Hörmətli müştərilər!
Bundan öncəki paylaşımda qeyd etdiyimiz kimi, 10 kiloqramdan yuxarı bağlamalar üçün gömrük tərəfdən hər kq-a görə 1.5 USD daşınma xərci hesablanır. Bu məbləğ sizdən alınmasa da, 300 USD gömrük limitinə təsir edir. Yəni məhsulun qiymətinin üzərinə hər kq-a görə 1.5 USD də hesablanaraq, aylıq limit müəyyənləşir.
3 may tarixindən bu günə qədər (15 may) Trendyoldan birbaşa sifarişlə ağır çəkili məhsullar sifariş edən və hesablanan 1.5 USD səbəbindən aylıq 300 USD limitini keçərək, əlavə rüsum öhdəliyi yaranan bütün şəxslərin yaranmış öhdəliyini biz kompensasiya edirik.
Bu problem bizdən qaynaqlanmasa da, hər birinizin bizim üçün dəyərli olduğunu bildirərək, yaranmış fərqi qarşılayırıq.💙