İş saatlarımız:B.e.-Ş.
10:00-19:00
ÜnvanAtatürk prospekti 4A
ƏlaqəB.e.-Ş.
10:00-18:30
(012) 310 0825

Yeni Gömrük qərarı ilə bağlı müştərilərin nəzərinə!

news-image

Yeni Gömrük qərarı ilə bağlı müştərilərin nəzərinə!


Hörmətli müştərilər!
Daha öncə də məlumatlandırdığımız kimi bağlamaların göndərilməsi yeni qərarın tətbiqi ilə bağlı gecikmədədir. Belə ki, 300 USD-lik limit cari təqvim ayından hesablandığı üçün limiti keçən müştərilərin sayı çoxluq təşkil  edirdi və bu da həm bağlamaların Bakı Kargo Terminalında uzunmüddətli gözləməsinə, həm də müştərilərə əlavə xərc olmasına səbəb olacaqdı. 


Əlavə olaraq qeyd edək ki, bağlamaların növbəti gecikməsi gözlənilir. 


Gömrüyün yeni tələblərinə görə hər bir müştəri yeni yaratdıqları tətbiq vasitəsi ilə bəyannamə tərtib etməlidir. Əks halda göndəriş mümkün olmayacaq və ya bəyannamə tərtib etmədiyiniz üçün əlavə rüsum ödəməli olacaqsınız. Bu qayda 24 sentyabr tarixindən etibarən ölkəmizə gətiriləcək bütün bağlamalara şamil olunub. Zəhmət olmasa yeni tətbiqlə tanış olub bəyannamələri tərtib edin. Yeni qaydalara əsasən:
 1. Vətəndaş Smart customs mobil tətbiqini yükləməlidir.
 2. Vətəndaş Smart customs tətbiqində qeydiyyatdan keçməli (bunun üçün vətəndaşın adına mobil nömrə olmalıdır) və ya Asanlogin olmalıdır.
 3. Vətəndaş kargo şirkətinin saytında yaratdığı bəyannamənin eynisini bu dəfə Smart customs tətbiqində də yaratmalıdır. Bəyannamədə kargo şirkətinin verdiyi İzləmə kodunu (86, 87 ilə başlayan kod) qeyd etməlidir.


Dövlət Gömrük Komistəsi ilə əlaqə üçün: 195-6
Dövlət Gömrük Komitəsi tərəfindən yeni qərarla bağlı ən çox verilən suallara cavablar:  https://bit.ly/3i6BRE7