Çin müştərilərinin nəzərinə!
26.04.2023 17:56

Hörmətli müştərilər!
Son zamanlar Çin anbarımız üçün əməkdaşlıq etdiyimiz şirkətlə kiçik bir anlaşılmazlıq yaşadıq. Bu səbəbdən bağlamaların ölkəmizə göndərilməsində gecikmələr yaşanıb. Bildirmək istəyirik ki, artıq problem aradan qaldırılıb. Ötən həftədən etibarən mütəmadi olaraq bağlamaların ölkəmizə göndərişi həyata keçirilir. Gecikmə yaşanmış bütün bağlamalar növbəti həftənin sonuna kimi müştərilərimizə çatdırılacaq. Yaşanmış gecikmə səbəbi ilə üzrlü hesab etməyinizi xahiş edirik. Anlayışınız üçün təşəkkür edirik.