Trendyol onay kodunu necə əldə edə bilərik?
03.02.2023 09:48

📢 Hörmətli müştərilər,
Türkiyə anbarımızın ünvan dəyişilməsi səbəbi ilə Trendyol tətbiqində “Adres bilgilerim” bölməsində məlumatları yenilədiyinizdə sizdən “Trendyol onay kodu” tələb olunmur. Lakin, “Yeni adres ekle” bölməsindən istifadə edirsinizsə bu zaman “Trendyol onay kodunu” mütləq formada qeyd etməlisiniz.

1. Türkiyə anbarımızın yeni ünvanını Trendyol tətbiqində “Adres bilgilerim” bölməsinə əlavə etmək üçün Starex şəxsi kabinetinizdə “Xaricdəki ünvanlarım” bölməsindən məlumatları əldə edə bilərsiniz.

2. Trendyol tətbiqinin son yeniliklərindən sonra hesabınızda hər hansı məlumat əlavə etmək istədikdə sizdən “onay kodu” tələb olunur. Tələb olunan “onay kodunu” Starex şəxsi kabinetinizdə “Trendyol təsdiq kodu” bölməsinə daxil olaraq izləməyiniz mümkündür.

3. “Onay kodu”göndərildikdən sonra bir neçə dəqiqə ərzində bu bölmədə 6 rəqəmdən ibarət kod qeyd olunur. Kodu Trendyolda “onay kodu” bölməsinə qeyd edərək hesabınızı təsdiqləməlisiniz.