İş saatlarımız:B.e.-Ş.
10:00-21:00
ÜnvanAtatürk prospekti 4A
ƏlaqəB.e.-Ş.
10:00-19:00
(012) 310 0825

Yeni Gömrük qərarları ilə bağlı suallar və cavabları.

news-image

Yeni Gömrük qərarları ilə bağlı suallar və cavabları.


Yeni gömrük qərarları ilə bağlı ən çox verilən suallar və cavablarını sizin üçün bir yerə topladıq. 

 

1. Yeni qərarə əsasən gömrük rüsumu ödəmədən bir ay ərzində ölkə xaricindən neçə bağlama gətirə bilərəm?

- Yeni qəbul edilmiş qaydaya əsasən 1 təqvim ayı ərzində 300 dollar limiti keçməmək şərti ilə istədiyiniz qədər bağlama gətirə bilərsiniz. Yəni bir ay ərzində fərqli tarixlərdə 5 ədəd və ya 10 ədəd bağlamanızın gəlməsində hər hansı problem yoxdur.

 

2. Xaricdən bağlama gətirilməsində məbləğ limiti nə qədərdir?

- Yeni qəbul edilmiş qərara əsasən 1 təqvim ayı ərzində (Məsələn Sentyabr) limit 300 ABŞ dolları təşkil edəcəkdir. Qərar 20 sentyabr tarixindən etibarən qüvvəyə minir. Qeyd edək ki, əvvəl bu limit “son 30 gün” üzrə hesablanırdısa, yeni qaydaya əsasən “cari ay” üzrə hesablanacaqdır. Yəni, siz 1 təqvim ayı müddətində 300 ABŞ dolları məbləğini keçməmək şərti ilə istədiyiniz qədər bağlama gətirə bilərsiniz.

 

3. Limitimi necə izləyə bilərəm?

- Yaxın günlərdə Starex-də şəxsi kabinetinizə daxil olaraq cari təqvim ayı üçün limitinizi izləyə biləcəksiniz. Qeyd edək ki, əvvəl bu limit son 30 gün ərzində hesablanırdısa, yeni qaydaya əsasən cari ay üçün hesablanacaqdır. Yəni, siz 1 təqvim ayı müddətində 300 ABŞ dolları məbləğini keçməmək şərti ilə istədiyiniz qədər bağlama gətirə bilərsiniz.

 

4. Mən sentyabr ayında limitimdən 200 dollar istifadə etmişəm. Ayın 20-dən sonra yenə sifariş edə bilərəm?

- Yeni qərarlar hər zaman qüvvəyə mindiyi tarixdən etibarən keçərli olur. Buna əsasən, 20 sentyabr tarixindən etibarən vətəndaşların 20 sentyabr tarixindən sonrakı 10 gün üçün yeni 300 dollarlıq limiti formalaşmış olmalıdır. Ancaq gömrük orqanları tərəfindən bu sualın dəqiq cavabını ala bilməmişik. Buna əsasən, əgər sentyabr ayında 200 dollar istifadə etmisinizsə, özünüzü sığortalamaq üçün geri qalan 10 gün ərzində limitinizdən 100 dollar (=300$-200$) istifadə etməyiniz tövsiyə olunur. Xatırladaq ki, cari ay üçün limitinizi yaxın günlərdə Starex şəxsi kabinetinizdən izləyə biləcəksiniz.

 

5. Sentyabr ayında 300 dollardan çox sifarişim olub. Sentyabr ayında yenidən sifariş etsəm necə olacaq?

- Yeni qərarlar hər zaman qüvvəyə mindiyi tarixdən etibarən keçərli olur. Buna əsasən, 20 sentyabr tarixindən etibarən vətəndaşların 20 sentyabr tarixindən sonrakı 10 gün üçün yeni 300 dollarlıq limiti formalaşmış olmalıdır. Ancaq gömrük orqanları tərəfindən bu sualın dəqiq cavabını ala bilməmişik. Buna əsasən, əgər sentyabr ayında artıq 300 dollar istifadə etmisinizsə, özünüzü sığortalamaq üçün geri qalan 10 gün üçün hər hansı bağlamanızın gömrük sisteminə əlavə edilməməsi tövsiyə olunur. Xatırladaq ki, cari ay üçün limitinizi yaxın günlərdə Starex şəxsi kabinetinizdən izləyə biləcəksiniz.

 

6. Aylıq limit necə hesablanır?

 - Aylıq limit hesablanarkən sizin həmin ay ərzində gömrük sisteminə əlavə olunan bağlamalarınız nəzərə alınır. Aylıq limiti hesablamaq üçün həm bağlamanın içərisindəki məhsulların qiyməti, həm də çatdırılma qiyməti cəmlənir.

 

7. Bağlamalarımla bağlı məlumatlar gömrük sisteminə nə vaxt əlavə olunur?

 - Bağlamalarınız “yoldadır” statusuna düşdüyü zaman əməkdaşlarımız tərəfindən gömrük sisteminə əlavə olunur.

 

8. Bağlamam gömrükdə saxlanıldıqda nə olacaq?

- Bağlamanız gömrükdə saxlanıldığı zaman bizə gömrük tərəfindən qaimə verilir. Biz qaiməni əldə etdikdən sonra sizə sms və mail vasitəsilə bağlamanızın gömrükdə saxlanılması ilə bağlı məlumat göndəririk.

Bağlamanızı təhvil almaq üçün ilk öncə ofisimizə yaxınlaşıb bağlamalarınız üçün çatdırılma haqqını ödəyib qaimə və barkodu  əldə edirsiniz. Daha sonra, bu sənədlər əsasında Hava Nəqliyyatında Baş Gömrük İdarəsinə müraciət edərək bağlamanız haqda ətraflı məlumat əldə edib rəsmiləşdirə və Bakı Karqo Terminalında saxlama xərclərini ödəyərək təhvil ala bilərsiniz.

 

9. 300 dollarlıq limiti keçdiyim zaman nə qədər rüsum ödəməliyəm?

 - Limiti keçdiyiniz məbləğin cəmdə 36%-dək məbləğində (aldığınız məhsulun gömrük koduna uyğun olaraq) rüsum və vergi ödəməli və gömrük orqanı tərəfindən müəyyən edilmiş digər xərcləri ödəməli olacaqsınız. Digər xərclər: 5 AZN bəyannamə ödənişi, 15 AZN anbara giriş haqqı, 48 saatdan çox bağlamanın anbarda qaldığı hər gün üçün 1 Avro.

Xatırladaq ki, yalnız 300 dolları keçən məbləğin rüsum və vergisini  ödəyirsiniz. Məsələn ay ərzində ölkə xaricindən gələn və gömrük sisteminə əlavə olunan bağlamalarınızın məbləği 320 dollar olubsa yalnız 20 dollarlıq məbləğin rüsum və vergisi ödənilir. Qeyd edək ki, 300 dollar limiti keçməmək şərti ilə istədiyiniz sayda bağlama gətirə bilərsiniz.

 

10. Eynicinsli məhsullardan bir neçə dənə gətirməyə hər hansı limit tətbiq olunurmu?

 - Yeni qərarlara əsasən vətəndaşlar eyni və eynicinsli məhsuldan 2 dənədən artıq olmamaq şərtilə sifariş verə bilərlər. Eynicinsli məhsuldan 2 dənədən çox sifariş edilməsi kommersiya məqsədi kimi nəzərə alınır və bu məhsullar üçün gömrük rüsumu alınır.