Zəlzələdən zərərçəkənlərə necə yardım edə bilərik?
08.02.2023 17:59

Hörmətli müştərilər, Türkiyədə baş vermiş zəlzələdən zərərçəkən insanlara bir neçə onlayn yolla yardım edə bilərsiniz.

l. Trendyolda yerləşən “AFAD” digital kartlar alaraq maddi yardım göstərə və “Afet yardım” linkindəki məhsullardan sifariş edərək zəlzələ baş vermiş ərazilərə göndərə bilərsiniz.

II. Həmçinin, LC Waikiki rəsmi saytından “Afet yardım” linki içərisində yerləşən məhsullardan sifariş edərək dəstək ola bilərsiniz.

Hər iki saytdan sifariş zamanı qeyd etdiyiniz çatdırılma ünvanının heç bir əhəmiyyəti yoxdur. Sifarişləriniz Trendyol vasitəsilə birbaşa zəlzələ baş vermiş ərazilərə göndəriləcəkdir.