məhsullara olan tələbatını da ön görən sayt müxtəlif qiymət aralığında fərqli məhsulları istifadəçilərinə təqdim edir.

  “Watsons card” və “Watsons Elite” xüsusiyyətləri ilə müştərilərə xərclədikləri pul müqabilində xal qazanmağı təklif edir. Və bu xallar daha sonra xüsusi endirimlər almaq məqsədi ilə istifadə olunur.

  1. Gratis.com - 2009-cu ildən günümüzə qədər Türkiyənin 79 fərqli bölgəsində 600 üzəri mağazaya sahib olan sayt “Güzel bak kendine” mottosu ilə müştərilərin qəlbinə yol tapmışdır.olmuşdur. 99 TL üzəri alış-verişlər üçün pulsuz karqo xidməti təklif edən sayt hər ay etdiyi endirim kampaniyaları ilə də məşhurdur. Bu endirimlərdən yararlanmaq üçün Starex.az-a müraciət etmək kifayətdir. “Gratis Card” xidməti ilə də müştərilərini düşünən sayt Türkiyədən sifarişlərdə 90%-ədək endirimlərlə yanaşı TheBalm brendinə məxsus məhsullara da  60%-ədək endirim tətbiq edə bilir.

  2. Teknosa.com - ÖZ innovativliyini adına qədər yansıdan sayt Türkiyədən sifariş edilə biləcək bütün texnologiya avadanlıqlarını özündə birləşdirir. “Həmin gün karqo” xidməti ilə müştərilərinin etibarını qazanmış sayt 100Tl üzərində alş-verişlər üçün pulsuz karqo xidməti təklif edir

  3. N11.com - SK Group və Doğuş Group tərəfindən 2013-cü ildə qurulmuş sayt minlərlə müxtəlif məhsulları özündə cəmləmişdir. Türkiyədən sifariş etmək istəyən müştərilərin ilk ağlına gələn N11şcom hətta təyyarə biletlərini də müştərilərə təqdim edir. Həyata keçirdiyi endirim kampaniyaları və fürsətlərlə müştərilərini qazandıraraq həm də onların keyfiyyətli alış-veriş etməsinə zəmin yaradır.

  4. Hepsiburada.com - 1998-ci ildən bəri Türkiyədən sifariş üçün fəaliyyət göstərən və 100 milyondan çox istifadəçi kütləsinə sahib olan sayt 2011, 2012, 2013-cü illərdə Türkiyənin ən sevilən markası, 2013-cü ildə isə ilin onlayn alış-veriş səhifəsi seçilmişdir.Kitabdan bağça mebellərinə qədər istənilən məhsulu saytın həyata keçirdiyi endirim kampaniyalarından istifadə etməklə uyğun qiymətə tapmaq mümkündür.

 
Türkiyədən sifariş etdiyimiz məhsulu Azərbaycana neçə gətirtməliyik?

  1. Türkiyədən sifariş etmək üçün ilk öncə Starex saytında qeydiyyatdan keçməyiniz lazımdır.

Bunun üçün saytımızda “Qeydiyyat" bölməsinə daxil olmalısınız. Qeydiyyatınızı tamamladıqdan sonra sifariş etməyə başlaya bilərsiniz.

  1. Sifariş vermək üçün, məsələn Trendyol.com saytına daxil olursunuz. Bu saytda çoxlu sayda geyim və aksesuar içərisindən bəyəndiyiniz məhsulu müəyyənləşdirirsiniz. Və məhsulun linkini kopyalayırsınız.

  2. Starex saytında Şəxsi kabinetinizdən “Sifariş et” bölməsinə daxil olursunuz və “Türkiyə” seçimini edirsiniz. Qarşınızda açılan pəncərədə məlumatları daxil edirsiniz. “Link” bölməsinə Trendyol saytında bəyəndiyiniz məhsulun linkini, “Məbləğ tl” bölməsinə Trendyol saytında bəyəndiyiniz məhsulun qiymətini, “Türkiyə daxili kargo” bölməsində isə məhsulun Trendyol.com saytında göstərilən kargo qiymətini daxil edirsiniz (Kargo qiymətini öyrənmək üçün məhsulu “sepete ekle” edib, səbətə daxil olmağınız lazımdır). Məlumatları doldurduqdan sonra göndər düyməsini basırsınız.

  3. Daha sonra şəxsi kabinetdə balans menyusuna klikləyirsiniz. "Sifarişlərim" menyusunda əlavə etdiyiniz sifarişin məbləği nə qədərdirsə balansınızı həmin məbləğdə artırırsınız. Məsələn "Sifarişlərim" menyusunda toplam məbləğ 50 TL-dirsə, balansınızı da 50 TL artırırsınız. Balansınızı daha çox artırmağınız da mümkündür. Qalan məbləği növbəti alış-verişlər üçün istifadə edə bilərsiniz. Balansınızı artırdıqdan sonra ödənişi edərək sifarişi tamamlayırsınız.

  4. Sifariş verdikdən sonra Trendyol bağlamanızı Türkiyə anbarımıza göndərir. Biz də bağlamanızı alaraq ya istədiyiniz ünvana çatdırırıq, ya da Bakı, Sumqayıt və Gəncədəki ofislərimizdən təhvil alırsınız.


Önəmli qeyd: Əgər sifarişə xüsusi zaman sərf etməyib xüsusi prosedurlarla məşğul olmaq istəmirsinizsə Starex.azın “həvalə et” xidmətindən yararlana bilərsiniz.

Alış-verişə başlamaq üçün, Starex-də qeydiyyatınızın olması lazımdır. Bu link ilə Starex-də qeydiyyatdan keçə bilərsiniz.