İş saatlarımız:B.e.- Ş.
10:00-21:00
ÜnvanFikrət Əmirov küç. 6
ƏlaqəB.e.-Ş.
10:00-19:00
*8000

Uşaq geyimləri Türkiyədən sifariş Daha keyfiyyətli seçimlər | Starex.az

news-image

Uşaq geyimləri Türkiyədən sifariş Daha keyfiyyətli seçimlər | Starex.az


Uşaq geyimləri
 

Təsadüfi deyildir ki, övlad sahibi olan insanlar hər zaman bütün mövzularda özlərindən çox uşaqlarını düşünürlər. Geyim mövzusu da bunlardan ən başlıcasıdır. Belə ki, valideynlər geyim seçərkən paltarın rahat və keyfiyyətli olmasına üstünlük verirlər. Buna görə də paltar alarkən onun materialı, istehsalçı firmanın etibarlılığı, geyimin keyfiyyəti, xərclənəcək məbləğin büdcəyə uyğunluğu mühüm göstərici amillərdir. Bu amillərə hər zaman valideynlər tərəfindən maksimum diqqət göstərilsə də bəzən bütün tələblər Azərbaycandakı mağazalarda qarşılanmadığından insanlar onlayn alış-verişə üstünlük verirlər.

Türkiyə, Amerika və Çindəki mağazalardan onlayn sifariş etməklə həm büdcələrinə uyğun həm də nisbətən keyfiyyətli uşaq paltarlarını əldə etmək artıq Starex.az karqo şirkətinin vasitəsilə çox qısa bir zamanda mümkündür. Azərbaycan vətandaşları qiymət nisbətən ucuz olduğundan daha çox xarici saytlardan uşaq geyimləri almağa üstünlük verirlər. 

Bəs uşaq paltarları alarkən seçimi necə etməliyik? “Büdcə və keyfiyyət baxımından hansı saytlara üz tutmaq məsləhətdir? ” kimi bu və digər suallarınıza cavab tapmaq üçün Starex.az şirkəti olaraq sizin üçün aşağıda qeyd olunan məsələlər üzrə ətraflı bir araşdırma etdik. Buyurun nəzər salın.
 

Uşaq paltarları seçərkən nəzər yetirilməsi mühüm olan məqamlar.

Uşaq orqanizmi böyüklərə nisbətən daha həssas və hərəkətli olduğundan geyim seçərkən geyimin rahatlığı, davamlılığı, keyfiyyəti, təhlükəsizliyi kimi faktorlar ən öndə məsələlərdən olmalıdır.
 

Geyimin rahatlığı;

Uşaqlar çox aktiv hərəkətlidirlər. Bu xüsusiyyət nəzərə alındıqda mütləq onlar özünü geyimdə rahat hiss etməlidirlər. Əsas diqqət hava keçirən geyimlər üzərində fokuslanmalıdır. Uşaqlar istənilən fəsildə və iqlimdə üzərindəki paltarlardan sıxılmamalıdırlar və komfortları zədələnməməlidir.
 

Geyimin davamlılığı;

Davamlılıq da ən az rahatlıq qədər önəmlidir. Nəzərə almaq lazımdır ki, uşaq geyimləri böyük geyimlərindən daha tez çirklənir və yuyulur. Buna görə davamlı və yuyulduqda keyfiyyətini itirməyən məhsullara üstünlük verilməlidir.
 

Geyimin təhlükəsizliyi;

Uşaq geyimlərinin keyfiyyətli olması və onların səhhətində problem törətməməsi məqsədi ilə etibarlı firmaların məhsullarına diqqət yetirmək lazımdır. Belə ki, təhlükəsizliyi sübut olunmamış uşaq paltarları uşaqlarda allergik reaksiyalar və qıcıqlanmalara səbəb ola bilər. İmkan varsa 100 % pambıqdan hazırlanmış geyimlərdən istifadə daha məqsədəuyğundur.
 

Geyim seçərkən rənginə diqqət etmək

Starex.az olaraq bu mövzuda da siz dəyərli müştərilərimizə məlumat verməkdən qürur duyuruq. Geyim seçərkən monoxrom rənglərə üstünlük vermək daha dəbdəbəli görüntü əldə etməyə və digər rənglərlə daha yaxşı uyğunlaşmağa kömək edir. Parlaq rənglər uşaqların diqqətini monoxrom rənglərdən daha çox cəlb edir. Belə rənglər geyimi daha canlı göstərir. Neytral rəng tonları isə aktiv hərəkətli uşaqlar üçün ən yaxşı seçimdir.

Uşaqlarınızı hansı rəngdə geyindirmək istəyirsinizsə arzu etdiyiniz istənilən geyimi sifariş edin biz sizin üçün gətirək.

uşaq geyimləri


 

Uşaq paltarları sifariş edə biləcəyiniz saytların siyahısı:

Aşağıdakı saytlardan uşağınız üçün istənilən geyimi sifariş edə bilərsiniz.

Panço – 40 illik tarixə malik olan bu mağazalar şəbəkəsi trendi izləməklə və öz keyfiyyətli məhsullarını müştərilərə təqdim etməklə onların ilk müraciət etdikləri siyahısındadır. Bütün yaş dövrü uşaqlar üçün istənilən geyim, ayaqqabı və aksesuarı burada tapmaq mümkündür.
 

Soobe – Trendi addım-addım izləyən mağazalardan ən başlıcası olan Soobe əyləncə və zövqü özündə birləşdirməklə müstərilərə əvəzolunmaz keyfiyyət təqdim edir. Məhz bu xüsusiyyətinə görə də yeni nəsil uşaqlar üçün ən yaxşı alış-veriş saytlarındandır.
 

Wonderkids – “Ən dəyərli varlıqlarımız uşaqlarımızdır”şüarı ilə çıxış edən və ən önəmli qayəsi uşaqların sağlamlığı olan bu sayt valideynlərin seçimləri arasında başlıca yeri tutmağa davam etməkdədir.
 

E-bebek – Daha çox körpələrə xidmət göstərən bu sayt valideynlərin məmnuniyyətlə müraciət etdiyi ən etibarlı saytlar arasındadır.
 

MotherCare – Adından da göründüyü kimi sanki bir “Ana qayğısı” kimi körpələrin sağlam inkişafı üçün lazım olan bütün ehtiyaclarını qarşılayan elektron ticarət platformudur.
 

Carter’s – Carter’s-in ən önəmli qayəsi təbii ki də trenddir. Davamlı yenilənən zəngin kolleksiyası ilə 0-12 yaş  üçün istənilən uşaq geyimlərini özündə ehtiva edir.
 

BuybuyBaby –  Keyfiyyətlə yanaşı sərfəli qiymətlərlə də müştərilərinin qəlblərini qazanmağa davam edən sayt 0-12 yaş üçün ideal seçimlərdəndir.
 

Childsplayclothing – Satyın süarı rahatlıq və sağlamlıqdır. Belə ki sayt müştərilərə ortopedik ayaqqabılar və təbii parçalardan hazırlanmış istənilən geyimi təqdim edir.
 

Cookieskids – Uşaq geyimləri və aksesuarlarından ibarət daim təzələnən yeni kolleksiyaları ilə diqqət mərkəzində qalmağa davam edir.
 

United Colors of Benetton – Böyüklərlə yanaşı uşaq geyimlərində də trendə istiqamət verməkdə davam edən Benetton uşaqlara öz rəngli dünyalarını yansıdan mütəlif geyimlərlə müraciət edir.
 

Adları sadalanan saytlardan istənilən məhsulu Starex.az vasitəsilə sifariş edə bilərsiniz. Bizə “həvalə et”-in və rahatlığınızı pozmadan təhlükəsiz və sürətli şəkildə bağlamanızın əlinizə çatmağını gözləyin.

Alış-verişə başlamaq üçün, Starex-də qeydiyyatınızın olması lazımdır. Bu link ilə Starex-də qeydiyyatdan keçə bilərsiniz.