İş saatlarımız:B.e.- Ş.
10:00-21:00
ÜnvanFikrət Əmirov küç. 6
ƏlaqəB.e.-Ş.
10:00-19:00
*8000

Türkiyədən sifariş

news-image

Türkiyədən sifariş


Modern həyata uyğunlaşmaq üçün həyatımızdakı alışqanlıqlarımızda müəyyən dəyişikliklər edirik. Bunlar bizə vaxta qənaət etmək, daha az yorulmaq, istədiklərimizi daha asan əldə etməyimizə səbəb olur. Həmçinin koronavirus səbəbilə də son zamanlarda Türkiyədən onlayn alış-verişə üstünlük verənlərin sayı artıb. Bu vasitə ilə istəklərimiz onlayn olaraq bizə verilən təkliflə uyğunlaşır. Məhsullarımızın tez bir zamanda çatdırılması, ənənəvi alış-verişdə itirdiyimiz vaxtı yenə itirməmək üçün digər ölkələrdən və Türkiyədən sifarişə üstünlük vermək daha sərfəlidir. Nəzərə alaq ki, mağazalarda itirdiyimiz vaxtı ailəmizə, yaxınlarımıza ayıra bilərik.

 

Bütün bu səbəblərdən əlavə, onlayn sifariş zamanı çatdırılma ilə birlikdə təklif edilən ödəniş alıcılar üçün daha sərfəlidir. Əlbəttə ki, sifariş etdiyiniz məhsulları sizə uyğun tariflərlə və tez şəkildə çatdıran bir çox karqo şirkəti mövcuddur. Türkiyədən sifariş edənlərin və sifarişlərin sayı artdıqca karqo şirkətlərinin də sayı artmışdır. Əgər Türkiyədən sifariş edərkən hələ də bu çoxluq arasında seçim edə bilmirsinizsə, artıq uzun müddətdir mövcud olan və özünü sübut etmiş Starex karqo şirkətindən istifadə edə bilərsiniz. Starex büdcənizə uyğun tariflərlə və sürətli çatdırılması ilə müştəri məmnuniyyətini qazanmışdır.

 

Azərbaycanlı müştərilər xaricdən sifariş zamanı Amerika, Çin, Almaniya və Türkiyə kimi ölkələrdən çatdırılmalara üstünlük verir. Türkiyədə istehsal olunan məhsulların Azərbaycana çatdırılması Azərbaycanda alışı həyata keçirilən məhsullardan daha ucuz başa gəlib çatır. Buna görə də daha çox Türkiyədən sifarişə üstünlük verilir. Türkiyədən sifarişin sərfəli olmasının bir səbəbi isə həmin mağazalarda tez-tez böyük endirimlərin olmasıdır. Bu alıcılara arzuladığı məhsulları daha aşağı qiymətlərlə alış imkanı yaradır. Belə ki, Türkiyədən sifariş zamanı alıcılar Trendyol, Hepsiburada, n11.com, LC Waikiki, Morhipo, Kitapyurdu.com və s. kimi məhşur saytlardan istifadə edirlər.

 

Türkiyədən siz ayaqqabı, geyim, aksesuarlarlarla yanaşı, həmçinin maye məhsulları, kosmetik vasitələr, oyun setləri, texnoloji və texniki avadanlıqlar, idman malları, kitab və s. fərqli kateqoriyalara məxsus məhsulları sifariş edə bilərsiniz.

 

Alacağınız məhsulları güvənərək əmanət edəcəyiniz yeganə karqo şirkəti Starexdir. Starexin ən vacib prioriteti müştəri məmnuniyyətidir. Bunun üçün Starex siz müştərilərə cibinizə uyğun tariflər və sürətli çatdırılmadan yararlanma imkanı verir.

Türkiyədən sifariş prosesini məhsul alış-veriş etdiyiniz saytdan məhsulu seçib səbətə əlavə edib, daha sonra Starexin saytından qeydiyyatdan keçərək tamamlaya bilərsiniz.

Türkiyə, ABŞ, Çin və Almaniyadan çatdırılma tariflərinə keçid edərək tanış ola bilərsiniz.