MƏSULİYYƏT DAŞIYIRIQ
İş saatlarıB.e - Ş.
10:00-20:00
ÜnvanAtatürk prospekti 4A
012 3100825

Daşıma şərtləri

“Starex” MMC göstərdiyi vasitəçilik xidməti çərçivəsində heç bir halda satıcı firmanın göndərdiyi məhsulun keyfiyyətinə, tamlığına, tərkibinə, ölçü və formasına, satış anbarında tükənməsinə, vaxtında çatdırılmasına  görə məsuliyyət daşımır. Sifarişiniz mağaza tərəfindən yanlış, yararsız və zədələnmiş şəkildə göndərilərsə, geri qaytarma xidmətimizdən istifadə edə bilərsiniz.*Bağlamanız Bakı ofisimizə daxil olduqdan sonra 48 saat ərzində təhvil alınaraq yerindəcə yoxlanılmalıdır. *Sifarişlər çəkiyə uyğun tariflərlə geri qaytarılır.


Məhsullar daşıyıcı tərəfindən sığortalanmır və daşıyıcı buna görə heç bir məsuliyyət daşımır. 

“Starex” MMC qəbul olunmuş sifarişləri növbəlilik əsasında həyata keçirir və həftə içi 24 saat ərzində sifarişlərin yerləşdirməsinə zəmanət verir. Bununla belə sifariş prosesində hər hansı problem yarandıqda (məhsulun bitməsi, sifariş olunan ölçünün və ya rəngin bitməsi, kampaniyanın başa çatması, ödəmə problemi və s.) istifadəçinin ödədiyi məbləğ istifadəçinin balansına geri qaytarılır.

İstifadəçi balansına yüklənən məbləği digər məhsulların alınmasına istifadə edə bilər və yaxud da hesabına geri tələb edə bilər. Bu halda məbləğ istifadəçinin hesabına 3-5 iş gün ərzində geri qaytarılır. 

Sifarişlər verilərkən məhsul(lar)un və Türkiyə daxili karqonun ödənişi tam ödənilməlidir. Ödənilmədiyi təqdirdə çatışmayan məbləğ varsa müştərinin mövcud balansından tutulur və yaxud da məhsul(lar) təhvil verilərkən müştəridən tələb olunur. Ödənişlər tam ödənildikdən sonra məhsulun təhvili mümkündür. 

Maksimum 10 manat olmaqla sifariş məbləğinin 10 faizi həcmində kənarlaşma olarsa, müştəriyə məlumat verilmədən balansından silinməklə sifariş həyata keçirilir.

 “Starex” MMC qəbul olunmuş sifarişləri eyni anda və birlikdə həyata keçirir. Buna baxmayaraq məhsullar satıcı tərəfindən ayrı-ayrı bağlamalarda göndərilə bilər və buna görə “Starex” MMC məsuliyyət daşımır. Məhsullar satıcı mağaza tərəfindən neçə bağlama olaraq xarici anbarımıza çatdırılırsa, hər bağlama ayrılıqda hesablanır.

Sifariş edilmiş bağlama daşıyıcının anbarlarına daxil olduqda bu barədə sifarişçiyə email, sms və tətbiq xəbərdarlığı vasitəsilə məlumat veriləcək. Müştəri bağlamanı ofisimizdən götürə bilər və ya əlavə xidmət haqqı ödəməklə adresinə çatdırıla bilər.

Qəbul olunan bağlama ofisimizdə yoxlanılmalıdır. Əks təqdirdə sonradan aşkarlanmış hər hansı bir çatışmazlığa görə daşıyıcı məsuliyyət daşımır.

Uzunluğu 1 metrdən yuxarı olan məhsulların çatdırılma ödənişi həcm çəkisinə uyğun hesablanır.
Hesablanma qaydası: en x uzunluq x hündürlük x 167

Məlumat üçün nəzərinizə çatdırırıq ki, sifarişlərin dəyəri 1 (bir) ay ərzində 1.000 (min) ABŞ dolları məbləğinədək olduqda gömrük orqanları tərəfindən hər hansı bir rüsuma cəlb olunmur. 1.000 (min) ABŞ dollarından artıq olduğu təqdirdə və gömrük orqanları tərəfindən kommersiya məqsədi daşıdığı barədə məlumat verildiyi halda qanunvericiliyə uyğun olaraq gömrük nomenkulaturasında nəzərdə tutulan həcmdə rüsuma cəlb olunacaq. Qeyd edək ki, rusumun maksimum həddi 36% təşkil edir.
1.Sifarişlərin son 30 gün ərzində ümumi dəyəri 1.000 (min) ABŞ dolları məbləğini keçdikdə,

2.Sifariş verdiyiniz məhsulun Gömrük orqanı tərəfindən  kommersiya məqsədli oldugunu təyin edildikdə,

3.Ölkəyə idxalı qadağan olan məhsullar olduqda. 
sifarişiniz gömrükdə saxlanıla bilər.